Məşhur azərbaycanlı reper, Rusiyanın “Jara FM” radiostansiyasının baş direktoru Bəxtiyar Əliyev koronavirusa yoluxub.
Reportyor.info xəbər verir ki, daha çox səhnə adı Bahh Tee ilə tanınan ifaçı bu barədə İnstagram səhifəsində məlumat verib.
“Bu gün məndə ikitərəfli pnevmoniya diaqnozu qoyulub – koronavirus mənə də çatdı. Bu barədə danışmaq istəməzdim amma son günlər çox sayda insanla ünsiyyətdə olmuşam”.