Bir neçə il öncə insult keçirən meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhətindən xəbər var.
REPORTYOR.info lent.az-a istinadən xəbər verir ki, meyxanaçının oğlu atasının vəziyyətinin yaxşı olmadığını bildirib:
“Atamın səhhətinə yaxşı demək olmaz. Həkimlər müalicə yazıblar. Deyiblər ki, ev şəraitində müalicələrini davam etdirsin. Həkimlərin fikrincə, xəstəxanada edə biləcəkləri nəsə yoxdur. Sadəcə, ev şəraitində müalicəsi davam etdirilməlidir. Çox bədbinləşib. Danışdırmasan, danışmaz”.
Qeyd edək ki, 2017-ci ilin martında meyxanaçı Ağakərimin beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.