06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Məmmədyarov həbs oluna bilər – Hüquqşünas

21 İyul 2020, 10:00
Siyasət
A A
Məmmədyarov həbs oluna bilər – Hüquqşünas

Xarici İşlər Nazirliyində (XİN) Dövlət Təhlükəsizliyi Xidmətinin(DTX) keçirdiyi əməliyyatdan sonra hər kəsi düşündürən bir sual var – sabiq nazir Elmar Məmmədyarov həbs olunacaqmı? Yoxsa sabiq naziri Eldar Mahmudov kimi həbssiz istintaqa cəlb etmə gözləyir?

XİN-dəki əməliyyatdan sonra irəli sürülən ittihamların mahiyyətinə baxanda belə təəssurat yaranır ki, əlaltıları Məmmədyarovun susqun razılığı  ilə bildiklərini ediblər. Ortada olduqca ciddi ittiham var və bu ittiham hansısa “JEK” müdirinə qarşı deyil. Söhbət dövlətin xarici siyasətini gerçəkləşdirən bir nazirlikdə baş verənlərdən gedir.

“Yeni Sabah” bildirir ki, rəsmi ittihama görə, XİN İşlər İdarəsinin müdiri, nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə”, Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev isə “rüşvət alma faktlarına” görə həbs ediliblər. DTX onların “çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edildiyini” açıqlayıb.

Qurum şübhələrin “dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi” ilə bağlı əldə edilmiş məlumatları araşdırdıqdan sonra ortaya çıxdığını qeyd edib.

DTX adıçəkilən şəxslərin xidməti və yaşadıqları ünvanlarına və “dövlət vəsaitlərinin əmtəəsiz əməliyyatlarla mənimsənilməsi üçün yaradılmış hüquqi şəxslərə dair sənədlərin və işlərin görülməsi üçün vəsait ayrılması müqabilində rüşvət ödənildiyi barədə sənədlərin olduğu yerlərə” baxış keçirildiyini açıqlayıb.

Həmin yerlərdən nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb. Fərhad Molla-zadə və Səlim Əlizadənin “dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsəməsi barədə əsaslı şübhələr müəyyən edilib…

Bu əməliyyatdan bir neçə ay öncə mətbuat Elmar Məmmədyarovun oğullarının ABŞ-da 4 milyonluq mənzil almasından yazmışdı. O zaman da XİN-in adının belə korrupsiya qalmaqalında hallanmasının yolverilməz olduğu söylənilmişdi.

“Bakı Hüquq Şirkəti”nin rəhbəri Natiq Ələsgərov bildirib ki, XİN-də baş verənlər biabırçılıqdır, Elmar Məmmədyarov istənilən halda istintaqa cəlb olunmalıdır: “Dövlət büdcəsindən ayrılan pulları Elmar Məmmədyarovun ”burnunun altında” tar-mar ediblər. Onun isə bundan xəbəri olmayıb?

Axı bu nağıla kim inanar? Sən bu sahəyə rəhbərlik edirsənsə, işçilərin burada min oyundan çıxıb dövlət büdcəsindən – yəni xalqın cibindən ayrılan pulları oğurlayırsa, talayırsa, 1 nömrəli günahkar, cavabdeh də sənsən! Sənin günahın göz qabağındadır. Bu cinayətlər baş veribsə, bundan Elmar Məmmədyarovun xəbəri olub. Yaxasını kənara çəkə bilməz”.

Hüquqşünas deyir ki, sabiq nazirin baş verənlərdən xəbəri olmayıbsa belə, onun həbsi üçün kifayət qədər ciddi əsaslar var: “Elmar Məmmədyarovin siyasi məsuliyyəti də var. O vaxt Cahangir Hacıyevin rəhbərlik etdiyi Beynəlxalq Bankdan milyardlar oğurlananda məlum olmuşdu ki, arxasında Eldar Mahmudov dayanır. Bəs Elmar Məmmədyarovun tutulan komissiya sədri, idarə rəislərinin arxasında kim dayanıb? Bu adamlar kimdir ki, dövlət büdcəsindən bu sahəyə ayrılan pulları mənimsəsinlər?

Elmar Məmmədyarov 16 il həmin sahəyə rəhbərlik edib. Təbii ki, pul məsələləri də birbaşa onun kurasiyasında olub. İşçiləri onu 1-2 il aldada bilərdilər. Yerdə qalan illəri kimin ayağına yazacaq? Pul məsələsi belədir ki, xərcləyəndə oğurluqları aydın görünür. Hamı bilir ki, pul xərcləmə məsələsi nazirliklərdə nazirin imzası ilə gerçəkləşir. Bir qədər əvvəl Mədəniyyət Nazirliyində əməliyyat keçirildi.

Orada da eyni vəziyyətdir. Bunu bilməyən var? Ola bilsin, bəzi xırda məsələlər digər şəxslərə tapşırılsın, amma tam olaraq məsuliyyət nazirin üzərindədir. Nazirin baş verənlərdən xəbərsiz olmasını düşünmək üçün sadəlövh olmaq gərəkdir.

Dövlət büdcəsindən konkret sahəyə ayrılan pulların idarə edilməsinə, təyinatı üzrə xərclənməsinə nəzarət etməli şəxs həmin sahəyə rəhbərlik edəndir. Bu halda isə nazir Elmar Məmmədyarovdir. Elmar Məmmədyarov ən azı Cinayət Məcəlləsinin 314-cü – səhlənkarlıq maddəsi ilə istintaqa cəlb olunmalıdır”.

Hüquqşünas deyir ki, Elmar Məmmədyarov həbs olunacağı təqdirdə, onu ən azı 5 ilə qədər həbs gözləyir: “Sübut olunsa ki, Elmar Məmmədyarovun baş verənlərdən xəbəri yoxdur, bu halda 5 il həbsə getməlidir. Çünki büdcədən XİN-ə ayrılan pullara, pulların xərclənməsinə nəzarət də onun vəzifəsidir. Elmar Məmmədyarov deyə bilməz ki, mən büdcə pullarının oğurlanmasından xəbərsiz olmuşam.

Azərbaycanda məmurlar dövlət büdcəsindən ayrılan pulların talan edilməsinə öyrəşiblər və bunun sonu olmayacağını düşünürlər. Belə görünür ki, ötən ilin sonundan başlayan həbslərdən nəticə çıxaran məmurlar çox azdır. Amma proses gedir və bunun davamlı olması, ümumilikdə ölkədə vəziyyəti müsbətə doğru dəyişmək gücündədir”.

Hüquqşünas Elmar Məmmədyarovun Eldar Mahmudov kimi istintaqdan kənar qala biləcəyi ehtimalının az olduğunu deyib.

Əvvəlki yazı

Adil Qeybulla: “Belə karantin olmur axı”

Sonrakı yazı

Prezident köməkçisi: “İşləməkdənsə 190 manatı almaq istəyirlər”

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.