05-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Məmur oğlunun harınlığının nəticəsi – 33 yaşlı adam ölümlə üz-üzədir

26 May 2018, 22:32
Sosial
A A
Məmur oğlunun harınlığının nəticəsi – 33 yaşlı adam ölümlə üz-üzədir

Bir neçə gün öncə Bakıda törədilən cinayət hadisəsi, eşidən hər kəsi dəhşətə gətirir. Mayın 20-də saat 00:30 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yaşadığı binanın parkinqində yer üstündə mübahisə zamanı Mehtiyev Anar Yusif oğlu 33 yaşlı Ağayev Fərhad Sultan oğlunu döyərək ağır bədən xəsarəti yetirib. Fərhad Ağayev hazırda xəstəxanadadır və vəziyyəti ağırdır.

İnsider.az hadisə ilə bağlı Fərhad Ağayevin ailə üzvləri ilə əlaqə saxlayıb.

Fərhad Ağayevin əlaqə saxladığımız ailə üzvü: “Hazırda vəziyyəti stabil ağırdır. Sevinirik ki, o, sağdır. Çünki onu itirmək, onun bir daha geri dönməyəcəyini düşünmək istəmirik”, – deyib.

Məhkəmənin qərarı ilə hadisəni törədən Anar Mehdiyev barəsində həbs qətimkan tədbiri seçilib və Ağayev Fərhad Sultan oğlunu döyərək ağır bədən xəsarəti yetirməsi faktı ilə əlaqədar Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

“Anar Mehdiyevin ailəsi bizimlə danışmaq üçün gələrkən onun atası oğlunun törədildiyi cinayətin, eləcə də onların üzərinə düşən valideyn məsuliyyətinin ağırlığını anlayaraq vicdan əzabı çəkdiyini dedi. Lakin anası oğlunun xəstə olduğunu, dərmanlar qəbul etdiyini iddia edir. Biz bütün bunların cavabında oğlunun törətdiyi cinayətin cəzasını çəkəcəyini demişik, dialoq bu qədər olub. Başa düşə bilmirik, AR elit hərbi qüvvələrində xidmət edən, vaxtilə xüsusi dövlət güc strukturlarında çalışan, sürücülük vəsiqəsi ilə “Galendwagen” idarə edən bir adam necə xəstə ola bilər? ” – deyə zərərçəkənin ailəsi bildirib.

Qeyd edək ki, A.Mehdiyevin atası sabiq məmur, anası isə Dövlət doğum evlərinin birində ginekoloqdur.

F.Ağayevə yetirilmiş xəsarətin həyat üçün təhlükəli olması nəzərə alınmaqla Nəsimi RPİ-nin İŞ-də istintaqı aparılan cinayət işi Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilmiş və həmin cinayət işi Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə istintaq edilən cinayət işinə birləşdirilib.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

“İnsan törətdiyi əməldən peşman olmayıb. Təsəvvür edin ki, zərbə vurduğu insan yerdə qan içində vurnuxur, həmin adamın ailə üzvləri fəryad edir, o isə “zəng vurun 103-ə meyitini aparsınlar” deyir. Fərhad xəstəxanaya qardaşı tərəfindən çatdırılıb.

Bir insanın qarşısında beyin silkələnməsindən sonra köpük qusan birinə sakit şəkildə baxması qədər dəhşətli, insanlıqdan uzaq bir səhnə təsəvvür edə bilmirik. Cinayəti törətdikdən sonra gedib yatıb. Polis onu aparanda yuxudan oyadıb. Vicdan adlanan bir anlayış yoxdur bu insanda. Ona görə də bizim ailə olaraq yeganə istəyimiz bu işə qanunlar çərçivəsində tam ciddi şəkildə baxılmasıdır.
Tək zərərçəkənlə deyil, Anar Mehdiyev Fərhadın qardaşı ilə də münaqişə yaratmağa çalışıb, amma alınmayıb. Həmin hadisədən sonra onu polisə şikayət ediblər. Amma Anar Mehdiyevə heç bir qanuni yolla edilən xəbərdarlıq təsir etməyib. Nəticədə may ayının 20-si gecə Fərhadla qarşılaşaraq onun həyatına qəsd edib. Axı bir parkinq yeri üçün insan həyatına qəsd edilərmi? Münaqişə və mübahisə üçün zaman belə olmayıb, hadisə saniyələr içində baş verib”, – deyə ailə üzvü bildirib.

A.Mehdiyevin şübhəli şəxs qismində tutulduqdan sonra Nəsimi RPİ-nin müvəqqəti saxlama yerinə aparılarkən Nəsimi RPİ-nin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri Alıyev Elnur Nurəddin oğlunun üz nahiyəsinə yumruq zərbələri vuraraq ona həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməsi faktına görə Nəsimi rayon prokurorluğunda 23 may 2018-ci il tarixdə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Səbinə Səmidxan

Əvvəlki yazı

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin İclası keçirildi

Sonrakı yazı

Müştərisi Elnarə Rzayevanın söyüşlərlə dolu yazışmasını yaydı

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.