Mərkəzi Seçki Komissiyasına (MSK) səsvermənin gedişində qanun pozuntusunun olması ilə bağlı müraciət daxil olmayıb.
“Report”un xəbərinə görə, bunu MSK sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ümumilikdə MSK-ya 300-ə yaxın müraciət dail olub, bunlar da sorğu xarakterlidir.
M.Pənahov sosial şəbəkələrdə yayılan bəzi məlumatlara da münasibət bildirib:“Pozuntusa olubsa, dərhal araşdırılmalıdır. Seçki məntəqələrinin biri ilə bağlı məlumat paylaşılmışdı, həmin məlumat araşdırıldı, aydın oldu ki, deyilənlər həqiqəti əks etdirmir”.