06-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Məşhurlar Nərmin üçün ayağa qalxdı

07 Yanvar 2020, 14:52
Gündəm, Seçmə
A A
Məşhurlar Nərmin üçün ayağa qalxdı

 

Tovuzda itkin düşən azyaşlı qızın yanmış meyiti tapılıb. Noyabrın 20-də itkin düşən rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyiti dünən axşam saatlarında Dondar Quşçu kəndi ərazisində yanmış vəziyyətdə tapılıb. 

“Yeni Sabah” xəbər verir ki, azərbaycanlı məşhurlar da bu dəhşətli hadisəyə səssiz qalmayıb. Ötən ildən bəri Nərminin axtarışında olan teleaparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə paylaşım edərək göz yaşı töküb: “Nərmin, sənin axtarışına çıxarkən bilirdim ki, sən artıq yoxsan, amma möcüzəyə inanırdım. İnanırdım, deyirdim, bəlkə də sağ tapılacaqsan. Əlimdən gələni etdim, böyüdüyün evi, ətrafını, gəzdiyin küçələri gəzdim, dolaşdım, amma səni tapa bilmədim. Həftələrlə iş telefonuna özüm cavab verdim, bayramda belə özümlə götürdüm. Düşünürdüm, möcüzə olar, sən zəng edərsən, “Məni xilas edin” deyərsən. Olmadı, Nərminim, olmadı, xınalı quzum. Məni bağışla, səni sağ tapa bilmədim. Məni bağışla, sən öldürülərkən fəryadına yetişə bilmədim. Məni bağışla, sızlayan yaralarına məlhəm ola bilmədim, bala.

Gecə 01:47-dir, mən hələ də yata bilmirəm, səni öldürdükləri – yandırdıqları o səhnəni düşünürəm. Körpə bala, o an kimi çağırdın? O balaca ürəyin yaşadığın dəhşətə necə dözdü? Dözə bilmirəm bu acıya, göz yaşları ilə bu sətirləri yazıram, mənim günahsız körpəm. Məni bağışla, cənnət quşum, mələyim, Nərminim…”

İfaçı Sabina Selcan da Nərminin fotosunu paylaşaraq, cinayətkarın tapılmasını tələb edib: “Səhər tezdən paylaşımları gördüm bütün vücudum sızladı. Gözümü yumub təsəvvür etdim, ürəyim qan ağladı, can, Nərmin bala. Günahsız mələyim, kim bilir nə əziyyət verdi o vicdansız, şərəfsiz sənə. Allahım, sən özün bilənsən, görənsən… O şərəfsizin ermənidən nə fərqi? Bütün aidiyyatı orqanlara üzümü tutub xahiş edirəm, qısa zamanda o biqeyrət tapılsın. O vəhşi cəzasını çəksin! Hələ 10 yaşı var idi, niyə qoymadın həyatın dadını görsün, ay şərəfsiz?!”

Aktyor Sərxan Kərəmoğlu bu əməli törədənlərə lənət oxuyub: “Allah lənət etsin, başqa heç nə deyə bilmirəm. Baxarsınız, indi bu işin altından kimlər çıxacaq. Xoşqədəm Baxşəliyeva bir həftə keçdi, üstüörtülü dedi, amma təəssüf ki, anlayan olmadı”.

Teleaparıcı Murad Əzimzadə də hadisəyə susmayanlar arasında yer alıb: “İfadəsi mümkünsüz ağrı və acıdır. İnsanlıq adına utancdır. Vicdanın, adamlığın öldüyü andır. Tovuzda 10 yaşlı Nərmin noyabr ayından itib və dünən yanmış halda meyiti tapılıb. Bu paylaşımı uşaq zorakılığı və ölümlərinə son deyərək, bütün hiss və duyğularımla paylaşıram. İnşallah, yaxın zamanda cinayəti törədənlər aşkarlanar və ən ağır cəzanı alarlar! Nərminlər ölməsin deyə, susma!”

Qeyd edək ki, hadisənin təfərrüatı barədə hələ ki, məlumat yoxdur. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Əvvəlki yazı

ADP bəyanat yaydı: “DTX-ya müraciət edilib”

Sonrakı yazı

İran Pentaqonu terror təşkilatı kimi tanıdı

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

05 Avqust 2025, 18:08
AHİK endirim fırıldağı edir? – FOTO

AHİK endirim fırıldağı edir? – FOTO

05 Avqust 2025, 18:06
TBMM-də tarixi gün: “Terroruz Türkiyə” üçün komissiya işə başladı

TBMM-də tarixi gün: “Terroruz Türkiyə” üçün komissiya işə başladı

05 Avqust 2025, 18:04
Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

05 Avqust 2025, 15:39
Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

05 Avqust 2025, 15:36
Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

05 Avqust 2025, 15:33
“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

05 Avqust 2025, 15:31
“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

05 Avqust 2025, 15:27
Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

05 Avqust 2025, 15:23
“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

05 Avqust 2025, 13:38
Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

05 Avqust 2025, 13:34
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 Avqust 2025, 13:06
Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

05 Avqust 2025, 13:04
Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

05 Avqust 2025, 12:59
Turist avtobusu yandı – 43 turist təxliyə edildi

Turist avtobusu yandı – 43 turist təxliyə edildi

05 Avqust 2025, 12:58
Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

04 Avqust 2025, 18:01
Sabah 41 dərəcə isti olacaq

Sabah 41 dərəcə isti olacaq

04 Avqust 2025, 12:33
BDYP-dən piyadalara çağırış

BDYP-dən piyadalara çağırış

04 Avqust 2025, 11:58
Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

04 Avqust 2025, 11:56
“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

04 Avqust 2025, 11:46

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.