Cümə, İyun 2, 2023
Reportyor
Xarı Bülbül
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Maraqlı
  • Əlaqə
No Result
View All Result
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Maraqlı
  • Əlaqə
No Result
View All Result
Reportyor
Xarı Bülbül
No Result
View All Result
Home İdman

Mahir “Qarabağ”a qayıtması barədə DANIŞDI – MÜSAHİBƏ

19 Oktyabr 2022, 13:31
in İdman
Mahir “Qarabağ”a qayıtması barədə DANIŞDI – MÜSAHİBƏ

Azərbaycanlı futbolçu Mahir Emreli peşəkar karyerasına hazırda fəaliyyətini davam etdirməyən “Bakı” klubunda başlayıb.

Daha sonra “Qarabağ”a keçən hücumçu Ağdam klubunda keçirdiyi 6 ildə (2015-2021) bir çox uğurlar qazanıb. “Köhlən atlar”ın heyətində dəfələrlə ölkə çempionu, Azərbaycan Kubokunun qalibi olmuş forvard komandası ilə birlikdə müxtəlif illərdə avrokubokların qrup mərhələlərində də iştirak edib.

2021-ci ildə Polşanın “Legiya” klubuna keçən Mahir bir il bu klubda oynadıqdan sonra Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna transfer olunub. Hazırda “Dinamo”da çıxış edən Emreli Azərbaycan milli komandasının da şərəfini qoruyur.

Mahir Emrelinin Report-a müsahibəsini təqdim edirik:

– “Dinamo”da əsas heyətə düşməkdə çətinlik çəkirsiniz. Bu, nə ilə bağlıdır?

– Hər halda, hazırkı vəziyyət baş məşqçinin qərarı ilə bağlıdır.

– Ölkə xaricində çıxış edən nadir yerli futbolçulardansınız. İnsanlar sizdən daha çoxunu gözləyir. Ona görə də ehtiyatda qalmağınız futbol ictimaiyyətini, azarkeşləri narahat edir. Onlara nə demək istərdiniz? Mahir Emrelini yenidən nə vaxt əsas heyətdə görə biləcəyik?

– Mən də bu yola uğur qazanmaq üçün çıxmışam. Bunu hamıdan çox istəyirəm. Açığı, Azərbaycanda azarkeşlərin mənə görə narahatlıq keçirdiyini düşünmürəm (gülür). Narahat olanlar varsa, onlara təşəkkürümü bildirirəm.

– “Dinamo”nun baş məşqçisi Ante Çaçiçlə münasibətləriniz necədir? Onunla durumunuzla bağlı söhbətiniz olubmu?

– Münasibətimiz məşqçi və futbolçu səviyyəsindədir. Baş məşqçilərin qərarları müzakirə olunmur. Ona görə də bu barədə heç bir danışığımız olmayıb. Mən, sadəcə, üzərimə düşəni edirəm.

– Bir müddət öncə keçmiş klubunuz olan Polşa “Legiya”sı ilə bağlı problem yaşadınız. Nəticədə FIFA sizi cəzalandırdı. Futbolla bağlı fəaliyyətinizə qadağa qoyulması xəbərini eşidəndə hansı hissləri keçirdiniz?

– “Legiya” ilə söhbət “Dəlinin biri quyuya daş atdı” məsəlinə oxşadı (gülür). Mənə aid bir məsələ deyildi. Heç bir qərarla tanış olmadım və fərqli hiss keçirmədim. Mənim üçün hər şey yolunda idi.

– Ümumiyyətlə, həmin proses barədə bir qədər ətraflı məlumat verə bilərsiniz? Qərar nə dərəcədə ədalətli idi?

– Yuxarıda dediyim kimi, mənim üçün hər şey yolunda idi. Gördüyünüz kimi, heç bir oyunu buraxmadım. “Legiya”nın bir işçisinin şəxsi tviti idi, rəsmi deyildi.

– Amma sonradan “Dinamo” da rəsmi açıqlama yaydı ki, qarşı tərəfə 100 000 avro təzminat ödəmisiniz…

– Bu barədə çox danışmaq, dərinə getmək istəmirəm.

– Bir müddət öncə sizin yenidən “Qarabağ”a qayıda biləcəyiniz barədə xəbərlər yayılmışdı. Amma təsdiqini tapmadı. Qış fasiləsində bu keçid gerçəkləşə bilərmi?

– “Qarabağ”a qayıtmaqla bağlı xəbərlər də birilərinin uydurması idi. Mətbuatdan eşitdim. Haqqımda yazılan yalan xəbərlərə alışmışam (gülür).

– Ümumiyyətlə, başqa təklifləriniz varmı?

– Mənim “Dinamo” ilə davam edən müqaviləm var.

– “Qarabağ”ın Avropa Liqasındakı oyunlarını, yəqin ki, izləyirsiniz. Keçmiş komandanızın çıxışı barədə nə deyə bilərsiniz?

– “Qarabağ” həm avrokuboklarda, həm də yerli çempionatda möhtəşəm çıxış edir. Oyun sistemi olaraq baş məşqçinin işi həqiqətən görünür. Meydanda komandanın əzmkarlığı ən yüksək səviyyədədir. “Qarabağ”ın oyunlarını hər zaman izləyirəm və uğurlarına çox sevinirəm. Ürəyim hər zaman onlarladır. İstəsəm də, istəməsən də, orada gözəl illərim keçib.

– Azərbaycan millisi 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Belçika, İsveç, Avstriya və Estoniya ilə eyni qrupda mübarizə aparacaq. Rəqibləri və şansları necə dəyərləndirirsiniz?

– Gördüyünüz kimi, ağır qrupdur. Amma son matçlarda qazandığımız qələbələr bizim üçün böyük motivasiyadır və oyun sistemini yaxşılaşdırdığımız aydın görünür. Sadəcə, burada rəqiblər daha usta, daha güclü keyfiyyətə malikdirlər. Ümid edirəm, hər şey bizim üçün yaxşı keçər. Ayrılıqda heç bir rəqib haqqında danışmaq istəməzdim. İndi nəinki futbolda, heç bir idman növündə asan rəqib yoxdur.

– AFFA milli komandanın baş məşqçisi Canni De Byazi ilə müqaviləni uzatdı. Buna münasibətinizi də bilmək maraqlı olardı…

– De Byazinin müqaviləsinin uzadılması yaxşı oldu. Artıq ona alışmışıq. Getdikcə nəticələrimiz də yaxşılaşır. İnanıram ki, daha yaxşı çıxış edəcəyik. Baş məşqçi mənimlə hər zaman maraqlanır. Zədələnəndə zəng vurur, tez-tez vəziyyətimi soruşur. Diqqət mənim üçün çox önəmlidir. Ona göre De Byazi ilə çalışmaq şəxsən mənim üçün xoşdur. Bu gün ehtiyatda qalmağımın onu necə narahat etdiyini bilirəm. Vaxtaşırı danışıb vəziyyəti müzakirə edirik. Dəstəyi üçün ona “çox sağ ol” deyirəm.

– Hazırkı durumunuzla bağlı Qurban Qurbanovla danışırsınız? Sizə nə məsləhət verir?

– Hoca ilə son vaxtlar danışmamışam. “Legiya” ilə bağlı xəbər çıxanda söhbətimiz oldu. Başa düşürəm, vacib oyunlara hazırlaşır. Çox gözəl də nəticələr qazanır. O, bizim dəyərimizdir.

ShareSendTweetShare
Previous Post

İran Rusiyaya PUA və ballistik raketlər verəcək – Röyter

Next Post

Nazir təyin olunan azərbaycanlı qızla bağlı MARAQLI FAKTLAR

Related Posts

Vilayət Eyvazov məşhur idmançını təqaüdə göndərdi
İdman

Vilayət Eyvazov məşhur idmançını təqaüdə göndərdi

by reportyor info
30 May 2023, 12:35
Qurban Qurbanov beynəlxalq mükafata layiq görüldü
İdman

Qurban Qurbanov beynəlxalq mükafata layiq görüldü

by reportyor info
24 May 2023, 10:15
Orxan Səfərov millidən kənarlaşdırıla bilər
İdman

Orxan Səfərov millidən kənarlaşdırıla bilər

by reportyor info
18 May 2023, 16:08
Naxçıvan və Zaqatala klublarına Premyer Liqada iştirak üçün lisenziya verildi
İdman

Naxçıvan və Zaqatala klublarına Premyer Liqada iştirak üçün lisenziya verildi

by reportyor info
15 May 2023, 14:03
Bakı metrosunda koronavirus hazırlığı
İdman

“Sabah”-“Beşiktaş” matçına görə “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək

by reportyor info
12 May 2023, 17:15

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Xəbər lenti

O, kosmosla salamlaşaraq velosipeddən düşdü... ABŞ prezidenti Bayden yenidən yerdədir!

O, kosmosla salamlaşaraq velosipeddən düşdü… ABŞ prezidenti Bayden yenidən yerdədir!

02 İyun 2023, 01:02
Şəbəkə Sultanları Serbiyanı da məğlub etdi

Şəbəkə Sultanları Serbiyanı da məğlub etdi

01 İyun 2023, 22:55
Azərbaycan, Ermənistan, Fransa, Almaniya və Aİ arasında görüş başa çatıb

Azərbaycan, Ermənistan, Fransa, Almaniya və Aİ arasında görüş başa çatıb

01 İyun 2023, 22:34
ABŞ-ın Sudana sanksiyaları - Dünya Xəbərləri

ABŞ-ın Sudana sanksiyaları – Dünya Xəbərləri

01 İyun 2023, 22:13
Stoltenberq: Müttəfiqlər Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı razılığa gəliblər

Stoltenberq: Müttəfiqlər Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı razılığa gəliblər

01 İyun 2023, 21:10
Polşadan Moldovaya 6 təyyarə dolusu silah və sursat

Polşadan Moldovaya 6 təyyarə dolusu silah və sursat

01 İyun 2023, 20:49
Abşeron rayonunda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçirilmişdir

Abşeron rayonunda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçirilmişdir

01 İyun 2023, 20:12
Avropa Parlamentində Macarıstan etirazı!  - Son dəqiqə xəbərləri

Avropa Parlamentində Macarıstan etirazı! – Son dəqiqə xəbərləri

01 İyun 2023, 20:07
Marseldə İqor Tudor şoku!  Rəsmi elan - Futbol

Marseldə İqor Tudor şoku! Rəsmi elan – Futbol

01 İyun 2023, 19:58
Sursat İstehsalına Dəstək Aktının Avropa Parlamentindən təsdiqi

Sursat İstehsalına Dəstək Aktının Avropa Parlamentindən təsdiqi

01 İyun 2023, 19:46
Milli taekvondoçu Nafia Kuş qızıl medal qazanıb

Milli taekvondoçu Nafia Kuş qızıl medal qazanıb

01 İyun 2023, 19:38
Zelenski və Leyen tərəfindən "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" bəyanatı

Zelenski və Leyen tərəfindən “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” bəyanatı

01 İyun 2023, 19:04
ABŞ-Yaponiya təhlükəsizlik əməkdaşlığını artırmaq qərarı

ABŞ-Yaponiya təhlükəsizlik əməkdaşlığını artırmaq qərarı

01 İyun 2023, 18:43
Hindistanda hərbi təlim təyyarəsi qəzaya uğrayıb: 2 nəfər yaralanıb

Hindistanda hərbi təlim təyyarəsi qəzaya uğrayıb: 2 nəfər yaralanıb

01 İyun 2023, 18:21
Dünya Meteorologiya Təşkilatının yeni rəhbəri Dr.  Əl Mandous oldu

Dünya Meteorologiya Təşkilatının yeni rəhbəri Dr. Əl Mandous oldu

01 İyun 2023, 18:00
Nazir məşhur idmançını rəis təyin etdi

Nazir məşhur idmançını rəis təyin etdi

01 İyun 2023, 17:30
111 il sonra ortaya çıxdı... Budur Titanikin itirilmiş xəzinələri

111 il sonra ortaya çıxdı… Budur Titanikin itirilmiş xəzinələri

01 İyun 2023, 17:18
Pərvin Abıyevanın ölkədən çıxışına “stop” qoyula bilər

Pərvin Abıyevanın ölkədən çıxışına “stop” qoyula bilər

01 İyun 2023, 16:55
Osmani: Vuçiç sülh istəyirsə, cinayətkar dəstələrə dəstəyi dayandırmalıdır

Osmani: Vuçiç sülh istəyirsə, cinayətkar dəstələrə dəstəyi dayandırmalıdır

01 İyun 2023, 16:36
Qida zəhərlənməsinin 40 faizi xəstə halda işə gedən işçilərdir

Qida zəhərlənməsinin 40 faizi xəstə halda işə gedən işçilərdir

01 İyun 2023, 16:15
Həbsxana divarları arasında “Uşaq günü”

Həbsxana divarları arasında “Uşaq günü”

01 İyun 2023, 16:06
Beyninizin forması düşüncələrinizi və davranışlarınızı təyin edə bilər.

Beyninizin forması düşüncələrinizi və davranışlarınızı təyin edə bilər.

01 İyun 2023, 15:54
Ordumuzun mövqeləri atəşə tutuldu

Ordumuzun mövqeləri atəşə tutuldu

01 İyun 2023, 15:38
“Gilan Orchards”ın rəhbərinin ölkədən çıxışına “stop” qoyula bilər

“Gilan Orchards”ın rəhbərinin ölkədən çıxışına “stop” qoyula bilər

01 İyun 2023, 15:15
NATO Xarici İşlər Nazirləri Osloda görüşür

NATO Xarici İşlər Nazirləri Osloda görüşür

01 İyun 2023, 15:12
43 mindən artıq abituriyent qəbul imtahanı verəcək

43 mindən artıq abituriyent qəbul imtahanı verəcək

01 İyun 2023, 14:58
Onları eyni vaxtda idarə edən adamı həbsxanaya göndərib, birlikdə tətilə getdilər!  Dünyanın danışdığı 3 qadın...

Onları eyni vaxtda idarə edən adamı həbsxanaya göndərib, birlikdə tətilə getdilər! Dünyanın danışdığı 3 qadın…

01 İyun 2023, 14:51
Transfer rəsmi olaraq açıqlandı!  Eczacıbaşı Alexa Grey-i rənglərinə bağladı

Transfer rəsmi olaraq açıqlandı! Eczacıbaşı Alexa Grey-i rənglərinə bağladı

01 İyun 2023, 14:51
Ukrayna prezidenti Zelenski Moldovaya səfər edib

Ukrayna prezidenti Zelenski Moldovaya səfər edib

01 İyun 2023, 14:30
MEDİA çap və onlayn media subyektlərinə dəstək layihəsi elan etdi

MEDİA çap və onlayn media subyektlərinə dəstək layihəsi elan etdi

01 İyun 2023, 14:00

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon – (99477) 399-55-66
Votsap – (99455) 3490491
Email – [email protected]

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • Maraqlı
  • Özəl
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized
İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
« May    

© 2022 Reportyor.info

No Result
View All Result
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Maraqlı
  • Əlaqə

© 2022 Reportyor.info