03-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Mənfur, alçaq, süfrəmizin qırıntısı ilə böyüyən…” – Seyran Səxavət

09 Sentyabr 2020, 15:39
Cəmiyyət
A A
“Mənfur, alçaq, süfrəmizin qırıntısı ilə böyüyən…” – Seyran Səxavət

Azərbaycan cəmiyyəti hər zaman müxtəlif kontekslərdən tənqid olunur. İnsanlar çox vaxt öz uğursuzluqlarına “şərik” axtarır. Müvəffəqqiyətsizliklərini başqalarının ayağına yazmağa çalışır, bəzən bir-birinin quyusunu qazırlar. 

Reportyor.info xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan yazıçı Seyran Səxavət bunu hamıya şamil etməyin düzgün olmadığını deyib:

“Bu məsələ hər zaman gündəmdə olmalıdır. “Bütün Azərbaycan bir-birinin ayağının altını qazır” demək də qətiyyən düzgün deyil. Ümumiyyətlə, bu fikri yığışdırmaq lazımdır. Adi bir misal çəkək, bir uşağa davamlı olaraq “Sən pis uşaqsan” desən, o heç vaxt yaxşı olmaq haqqında fikirləşməyəcək. Deyəcək ki, onsuz da yaxşı olsam da, pissən deyəcəklər. Bu psixoloji məqamdır. Millət də uşaq kimi bir şeydir, həddi-büluğa çatmır, həmişə uşaqdır. Ona görə də bu tip söz-söhbətləri yığışdırmaq lazımdır. Əgər mənim iradəmlə olsaydı bu söhbəti tamamilə yığışdırardım.

Bu günə qədər adamlar olub ki, artıq onlar məşhurdurlar. Mən vaxtilə nəinki onların ayağından çəkmək, əksinə belimə mindirmişəm ki, bir az da boy-buxunları yaxşı görünsün. Söhbət ədəbiyyat sahəsindən gedir.

Ümumiyyətlə ictimai sahədə, ədəbiyyatda və başqa yerlərdə o qədər yaxşı insanlar var ki, onlar başqalarının əlindən tuturlar, köməklik göstərirlər. Bir məsəl var, deyir, bəzən  bir dana naxırı korlayır”.

Yazıçı belə mövzulara həssas yanaşılmalı olduğunu bildirib:

“Xainlik deyilən bir şey var, əgər siz bir qonşunuza qarşı xainlik edirsinizsə, deməli, lazım gələndə vətən xaini də ola bilərsiniz. Sadəcə miqyaslar fəqlidir. Əvvəllər mənfur, alçaq, süfrəmizin qırıntısı ilə böyüyən ermənilər bir məsəl yaratmışdılar: Ertməni aşığın dilini,  müsəlman ustanın da əlini kəsmək lazımdır. Bunun da mənası o idi ki, yəni ermənidən aşıq olmaz, azərbaycanlıdan da usta. Məgər bizim ustalarımız yoxdur? Abşeron yarımadasında, bölgələrdə evlər tikilir, onlar hamısı bizim ustaların əli ilə tikilib. Belə mövzularda bir az ehtiyatlı olmaq lazımdır. Millətin boynuna qoyub demək olmaz ki, siz bir-birinizin ayağından dartırsınız. Onda həm də bir-birinə əl tutan, kömək edən millətin nümayəndələri də inciyirlər. Milli psixoloji kəsikdə bir qədər ehtiyatlı olmaq lazımdır, o kəsik minalanmış torpaq kimidir, gərək ehtiyatla addımlayıb, danışasan.

Mən qətiyyən bu fikirlə razı deyiləm. Bu millətdə bir-birinin ayağından çəkməyi 75 ildə demək olar ki, görməmişəm. Arada qardaş-bacı arasında bəzi münaqişələr olur, amma bu dünyanın hər yerində var. Lakin millət olaraq bir-birinin ayağından çəkən millət deyilik. Çayışmayan cəhətlərimiz var, düzdür, amma bu yerdə razılaşmıram. Tək-tük kimlərsə ola bilər ki, kiminsə ayağından çəkir. Əgər ayaq bərkdirsə, ona heç nə olmayacaq, qoy çəksinlər, onsuz da zəhmətləri əllərində qalacaq”.

Əvvəlki yazı

Toy mərasimində 10-dan çox adamın iştirakı qadağan edilib

Sonrakı yazı

Bərdənin icra başçısının qanunsuz göstərişi qalmaqala səbəb olub – TƏFƏRRÜAT

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

02 Sentyabr 2025, 10:47
İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

02 Sentyabr 2025, 10:44
Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

02 Sentyabr 2025, 10:27
İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

02 Sentyabr 2025, 10:25
Məktəbli formalarının satıldığı ünvanlar açıqlanıb

Məktəbli formalarının satıldığı ünvanlar açıqlanıb

02 Sentyabr 2025, 10:23
Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu

Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu

02 Sentyabr 2025, 10:20
“Qarabağ” Juninyonu qaytarmaq istədi, klubu buraxmadı

“Qarabağ” Juninyonu qaytarmaq istədi, klubu buraxmadı

02 Sentyabr 2025, 10:19
Türkiyə XİN ATƏT-in Minsk qrupunun ləğvini alqışladı

Türkiyə XİN ATƏT-in Minsk qrupunun ləğvini alqışladı

02 Sentyabr 2025, 10:15
İlin II Ay tutulması – Azərbaycanda da izləyəcəyik

İlin II Ay tutulması – Azərbaycanda da izləyəcəyik

02 Sentyabr 2025, 10:14
Bu kanalın baş redaktoru vəzifəsindən getdi

Bu kanalın baş redaktoru vəzifəsindən getdi

02 Sentyabr 2025, 10:12
Kolleclərə ixtisas seçimi bu gün yekunlaşır

Kolleclərə ixtisas seçimi bu gün yekunlaşır

02 Sentyabr 2025, 10:09
Xızıda 2 gənc qardaş faciəvi şəkildə öldü – Yenilənib

Xızıda 2 gənc qardaş faciəvi şəkildə öldü – Yenilənib

02 Sentyabr 2025, 10:08
Bu kinoşünaslara 4000 manat pul veriləcək (SİYAHI)

Bu kinoşünaslara 4000 manat pul veriləcək (SİYAHI)

01 Sentyabr 2025, 15:56
İki uşaq anasının müəmmalı ölümü – İntihar, yoxsa qətl?

İki uşaq anasının müəmmalı ölümü – İntihar, yoxsa qətl?

01 Sentyabr 2025, 15:55
Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?

Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?

01 Sentyabr 2025, 15:45
“Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır” – Deputat

“Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır” – Deputat

01 Sentyabr 2025, 15:24
ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

01 Sentyabr 2025, 15:22
Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?

Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?

01 Sentyabr 2025, 15:19
İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi

İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi

01 Sentyabr 2025, 14:27
Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? – Açıqlama

Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? – Açıqlama

01 Sentyabr 2025, 14:24

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.