Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25%-dən 7%-ə endirilməsi haqqında qərar qəbul edib.
Reportyor.info xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, faiz dəhlizinin aşağı həddi 6,5%, faiz dəhlizinin yuxarı həddi isə 7,5% səviyyəsində müəyyən edilib.
Bu qərar 19 iyun 2020-ci ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2020-ci il iyul ayının 30-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.