Əməkdar artist Çingiz Əhmədovun aktyor oğlu İbrahim Çingiz ata olacaq.
Axşam.az xəbər verir ki, aktrisa Aydan Axundzadə ilə ailəli olan İbrahim bu haqda Nail Naiboğlunun “Qırmızı” yutub layihəsində deyib. O bildirib ki, xanımı ana olmağa hazırlaşır.
İbrahim daha sonra evinin olmamasından, kirayədə yaşamasından söz açıb:
“Şəxsi həyatımdan danışmıram, mənə aiddir. Hazırda evsizəm. Azərbaycanda aktyorların vəziyyəti və maaşı bu qədərdir”.