08-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Məşhur idmançılar bu şəxsin şikayəti əsasında həbs olunub (TƏFƏRRÜAT)

01 Fevral 2024, 15:58
İdman
A A
Məşhur idmançılar bu şəxsin şikayəti əsasında həbs olunub (TƏFƏRRÜAT)

Bakıda MMA döyüşçülərinə cinayət işinin açılması və onlardan dördünün həbsi ilə nəticələnən hadisənin bəzi detalları üzə çıxıb.

Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və 3 tələbəsinin digər MMA döyüşçüsü Həsən Əzizovun şikayəti əsasında açılmış cinayət işi üzrə həbs edilməsi məlum olub.

Belə ki, ilkin məlumata görə, bir neçə ay əvvəl Dənizkənarı Bulvar Ərazisindəki ticarət-əyləncə mərkəzlərindən birində MMA döyüş növü üzrə yarış keçirilib. Lakin Həsən Əzizov yarışın keçirildiyi zala buraxılmayıb. O, zala daxil olmaq istəyərkən münaqişə baş verib və Ruslan Əfəndiyevlə tələbələri idmançını kütləvi şəkildə döyərək xəsarətlər yetiriblər. Bundan sonra H.Əzizov tibb müəssisəsinə və polisə müraciət edib. Hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.

“Qafqazinfo”ya məsələ ilə əlaqədar Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərovla əlaqə saxlayıb. Federasiya rəhbəri açıqlamasında adıçəkilən idmançılarla digər MMA döyüşçüsü Həsən Əzizov arasında kiçik münaqişə yaşandığını bildirib. O, hadisənin noyabrın 4-də Bakıda keçirilən “Rizin” turnirindən bir gün əvvəl baş verdiyini əlavə edib: “İnsanlar arasında gərginliklər baş verir. Bu, normal haldır. Amma hadisə barədə ətraflı məlumata malik deyiləm”.


Azad Əsgərov

O, idmançılar arasında dava düşmədiyini, hadisənin çox böyüdüldüyünü də sözlərinə əlavə edib: “Mən elə şahidlərdən, idmançılardan soruşuram. Orada yazılıb ki, 4 nəfər bir nəfəri döydü, belə şey olmur. Çünki idmançı üçün döyüşməyə zal var, rinq var. Gedib niyə kənarda dava etsin ki? Həsən Əzizovla da bu barədə söhbətimiz olub. Hamısı da bizim idmançılardır. Soruşa bilərsiniz ki, niyə şikayət olub? Yəqin ki, o da inciyib, arada anlaşılmazlıq olub. Mən federasiya rəhbəri kimi hamısını yaxşı tanıyıram. Hamı da yazır, üstünə qoyub yazır. Elə vəziyyət yaranıb ki, biz özümüz də bilmirik nə deyək. İnanın ki, paylaşılanda vurandan da, vurulandan da soruşmur. Hadisənin nə olduğunu öyrənmirlər. İndi qorxu yaradırlar. Araşdırmaq lazımdır məsələni. Bu idmançılar bayrağımızı qaldıran idmançılardır, onlar küçədə döyüşən deyillər. Hamımız iş yerində kimləsə mübahisə edərik. Düzdür, deyərsiz ki, necə olub bu xırda şey həbsə gətirib çıxarıb, onu araşdırıram. Xırdalıqlar var və müzakirə edirik. Kimin nə səhvi var, araşdırıb tapacağıq”.

A.Əsgərov hadisənin necə baş verməsi ilə bağlı sualı isə belə cavablandırıb: “Bu hadisə yarış zamanı baş verib və idmançılar mübahisə ediblər. Sonra bir-birini itələyiblər, necə olub tam dəqiq məlumatlı deyiləm. Orada adam da çox olub və davam ediblər. Həsən Əzizov Kiyevdə yaşayır və gedib ora. Təzədən bura qayıdanda hadisə açılıb. Yəni məsələnin indi açılmasının səbəbi Həsən Əzizovun Kiyevdə yaşamasıdır”.


Həsən Əzizov

Qeyd edək ki, cinayət işi üzrə 6 nəfər saxlanılıb. Onlardan federasiyanın baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri R.Əsədov, X.Rüstəmov, Vüqar Kərəmov barəsində həbs-qətimkan tədbiri seçilib. Tofiq Musayev və Mehman Məmmədov barəsində isə digər qətimkan tədbiri seçilib və onlar sərbəst buraxılıb.

Ötən gün xuliqanlığa görə həbs edilən MMA məşqçisi Ruslan Əfəndiyevin adı daha əvvəllər də dava-dalaş və digər qalmaqallarda hallanıb. Belə ki, o, 2015-ci il aprelin 22-də “Avropa” hotelində məşq edən Azər Məmmədovun qətli ilə nəticələnən hadisənin iştirakçısı olub. Həmin vaxt Ruslan Əfəndiyev də bıçaqlanmışdı. “Zaminbank”ın Nəsimi şöbəsinin müdiri olan A.Məmmədovun ölümü ilə bitən davada R.Əfəndiyev nisbətən yüngül xəsarətlər alaraq sağ qalmışdı. Bu hadisədən bir müddət sonra “Avropa” hotelindəki idman zalı ləğv edilmişdi.

Məlumata görə, Ruslan Əfəndiyev uzun illər Azərbaycan Beynəlxalq Bankının mühafizə xidmətinin rəisi olub. O, hazırda həbsdə olan bankın keçmiş rəhbəri Cahangir Hacıyevə yaxınlığı ilə tanınıb. Bankın ovaxtkı rəhbəri tutulduqdan sonra isə MMA məşqçisi işdən çıxarılıb. Nəticədə o, aktiv idman fəaliyyətinə başlayıb.

Həmin ərəfədə Azər Məmmədovun ölümündə təqsirləndirilən Sənan Quliyev məhkəmədəki çıxışında Ruslan Əfəndiyevlə aralarında yaşanan mübahisədən sonra bıçağa əl atdığını bildirmişdi. Onun ifadəsinə əsasən, həmin vaxt A.Məmmədov aranı sakitləşdirməyə çalışarkən bıçaq xəsarətləri alaraq vəfat edib.Qafqazinfo

Əvvəlki yazı

“Medicare Klinika”sı sertifikasiyadan keçməyən işçilər çalışıdırıb – Cərimə olundu

Sonrakı yazı

Buraxılış imtahanlarının tarixi açıqlandı (CƏDVƏL)

Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

08 Sentyabr 2025, 17:31
Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

08 Sentyabr 2025, 17:29
TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

08 Sentyabr 2025, 17:26
Türkiyədə ard-arda 2 zəlzələ oldu

Türkiyədə ard-arda 2 zəlzələ oldu

07 Sentyabr 2025, 15:08
DİM əlavə imtahanlar keçirdi

DİM əlavə imtahanlar keçirdi

07 Sentyabr 2025, 14:03
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

07 Sentyabr 2025, 14:01
Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

07 Sentyabr 2025, 13:58
Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

07 Sentyabr 2025, 13:55
Nazilədən xanımlara XƏBƏRDARLIQ: “Bu iynələri vurdurmayın”

Nazilədən xanımlara XƏBƏRDARLIQ: “Bu iynələri vurdurmayın”

07 Sentyabr 2025, 13:02
Maşında sıxılı qalan qadın belə xilas edildi – Video

Maşında sıxılı qalan qadın belə xilas edildi – Video

07 Sentyabr 2025, 12:59
İnternetdən aldığı şampun həyatını kabusa çevirdi — FOTO

İnternetdən aldığı şampun həyatını kabusa çevirdi — FOTO

07 Sentyabr 2025, 12:57
Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlandı

Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlandı

07 Sentyabr 2025, 12:54
Özbək bloqer diri-diri məzara girdi – Video

Özbək bloqer diri-diri məzara girdi – Video

07 Sentyabr 2025, 12:53
Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək

Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək

07 Sentyabr 2025, 12:51

Dünənki qəzada sərnişinləri belə xilas edibmiş (VİDEO)

07 Sentyabr 2025, 12:41
Sabah hava necə olacaq?

Leysan yağıb, duman olub

07 Sentyabr 2025, 12:37
Zelenski gecəki kütləvi hücumdan danışdı

Zelenski gecəki kütləvi hücumdan danışdı

07 Sentyabr 2025, 12:28
Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

05 Sentyabr 2025, 15:10
Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

05 Sentyabr 2025, 14:52
Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

05 Sentyabr 2025, 14:51

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.