04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Məşhur bəstəkarın nəşi soyumamış məzarı dəyişdirildi – səbəb…

06 Mart 2018, 11:09
Maqazin
A A
Məşhur bəstəkarın nəşi soyumamış məzarı dəyişdirildi – səbəb…

Kimi Tahir Əkbərin ailəsini, kimi nazirliyi qınadı….

Mədəniyyət və Turizm Nazirliyi: “Vida mərasimində nazir Əbülfəs Qarayev şəxsən iştirak edib”

Martın 2-də dünyasını dəyişən tanınmış bəstəkar Tahir Əkbərin nəşi soyumamış məzar yerinin dəyişdirilməsi böyük qalmaqala səbəb oldu. İnsanlar bu xəbərə inanmaq istəməsə də, sonradan bəstəkarın həyat yoldaşı Aybəniz Əkbər aznyus.az saytına danışaraq məlumatı təsdiqləyib. O, bunun səbəbini bəstəkarın ona layiq olmayan yerdə dəfn olunması ilə izah edib.

“Tahir müəllimi ona layiq olmayan yerdə dəfn etdilər. Həmin vaxt orada insanlar vardı və onun harada dəfn olunduğunu gördülər. Mən həmin insanlara hörmət əlaməti olaraq susdum və gözlədim ki, dəfn işi yekunlaşsın. Sonra Tahir müəllimin meyitini oradan çıxartdırdım və özünün vəsiyyət etdiyi yerdə dəfn etdirdim. Tahir müəllim sağlığında demişdi ki, əgər görsən ki, məni adıma, sənətimə layiq olmayan yerdə dəfn ediblər, məni oradan çıxart, atamın məzarında dəfn elə. Səndən son istəyim budur. Mən də baxdım ki, Tahir müəllimi adına, sənətinə layiq olmayan yerdə dəfn ediblər. Ona görə onu orada qoya bilməzdim”.

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov “Yeni Müsavat”a danışaraq qeyd edib ki, dəfn və vida mərasimi ilə bağlı təşkilati məsələləri qurum həyata keçirib:

Vüqar Şixəmmədov ile ilgili görsel sonucu

““Təzəpir” məscidində keçirilən vida mərasimində nazir Əbülfəs Qarayev şəxsən iştirak edib, mərhumun yaxınlarına başsağlığı verib. Dəfn üçün yerin ayrılması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən müvafiq yer ayrılıb. Mərhum bəstəkarın məzarının yerinin dəyişdirilməsi yəqin ki, ailəsinin qərarı ilə olub. Tahir Əkbərin əziz xatirəsini ehtiramla yad edir və ona Allahdan rəhmət diləyirik”.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova ile ilgili görsel sonucu

Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova da “Yeni Müsavat”a danışaraq, bəstəkara daim layiqli dəyər verildiyini vurğulayıb:

“Tahir Əkbərə qarşı həmişə  bəstəkarlar tərəfindən böyük ehtiram olub. O, istedadlı bəstəkar idi, yaradıcılığı çoxşəxəlidir, bunu heç kəs inkar edə bilməz. Tahir Əkbər yaradıcılığında instrumental əsərlərə çox müraciət edib. Buna baxmayaraq, hər kəs onu daha çox mahnıları ilə tanıyır. Onun mahnıları bizim çox tanınmış şairlərin sözlərinə yazılıb və tanınmış müğənnilər tərəfindən sevə-sevə ifa edilir.

Xəstəliyi ərəfəsində bildiyim qədər Aybəniz Haşımova, Nuriyyə Hüseynova və başqaları ona qarşı çox böyük diqqət göstərib, ailəsi ilə sıx əlaqə saxlayıblar.

Aybəniz Haşımova: “Əbülfəz Qarayev onun dəfn olunduğu yeri görsəydi, bizim kimi hönkür-hönkür ağlayardı… ”

Düşünürəm ki, insan üçün fərq etməz ki, vəfat etdikdən sonra harada dəfn olunacaq. Yəni mən bu cür düşünürəm. İkincisi də budur ki, ailəsi nazirliyə zəng edib demişdi ki,  “Biz yalnızıq, heç kəsimiz yoxdur, xahiş edirəm ki, bir şəxs göndərin bizə köməklik etsin”. Beləliklə, nazirlikdən əməkdaş göndərilib, cənazənin yuyulması və digər məsələlər həll olunub, məzar  yeri tapılıb. Lakin sonradan söz-söhbət yayılıb ki, həmin yer yaxşı deyil… Əgər onlar bəstəkarı atasının yanında dəfn etmək istəyirdilərsə, elə əvvəldən bunu deyərdilər.

Qaldı ki, II Fəxri Xiyabana, adətən bu məzarlıqda xalq artistləri dəfn olunur. Cabbar Qaryağdı kimi məşhur xanəndəmizin  qəbri haradadır, heç bilmirik”.

Mərhum bəstəkarın yaxın dostu olmuş əməkdar artist Aybəniz Haşımova isə əməkdaşımıza ilginc açıqlamalar verib: “Tahir Əkbərin xəstəliyi ərəfəsində Mehriban xanım Əliyeva çox böyük dəstək göstərib. Bəstəkar xəstələndiyi gün bəlkə dünyasını dəyişə bilərdi, çünki vəziyyəti ağır idi. Lakin Mehriban xanımın böyük dəstəyi sayəsində Tahir müəllim düz 4 ay yaşama mübarizəsi aparıb. Bəstəkarın dünyasını dəyişdiyini eşidib dərhal evinə getdim, ailə ilə maraqlandım, sual verdim ki, nə köməklik edə bilərik?

Həyat yoldaşı dedi ki, narahat  olmayın, Bəstəkar İttifaqından, Mədəniyyət və Turizm Nazirliyindən xahiş etmişəm, nazirlik onun bütün dəfnini öz üzərinə götürüb. Mən də hamı kimi çox sevindim və dəfn olunacağı yeri soruşdum, dedilər ki, ”Qurd qapısı” məzarlığında olacaq. Dəfn günü jurnalistlərlə birgə hamı ora getmişdi. Lakin məzarlığa  çatanda bizə bildirdilər ki, Tahir Əkbər başqa məzarlıqda dəfn olunacaq.

Əgər məzar yeri bir qədər əvvəldə olsaydı, bəlkə də bu qədər aqressiya olmazdı. Açığını  deyim, Tahir müəllimin rəhmətə getməsi xəbərinə ağlamadım, çünki bilirdim ki, tez-gec bu baş verməli idi. Lakin dəfn olunduğu ərazini görəndə hönkür-hönkür ağladım. Tahir müəllimin dəfn olunduğu yerə görə biz çox üzüldük. Tahir müəllimin həyat yoldaşını qınayanlar həmin dəfn mərasimində olmayanlardır. Əgər dəfn mərasimində iştirak etsəydilər, görərdilər ki, ömrünün bütün hissəsini xalqının yüksək mədəniyyətinə həsr edən insana həmin ərazi heç yaraşmırdı və bunun sonuna 3 nida qoymaq lazımdır”.

Aybəniz Haşımova ile ilgili görsel sonucu

Müğənni bu məsələdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayevi qınamadığını deyib:

“Ona çatdırıblar ki, hər şey yaxşı həll olunub. Amma bilirəm ki, Əbülfəz müəllim həmin yeri görsəydi bizim kimi hönkür-hönkür ağlayardı”.

Mərhum bəstəkarın dostu, nəğməkar şair Vüqar Əhməd isə olaya bu cür şərh bildirib:

“Tahir Əkbərlə mən AzTV-də birgə çalışmışıq. Onunla hələ 1987-ci ildə tanış olmuşuq. Dəfələrlə onunla dövlət tədbirlərində, konsertlərində mən  redaktor, o isə səs rejissoru olub. Layiqli dəfn yerinə gəldikdə isə onsuz da İslam aləmində qəbir itib gedir. Şeirimdə qeyd etdiyim kimi, bizim sonumuz məzarda, darısqal otaqdır. Doğrudur, Tahir Əkbər bizim sevimli bəstəkarımız idi. Lakin onun orden, titulları yox idi. O, bildiyiniz kimi, xalq artisti deyil, əməkdar incəsənət xadimi idi. Yalnız böyük titullar alanlar Fəxri Xiyabanda dəfn olunur. Bunun üçün fikrimcə, ailəsi bundan inciməməlidir. Dövlət Tahir Əkbərin əməyini yüksək dəyərləndirib, ona fəxri ad verib. O yerdə ki, Tahir Əkbər dəfn olunub, təbii ki, layiqli yer olacaq, qəbrinin üstünə sənətçilər, ailəsi gələcək”.

Şəhla Həmidova ile ilgili görsel sonucu

Bəstəkarın bir neçə mahnısı ifa etmiş müğənni Şəhla Həmidova isə məsələyə bu cür reaksiyasını bildirib:

“Hər halda, II Fəxri Xiyabanda dəfn olunsaydı daha yaxşı olardı. Bildiyim qədər, deyilən yerlə dəfn olunan yer üst-üstə düşməyib. Bəlkə də ailəsinin  ürəyindən belə keçib ki, məzarını dəyişsinlər. Ümumiyyətlə, son vaxtlar elə şeylər baş verir ki, anlamaqda çətinlik çəkirəm”.

Tahir Əkbər ile ilgili görsel sonucu

Xatırladaq ki, sevimli və istedadlı bəstəkar Tahir Əkbər 2017-ci ilin noyabrında insult keçirmiş, 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. O zamandan vəziyyəti ağır olan sənətkar 2 mart 2018-ci ildə evində vəfat edib.

Bəstəkarın bəstələdiyi onlarla mahnı, o cümlədən “Dərdin alım”, “Heç küsməyin yeridirmi?”, “Azərbaycan”, “Əzizim”, “Heyfim gəldi”, “Qalardım”, “Bir qız bir oğlanındır”, “Xəzəllərin rəqsi” və başqa mahnılar görkəmli ifaçılarımız Şövkət Ələkbərova, Mirzə Babayev, Zeynəb Xanlarova və digər müğənnilər tərəfindən uğurla ifa olunub. Onun mahnıları nəinki Azərbaycan, hətta qardaş Türkiyə müğənnilərinin də ifalarında sevə-sevə səslənib.

Tahir müəllimin “Amin” mahnısı müğənni Brilyant Dadaşovanın ifasında Norveçdə Nobel mükafatının 100 illiyi ilə əlaqədar olaraq diskə salınıb və dünya xalqlarını sülhə çağıran bu disk Avropada yayılıb.

Xalidə GƏRAY,
Musavat.com

Əvvəlki yazı

Məşhur model podiumda yerə SƏRİLDİ – VİDEO

Sonrakı yazı

“Məktəblərdə “8 mart”la bağlı pul tələb olunması yolverilməzdir” – Təhsil Nazirliyi

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.