12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Mən o dəhşətli günləri yaxşı xatırlayıram…” – Prezident İlham Əliyev

11 May 2018, 00:28
Cəmiyyət
A A
“Mən o dəhşətli günləri yaxşı xatırlayıram…” – Prezident İlham Əliyev

Azərbaycanın ovaxtkı iqtidarı öz laxlayan hakimiyyətini qorumaq üçün cinayətlərə, vətəndaş müharibəsinə əl atmışdı.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, 1990-cı ilin faciəvi günlərində Heydər Əliyev əsl lider kimi yenə də öz xalqının yanında yer tutdu, xalqa yol göstərdi: “Mən o dəhşətli günləri yaxşı xatırlayıram, sovet hökuməti, sovet rəhbəri tərəfindən Azərbaycan xalqına qarşı böyük cinayət törədilmişdi. Qanlı Yanvar faciəsi böyük cinayətdir, öz xalqına qarşı böyük cinayətdir. Yüzdən çox günahsız insan vəhşicəsinə qətlə yetirilmişdir, yüzlərlə insan yaralanmışdır və itkin düşmüşdür. Heydər Əliyev dərhal bu ədalətsizliyə qarşı öz səsini ucaltdı. Yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, – mən də onun yanında idim, – orada sovet rəhbərliyini, bu vəhşi aktı pislədi və Azərbaycan xalqına öz həmrəyliyini ifadə etdi. Bu, böyük cəsarət tələb edən addım idi. Çünki o vaxt Heydər Əliyev sovet təbliğatında çox böyük təzyiqlərə, böyük kampaniyalara məruz qalırdı. Ancaq xalqın ona olan sevgisini bu çirkin əməllər söndürə bilməzdi. Əksinə, xalq görürdü ki, öz liderinə qarşı böyük ədalətsizlik törədilir və onun ətrafında daha da sıx birləşməyə cəhd göstərirdi. 1990-cı il yanvarın 21-də Heydər Əliyevin Moskvada daimi nümayəndəlikdə keçirilmiş mətbuat konfransındakı çıxışı dəfələrlə dərc edilib, televiziyada göstərilib. Yenə də deyirəm, bu, böyük cəsarət tələb edən addım idi. Bu addım bir daha göstərirdi ki, Azərbaycan xalqının problemləri, mənafeyi, dərdi onun üçün hər şeydən üstündür, hər şeydən əzizdir və ağır günlərdə o, mütləq öz xalqının yanında olmalı idi. Onu da qeyd etməliyəm ki, o vaxt sovet hakimiyyəti hələ möhkəm idi, Sovet İttifaqının dağılmasına hələ iki il vaxt qalırdı. Heç kimin ağlına gələ bilməzdi ki, nə vaxtsa sovet dövləti dağılacaq”.

Prezident əlavə edib ki, ondan sonra Heydər Əliyev uzun illər xidmət etdiyi Kommunist Partiyasının sıralarından çıxdı. Çox ciddi bəyanat vermişdi və təbii ki, ona qarşı bundan sonra da təzyiqlər, təqiblər daha da geniş vüsət almışdı, hətta tam dəqiq məlumata görə, onun həbsi məsələsi də qoyulmuşdu: “Moskvada qalmaq mümkün deyildi, onun bütün ailə üzvlərinə qarşı da çox ciddi addımlar atılmışdı. Bütün ailə üzvləri tutduqları vəzifələrdən, – vəzifələr o qədər də böyük vəzifələr deyildi, adi vəzifələr idi, – çıxarılmışdı. Demək olar ki, sovet hakimiyyətinin repressiya maşınının nəticələrini biz o vaxt görmüşük və hiss etmişik.

Heydər Əliyev doğma Vətənə üz tutur və Bakıya gəlir. Əfsuslar olsun ki, Bakıda da ona yaşamağa imkan vermədilər və Naxçıvana – doğulduğu yerə gedib orada yaşamağa məcbur olur və Azərbaycan xalqı onun ətrafında birləşməyə başlayır. Azərbaycan xalqı açıq-aydın görürdü ki, bu ağır vəziyyətdən xalqı ancaq Heydər Əliyev çıxara bilər, xalqı ancaq o xilas edə bilər. Naxçıvanlılar onun ətrafında sıx birləşərək Heydər Əliyevi Ali Məclisin Sədri vəzifəsinə seçdilər və o, Naxçıvanı işğaldan qorudu. Çünki o vaxt Ermənistan Naxçıvanı da işğal etmək istəyirdi. Ancaq Heydər Əliyev buna imkan vermədi. Orada böyük səfərbərlik işləri görülmüşdür, özünümüdafiə dəstələri yaradılmışdır və Naxçıvanın işğalına imkan verilməmişdir. Naxçıvanlılar da Heydər Əliyevi qorudular. Çünki o vaxt – 1992-ci ildə hakimiyyəti qanunsuz, dövlət çevrilişi nəticəsində zəbt etmiş AXC-Müsavat hakimiyyəti Heydər Əliyevə qarşı işlərə başlamışdı və Naxçıvanda da çevriliş etmək fikirləri var idi”.

İlham Əliyev əlavə edib ki, hətta o vaxt Daxili İşlər Nazirliyinin daxili qoşunlarının bir dəstəsini Naxçıvana desant göndərmək istəmişlər, naxçıvanlıları, Heydər Əliyevi hədələmişdilər, ancaq sonra bu çirkin əməllərdən əl çəkməli oldular: “Çünki gördülər ki, onları çox ciddi müqavimət gözləyir və bu, avantüra onlara çox baha başa gələ bilər və yenə də, – sonra da bunu dəfələrlə göstərəcəklər, – qorxaqlıq göstərərək öz çirkin niyyətlərindən əl çəkməli oldular”.

Dövlət başçısı vurğulayıb ki, Naxçıvan dövrü çox yaddaqalan dövrdür: “Mən o dövrü çox yaxşı xatırlayıram. Mən dəfələrlə Naxçıvana atamın yanına getmişəm, onunla bərabər olmuşam. Çox ağır vəziyyətdə Naxçıvanın qorunması, Naxçıvanın yaşaması üçün çox böyük işlər görülmüşdür. Müstəqilliyimiz üçün də çox böyük işlər görülmüşdür. Çünki uzun fasilədən – 1920-ci ildən sonra ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə Ali Məclisin sessiyasında rəsmi dövlət bayrağı kimi təsdiq olundu. Bu, müstəqilliyə gedən yolun başlanğıcı idi.

Azərbaycanda vəziyyət getdikcə gərginləşirdi, torpaqlarımız erməni işğalı altına düşürdü. Ovaxtkı AXC-Müsavat hakimiyyəti xalqın ümidlərini doğrulda bilmədi, öz yarıtmaz, xəyanətkar siyasəti ilə Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə böyük zərbələr vurdu və demək olar ki, ölkəni idarəolunmaz vəziyyətə gətirdi. Xaos, anarxiya, talançılıq, özbaşınalıq, siyasi, iqtisadi, hərbi böhran hökm sürürdü, torpaqlarımız işğal altına düşürdü. Azərbaycanın ovaxtkı iqtidarı isə öz laxlayan hakimiyyətini qorumaq üçün cinayətlərə, vətəndaş müharibəsinə əl atmışdır. Biz o günləri, o illəri yaxşı xatırlayırıq. Öz hakimiyyətini saxlamaq üçün Gəncəni bombalamağa qərar vermişdi və Gəncənin dağılmış binalarının o mənzərəsi bu gün bizim gözümüzün qabağındadır. Azərbaycan xalqı o anti-milli hakimiyyətə yox demişdir, cəmi bir il ona dözə bilmişdir və öz lideri ətrafında birləşmişdir. Hələ 1992-ci ildə Azərbaycanın qabaqcıl ziyalıları, tanınmış insanlar, ictimai xadimlər Heydər Əliyevə müraciət edərək partiyanın yaradılması ilə bağlı təkliflər irəli sürmüşlər və 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu da gənc dövlətin siyasi sisteminin yaradılması demək idi. Çünki o günə qədər Azərbaycanda siyasi sistem yox idi, siyasi münasibətlər, ümumiyyətlə, mövcud deyildi. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyev Bakıya gəlmişdir. Ovaxtkı AXC-Müsavat hakimiyyəti yenə də qorxaqlıq göstərərək kənara çəkilmiş, ölkə, demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. O ağır, çətin vəziyyətdə xalq bu tarixi missiyanı Heydər Əliyevə həvalə etmişdir”.

Əvvəlki yazı

Şamaxıda 29 yaşlı qadın intihara cəhd edib

Sonrakı yazı

Səlim Müslümova daha bir zərbə – korrupsiya ittihamı rəsmiləşdi

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

12 Fevral 2026, 15:21
Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

12 Fevral 2026, 15:19
Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

12 Fevral 2026, 15:18
“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

12 Fevral 2026, 14:34
DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

12 Fevral 2026, 14:33
Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

12 Fevral 2026, 14:31
Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

12 Fevral 2026, 14:30
DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

12 Fevral 2026, 14:28
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

12 Fevral 2026, 14:27
Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.