Türkiyəli aktyor Ozan Güvenin döydüyü sevgilisi Deniz Bulutsuzun görüntüləri yayılıb.
Reportyor.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün mübahisəsi Denizin keçmiş sevgilisi barədə mövzunu açması olub. Bundan sonra Ozan Güven özündən 17 yaş kiçik sevgilisinin ünvanına söyüş söyərək ona hücum edib. “Heç bir yerə getməyəcəksən, səni öldürəcəm” deyən aktyor daha sonra sevgilisinin telefonunu götürüb, onu evdə məcbur saxlayıb.
Qeyd edək ki, D.Bulutsuz aktyoru polisə şikayət edəcəyini deyib.