20-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Maliyyə Nazirliyi fors-majora indidən hazır olmalıdır” –Ekspert hökuməti büdcədə neftin qiymətini azaltamağa çağırır

23 Noyabr 2018, 13:00
Uncategorized
A A
“Maliyyə Nazirliyi fors-majora indidən hazır olmalıdır” –Ekspert hökuməti büdcədə neftin qiymətini azaltamağa çağırır

“Gözlənildiyi kimi, neftin qiymətində azalmalar davam etməkdədir. Oktyarbın əvvələrində Brent markalı neftin bir bareli 86 dollardan baha satılanda neftin qiyməti yüksək olsa da dayanıqlı olmadığını və yaxın zamanlarda 70 dollardan aşağı düşsə təəccüblənməməyi bildirmişdik. İrana tətbiq edilən sanksiyaların yeni mərhələsində ABŞ-ın 8 ölkəyə “yandırdığı yaşıl işıq” da göstərdi ki, okeanın o tayında neft bazarındakı siyasi dalğalanmaları belə tənzimləyə bilirlər. Oktyabrdan bəri 20 faizə yaxın dəyər itirən “qara qızıl”ın qiymətinin hətta indiki intervalda stabilləşəcəyinə inanların sayı azalıb”.

Strateq.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov neft bazarındakı durumu şərh edərkən bildirib. Ekspert “neft qiymətindəki azalmalar nə ilə bağlıdır və nə qədər davam edə bilər? 2014-cü ilin “neft şoku” yenidən təkrarlana bilərmi?” suallarına cavab axtarıb:

“Neftin dünya bazar qiymətinin aşağı düşməsi qlobal təklif artıqlığı ilə bağlı olsa da, dünya iqtisadiyyatındakı geriləmələr də “qara qızıl”a tələbi azaltmaqla yanaşı bazara psixoloji təsirlər etməkdədir. Qiymət azalmaları məhz Çin birjalarında səhmlərin qiyməti aşağı düşməyə başladıqdan sonra sürətləndi. Bu qlobal böhran və bu kontekstdən neftə tələbin kəskin azala biləcəyi mesajı idi. ABŞ-ın 8 ölkəyə İran neftini idxal etməkdə istisna tətbiq etməsi də neft bazarının sanksiyaların qıtlıq yaradacağı gözləntilərinin üstündən xətt çəkdi. Beynəlxalq Enerji Akademiyasının məlumatına görə, bu ilin üçünncü rübündə neftə olan gündəlik tələb 99.8 milyon barel, təklif isə 100.74 milyon barel olub. Rəqəmləriin sadə müqayisəsi bazardakı vəziyyəti qiymətləndirməyə kifayət edir.

Dünən JP Morgan şirkəti Brent markalı neft üçün qiymət proqnozunu 2019-cu il üçün hər bareldə 10 dollar aşağı salıb. Neftin qiymətinin 2019-cu ildə əvvəllər 83 dollar olacağını düşünən JP Morgan ekspertləri indi 73 dollar orta qiymət proqnozlaşdırırlar. Amma qiymət azalamları davam edəcəyi halda gələn il üçün proqnozun daha da azaldılacağı istisna edilmir.

Qiymət azalmalarına görə, Səudiyyə Ərəbistanına təşəkkür edən və aşağı qiymətlərin “dadını çıxartmağa” səsləyən Tramp, əslində ABŞ-ın adını da öz twitində qeyd etməli idi. 2018-ci ildə hasiltatı kəskin artıran ABŞ dünyada ən çox neft istehsal edən ölkəyə çevrilib. Hətta yaxın gələcəkdə ABŞ-ın Səudiyyə neftinə ehtiyacının qalmayacağı da proqnozlaşdırılır.

OPEC 2014-cu il “neft şokunun” təkrarlanmasına imkan verməməyə çalışsa da neft bazarı 4 il əvvəlki vəziyyətə istiqamətlənməkdədir. Digər tərəfdən neftin bir barelinin daha 10 dollar aşağı düşməsi və bir müddət həmin intervalda qalması dünyada yeni şokun yaradılması üçün yetərlidir. Əslində gələn il neft bumu proqnozlaşdıranlar yeni qiymət şokuna hazır olmalıdırlar. Doğrudur, OPEC+ gələn ay neft hasilatını azaltmaqla bağlı razılaşma əldə etməyə çalışır. Amma hələlik bu potensial məhdudiyyətlər də bazardakı vəziyyətin kardinal dəyişməsi üçün yetərli deyil”.

Vüqar Bayramov daha sonra neft bazarındakı durumun Azərbaycana təsirləri barədə fikirlərini açıqlayıb:

“Neft bazarında volatilliyin yüksək olduğunu nəzərə aldıqda 2019-cu il üçün Azərbacycan dövlət büdcəsində neftin qiymətinin 60 dollar deyil, aşağı götürülməsi daha məqsədəuyğundur. Maliyyə Nazirliyinin hazırladığı gələn ilki büdcə gəlilərimizin 60 faizi neft sektorunun payına düşəcəyini nəzərə alsaq, 60 dollar riskli qiymət kimi xarakterizə oluna bilər. Maliyyə Nazirliyi 2019-cu ildə neft bazarındakı potensial fors-majorlara indidən hazır olmalıdır və bu baxımdan gələn ilki büdcədə neftin qiymətinin 55 dollardan yüksək götürülməsi məqsədə uyğun deyil. Hətta gələn il neftin qiyməti 60 dollardan yüksək olsa da belə il ərzində büdcəyə dəyişiklik etməklə qiyməti optimallaşdırmaq mümkündür. Buna görə də, büdcə layihəsində neftin qiymətinin 60 dollardan 55 dollara endirilməsi daha arzuolunandır.

Beləliklə, neft bazarı ilin son ayında heç də nikbin əhval-ruhiyyə ilə yaxanlaşmır. Bütün hallarda, Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi “şokların təsirlərindən” sığortalanmağın yeganə və alternativsiz yolu olaraq qalmaqdadır”.

 

Əvvəlki yazı

Eldar Əzizov Zabratda zeytun bağının zəbt edilməsini nəzarətə götürdü

Sonrakı yazı

NİYƏ İRAN DİPLOMATLARI OMANI AZƏRBAYCANA BƏNZƏDİRLƏR? –Netanyahunun səfərindən Tehranda doğan ehtimallar – TƏHLİL

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.