Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.
REPORTYOR.info xəbər verir ki, iclasda təşkilati məsələlərə baxılıb. Məzahir Pənahov səsvermə ilə MSK sədri seçilib.
MSK-nın katibləri məlum olub. Bu gün yeni tərkibdə keçirilən ilk iclasında Mikayıl Rəhimov və Arifə Muxtarova qurumun katibi seçiliblər.
Qeyd edək ki, bundan öncə də Mikayıl Rəhimov və Arifə Muxtarova qurumun katibi olublar.