03-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Manatı devalvasiya gözləyirmi? – iqtisadçıların şərhi

07 Noyabr 2018, 12:40
Seçmə, Araşdırma
A A
Manatı devalvasiya gözləyirmi? – iqtisadçıların şərhi

Manatın məzənnəsi üçün proqnozlar nədir? Milli valyuta ucuzlaşa bilərmi?

Bu sual həm də ona görə aktuallaşıb ki, maliyə naziri Samir Şərifov noyabrın 5-də qonşu ölkələrin pullarının ucuzlaşmasının manatın məzənnəsinə təzyiqləri artırdığı barədə bəyanat verib:

“Qonşu ölkələrin və əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının ucuzlaşması bir tərəfdən yerli istehsalçıların ixrac imkanlarının azalması, digər tərəfdən isə ölkəyə idxalın artımı riskini aktuallaşdırır”. Qonşu ölkələrin və əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının ucuzlaşması bir tərəfdən yerli istehsalçıların ixrac imkanlarının azalması, digər tərəfdən isə ölkəyə idxalın artımı riskini aktuallaşdırır. Azərbaycanın qonşuları arasında əsas ticarət tərəfdaşları Rusiya və Türkiyədir. Son bir ildə hər iki ölkədə valyuta ucuzlaşıb.

Təhlilçilər isə hesab edirlər ki, qonşu ölkələrdə baş verənlər manata cidd təsir etməyəcək. İctimai Təşəbbüslər Mərkəzinin sədri, iqtisadçı alim Qubad İbadoğlu deyir ki, ən azı bu il manatın devalvasiyasını gözləmir:

“İndi bu dalğa ötüb. Düşünmürəm ki, manatın məzənnəsinə həmin ölkələrdə valyuta bazarlarında baş verənlərin əhəmiyyətli təsiri var. İndiki halda, bu təsirləri neytrallaşdırmaq imkanları var. Nə qədər ki, Azərbaycanın xarici ticarət və tədiyyə balansında müsbət saldo var, bu mümkün olacaq. Bu il üçün biz manatın məzənnəsində dəyişiklik gözləmirik”.

Qubad İbadoğlu deyir ki, manatın məzənnəsinə təsir edən əsas amil neftin qiymətidir və gələn il üçün manatın məzənnəsi daha çox neftin qiymətindən asılı olacaq.

Başqa bir iqtisadi təhlilçi Toğrul Maşallı deyir ki, manatın məzənnəsi ilə bağlı proqnoz vermək asan deyil, çünki o bazar qanunları ilə deyil, Mərkəzi Bankın qərarları ilə tənzimlənir. Bununla belə, Toğrul Maşallı da hesab edir ki, manatın məzənnəsi daha çox neftin qiymətinə bağlıdır: “Neftin bir barreli $70 dollar səviyyəsində qalsa və Azərbaycan valyuta ehtiyatlarını artıra bilsə, manatda ciddi dəyişiklik baş verməyəcək. Hələləlik, Mərkəzi Bank bildirir ki, valyuta ehtiyatları artır. Amma neftin qiyməti aşağı düşsə, məsələn, $60 dollar səviyyəsinə düşsə, o zaman hansısa dəyişiklik baş verə bilər. Amma bu proqnozlar şərtidir, dediyim kimi bizdə valyuta bazarı yoxdur və valyutanın məzənnəsi heç bir bazar əsasında formalaşmır”.

Brent neftinin bir barreli keçən ay $86 dollara çatmışdı, bu ay isə $72 dollar civarındadır.

Maliyə naziri Samir Şərifov isə deyib ki, neftin qiymətində sabitləşmə müşahidə olunsa belə, qonşu ölkələrin iqtisadiyyatlarında baş verənlərin təsiri istisna olunmamalıdır.

İqtisadçı Qubad İbadoğlu isə ilin sonuna qədər ölkədə devalvasiya gözləmir, amma bildirir ki, Rusiya və Türkiyənin idxalda payı 30 faizi ötüb və bu o deməkdir ki, Azərbaycana gələn hər üç dollarlıq malın $1 dolları Rusiya və Türkiyənin payına düşür. Bu malları ölkəyə gətirmək üçün isə Azərbaycandan valyuta aparılır.

“Həm də ki, real effektiv məzənnədə dəyişiklik baş verir və bununla da valyutanın məzənnəsinə Rusiya və Türkiyədə baş verənlər əsaslı təsir göstərir. Çində, İranda, Qazaxıstanda, İranda da baş verənlər bizə təsir edir. Onlar da bizim, əsas olmasa da, idxalda əsas ticarət tərəfdaşımızdır. Orda baş verənlər də Azərbaycan manatına təsirsiz ötürmür”.

Bakıda, pensiyaçı Şirinxanım Axundova deyir ki, devalvasiyalar onun həyatını çətinləşdirib:

“Əlbəttə bizə pis təsir edir. Dolana bilmirik. Əvvəl bundan yaxşı idi. Pensiyaçılar növbəyə dayanır pensiya üçün. Hamı belədir, təkcə mən belə deyiləm”.

2013-cü ildə $108 dollara satılan 1 barrel Brent nefti 2015 ci ildə $50 dolların civarına düşüb. Bu ərəfədə manat da dollara nəzərən iki dəfəyə qədər dəyər itirib. Həmin hadisədən sonra azı 10 bank bağlanıb, dollar kreditləri bahalaşdığından, qaytarıla bilməyən kreditlərin həcmi artıb.
Təhlilçilər deyirlər ki, hökumətin üzərinə düşən vəzifə iqtisadiyyatı şaxələndirmək, neftdən asılılığını azaltmaqdır.

(Azadlıq radiosu)

Əvvəlki yazı

Qənirə Paşayeva vacib təkliflərlə çıxış etdi – VİDEO

Sonrakı yazı

İran sanksiyaları: Azərbaycan və Türkiyə seçim qarşısında

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.