Ukraynanın “Azov” alayı mühasirəyə alınmış və Rusiya qüvvələrinin qismən sıza bildiyi Mariupol şəhərinin yeni görüntülərini paylaşıb. Reportyor.info xəbər verir ki, “Azov” alayı şəkilləri öz rəsmi teleqram kanalında dərc edib.
Qeyd edək ki, ətrafında Ukraynanın millətçi və vətənpərvər dairələrini toplaya bilmiş “Azov” 2014-cü ilin may ayında Mariupol şəhərində yaradılıb. 2014-2015-ci illərdə Mariupol şəhərinin müdafiəsi, habelə İlovaysk, Şırokino, Maryinka uğrunda döyüşlərdə gücünü göstərib. İşğalçılara qarşı amansız mübarizəsi, habelə ölkə daxilində Ukrayna vətənpərvərliyini aşıladığına görə Rusiya rəhbərliyi “Azov”u “neonasist qruplaşma”, “ksenofob” dəstə kimi qələmə verir.