23-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Məmurların pullu biznesi-uşaqlardan yığılan milyonlar

13 İyun 2018, 09:12
Cəmiyyət
A A
Məmurların pullu biznesi-uşaqlardan yığılan milyonlar

Qalmaqallı “Kid Studio” Uşaq Mərkəzi lisenziyasız fəaliyyət göstərirmiş; məmurların son illər böyük maraq göstərdiyi, milyonlar qazanılan sahələrdən biri də uşaq əyləncə mərkəzləri və bağçalardır  

Cəmi bir neçə ay əvvəl fəaliyyətə başlamış “Kid Studio” Uşaq Mərkəzinin ömrü uzun olmadı. Tərbiyəçinin azyaşlı uşağa qarşı amansız davranışları bağçanın fəaliyyətinə son qoydu.

İşgəncə faktını üzə çıxaran videomaterial dünəndən bəri xəbər saytlarında yayımlanır. Yayımlanar-yayımlanmaz da insanlar arasında dəhşət yaratdı. Necə olur ki, valideynlərin böyük məbləğdə pul ödəyərək etibar etdikləri uşaq tərbiyəçi tərəfindən döyülür? Qeyd edək ki, sözügedən bağçanın aylıq qiyməti nə az-nə çox 250 manatdır.

Bu cür hadisələr tək bizdə olmur. Ara-sıra sosial şəbəkələrdə müxtəlif ölkələrdə baş vermiş bu tip hadisələrin görüntülərinə rast gəlirik. Bizdən fərqli olaraq, xaricdə hadisəyə yanaşma fərqli olur. Uşağı şiddət görmüş valideyn dərhal hüquq mühafizə orqanlarına müraciət edir. Uşağının haqqını tələb edir. Bizdə isə döyülən uşağın ailəsi hansısa səbəbdən ya susurlar, da uşağını döyən müəllim, tərbiyəçinin müdafiəsinə qalxırlar.

Kid Studio uşaqları döyən ile ilgili görsel sonucu

Suallar çox olsa da, bağçadan cavab verən yoxdur. Bağça ilə əlaqə saxlayan həmkarımıza bildirilib ki, bağça müdiri jurnalistlərlə danışmaq istəmir. Jurnalistlərin danışdıra bilmədiyi mərkəzin müdiri Nigar Müseyibovanı  isə Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşları danışdırıb. Həmçinin Yasamal rayon icra başçısı Əziz Əzizov da bağçaya gəlib. Danışıqların və ziyarətin nəticəsi haqda isə mətbuata açıqlama verilmir.

2015-ci il noyabr ayının 2-dən etibarən bağçalara lisenziyanı İqtisadiyyat Nazirliyi “ASAN xidmət” vasitəsilə verməyə başlayıb. İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev bildirib ki, bu müddət ərzində nazirlik uşaqların Firuzə Tağıyeva adlı müəllim tərəfindən döyüldüyü “Kids Studio” Uşaq Mərkəzi adlı bağçaya lisenziya verməyib. Abbas Əliyevin sözlərinə görə, nazirlik bağçanın hansı əsaslarla fəaliyyət göstərdiyindən məlumatsızdır.

Kid Studio uşaqları döyən ile ilgili görsel sonucu

Vergilər Nazirliyinin Vergi ödəyiciləri üzrə axtarış sistemində həmin bağça haqqında məlumat yoxdur.  Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatda bu ada uyğun VÖEN müəyyən edilməyib.

Qeyd edək ki, məmurların son illər böyük maraq göstərdiyi, milyonlar qazanılan sahələrdən biri də uşaq əyləncə mərkəzləri və bağçalardır.

Maraqlıdır, uşaqlara qarşı kobud rəftar edən, uşaqları döyən o tərbiyəçini hüquqi məsuliyyət gözləyirmi?

“Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova ile ilgili görsel sonucu

Hüquq müdafiəçisi, “Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova bildirir ki, uşağı döyən tərbiyəçi Cinayət Məcəlləsinin 126-cı maddəsi -qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə cəza almalıdır: “Məsələnin KİV və elektron mediada yayılmasını nəzərə alaraq hüquq-mühafizə orqanları və ya prokurorluq artıq hüquqi proseduru başlatmalı idi”.

Hazırda ölkəmizdə 1656 dövlət, 96 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi var. Danılmaz faktdır ki, bağçalar körpələrin təlim tərbiyəsində mühüm rol oynayır. Hər yaş dönəminin özünün xüsusiyyətləri, psixoloji, sosial, emosional standartları var. Uşaqlar o xüsusiyyətlərə, standartlara cavab verə-verə böyüyür. Beləcə, dünya praktikasında uşaq inkişafının standartları meydana çıxır. İndi həmin o standartların tətbiqi üçün bir müəssisə lazımdır.

Kamran Əsədov ile ilgili görsel sonucu

Təhsil eksperti Kamran Əsədov kiçik yaşlıların bağçalara cəlb olunması baxımından Azərbaycandakı göstəricilərin dünyanın aparıcı dövlətləri ilə müqayisədə çox aşağı olduğunu deyir: “Hələ bağçaların sayının çox olduğu Bakı şəhərində məktəbəqədər yaş qrupunda olan uşaqların 25 faizi məktəbə bağçalardan gəlir. Təəssüflər olsun ki, maddi-texniki baza, binalar da bəs eləmir ki, digər 75%-lik uşaq da bağçalara cəlb olunsun. Dünya təcrübəsindən qeyd edim ki, Amerikanı götürsək, bağçaların 80%-i özəldir. Həmin bağçalarda olan şərait dövlət hesabında olan məktəbəqədər müəssisələrdən daha yaxşı qurulub. Dövlətin üzərinə az yük düşür. Təəssüflər olsun ki, bağçalara fəaliyyət lisenziyası verilsə də orada zəruri hallara o qədər də  diqqət yetirmirlər”.

Ekspert onu da qeyd edir ki, bağçalarda təhlükəsizliyin təmin olunması üçün uzunmüddətli yaddaşa malik, günün bütün saatlarında işləyəcək kameralar lazımdır: “Kameralar təhlükəsizlik  işinə müsbət təsir edir. Düşünürəm ki, videokameraların olması çalışanları məsuliyyətli etməklə yanaşı, həm də valideynlərin qarşısında güvənli olmağa zəmanət verir. Bu kameralar təkcə valideynlərin övladlarını izləməsi üçün deyil. Həm də müəssisənin təhlükəsizliyi təmin olunur”.

2011-ci ildə prezidentin sərəncamı ilə bağçalar Təhsil Nazirliyindən alınıb icra hakimiyyəti orqanlarına verildi. Bundan sonra bağçaların fəaliyyəti diqqətdən kənarda qaldı. Son illər bağçalarda neqativ hallar çoxalıb. Bu kimi halların aradan qaldırılması üçün bağçaların təkrar Təhsil Nazirliyinin tabeliyinə qaytarılması təklif edilir.

Əsədov düşünür ki, təhlükəsiz və yüksək keyfiyyətli bağça modelini tək Təhsil Nazirliyi təmin edə bilməz: “Bu kimi fəaliyyəti Təhsil Nazirliyinə tabe müstəqil qurum tərəfindən həyata keçirilməlidir. Necə ki, diplomların tanınması, peşə təhsili üzrə ayrıca Təhsil Nazirliyinə tabe qurumlar fəaliyyət göstərir, bu mexanizmi də eyni ilə təmin etmək olar. Ancaq bizdə bu sahəyə kifayət qədər vəsait ayrılsa, özəl bağçaların şəbəkəsi genişləndirilməlidir. Elə-belə, pərakəndə şəkildə olmamalıdır. İş adamları özəlləşdirmək istədikləri bağçaları standartlara uyğunlaşdırmalıdırlar. Bəzi vaxtlar özəlləşdirilən bağçalar məktəbəqədər müəssisə kimi də fəaliyyət göstərmir. Doğrudur, özəl bağçalarda istər qidalanma, istər tədris dövlət bağçaları ilə müqayisədə yaxşı təşkil olunub. Burada çalışan işçi – tərbiyəçilər uşaqlara daha həssas yanaşırlar. Lakin özəl bağçalar müstəqil kommersiya fəaliyyəti həyata keçirdiyi üçün hansısa təhsil qurumunun onun fəaliyyətinə müdaxilə etməsi, yoxlanılması mümkün deyil . Qanunvericilik yalnız onların təhlükəsizlik, vergi, sanitar qaydalara riayət edib-etməməsini yoxlaya bilir. Təəssüf ki, heç bir qurum bağçalarla bağlı yoxlama aparmır”.

 Ləman MUSTAFAQIZI,
“Yeni Müsavat”

Əvvəlki yazı

“Biz S-400-ləri alıb anbara qoymayacağıq” –Ərdoğandan ABŞ-a mesaj

Sonrakı yazı

Dünyada iqtisadi böhran mesajları: Azərbaycanı nə gözləyir?

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.