28-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Məktəb direktorunun işi prokurorluqda:Cəmşid Sadıqov Ceyhun Bayramovla “həll” etmişəm deyir…

14 Mart 2019, 08:54
Seçmə, Banner
A A
Məktəb direktorunun işi prokurorluqda:Cəmşid Sadıqov Ceyhun Bayramovla “həll” etmişəm deyir…

Tovuzun Əyyublu kənd 1 saylı orta məktəb direktoru Cəmşid Sadıqovun texniki işçi Aygün Əliyevadan 2000 manat alaraq onu işə götürməsi iddiaları elektron mediada səs-küy doğurub.

Cumhuriyyet.net-in əldə etdiyi xəbərə görə, təhsil ocağı müdirinin barəsində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edilib.

Artıq C.Sadıqovun işi prokurorluqdadır və araşdırmanın icraatı ilə bağlı yaxın günlərdə hərəkətlənmə olacağı gözlənilir.

Məktəb direktorunun A.Əliyevadan və kollektivin digər işçilərindən hər ay 20 manat alması, A.Əliyevanın 110 manat almalı olduğu maaşı qanunsuz olaraq azaldıb 30 manata endirməsi iddiaları da prokurorluq tərəfindən araşdırıla bilər.

C.Sadıqovun şikayətləri qulaqardı etməsi, texniki işçini sıxışdırması, gözümçıxdıya salması, onun verdiyi 2000 manatı qaytarmaması ilə bağlı nə Tovuz təhsil şöbəsi, nə də Təhsil Nazirliyi tədbir gördü.

Əksinə, C.Sadıqov A.Əliyevaya özündənrazı şəkildə bildirib ki, heç kim ona bata bilməz, şikayətlər vecinə deyil, çünki Bakıya gedib, nazirlikdə olub, məsələni “yoluna” qoyub.

Belə çıxır ki, məktəb direktoru nazirlikdən onu himayə edən şəxsi “görüb”, işin ört-basdır edilməsi üçün “şirinlik” verib.Lakin unudub ki, nazirlikdən daha səlahiyyətli qurum var – porkurorluq və iş orada ört-basdır edilə bilməz.

Aldığımız xəbərə görə, direktor prokurorluğa şikayətdən xəbər tutub, bundan acığa düşərək A.Əliyevanı növbəti dəfə təhqir edib, ondan qisas almaq naminə məktəbin döşəmələrini silməyə məcbur edib, işdən getməsi üçün tabelə qol çəkməsinə belə imkan verməyib. Bütün bunlar Tovuz rayon təhsilindəki rəzil mənzərəni, dərəbəyliyi, anarxiyanı ortaya qoyur.

Görün təhsilin idarəçiliyi hansı səviyyəyə enib ki, bir kənd məktəbinin direktoru ilə bacarmırlar. Ya da bacarırlar, sadəcə, C.Sadıqovla əlbirdilər, hesablaşırlar.

Çünki Tovuz məktəblərinin əksəriyyətində özbaşınalıq, şahın qanun olması, tədrisin keyfiyyətinin aşağı düşməsi, dərsə davamiyyətin sıfıra enməsi, müəllimlərin incidilməsi, texniki işçilərin qul kimi işlədilməsi normativə çevrilib.

Ona görə də C.Sadıqov A.Əliyevanın şikayətlərinin nə nazirlikdə, nə yerli təhsil şöbəsində araşdırılacağına arxayındır.

Odur ki, aldığı 2000 manatı geri qaytarmır, texniki işçinin maaşını bərpa etmir. Bu azmış kimi, onu təhqir edir, qul kimi işlədir, hədələyir. Aygün xanım ayda cəmi 110 manat maaş almalıdır.

Bu qəpik-quruşu da ona çox görən məktəb direktoru əsassız yerə pulunu kəsib, əvvəlcə 80, sonra 60, axırda 35 manata endirib. A.Əliyeva RTŞ-nə şikayət elədikdə pulu 30 manata çatdırıb.

İndisə prokurorluğa şikayət olunduğunu eşidib, əl-ayağa düşüb, Aygünü aşağılayıb, hədə-qorxu gəlməyə başlayıb. Deyib ki, nazirlikdə işini həll edib, haqq-hesab verib. Bu ittiham təhsil naziri Ceyhun Bayramova yönəlir.

Yəni, nazir o günə qalıb ki, kənd məktəbinin direktorundan rüşvət alsın, yaxud nazirlikdə onun regional kuratoru pul götürüb C.Sadıqovun əməllərini malalasın?!

C.Bayramov islahatçı nazir imici qazanıb, təhsildə yeniliklərə imza atmağı hədəfləyib, neqativləri aradan qaldırmağa çalışır, özünü yaxşı aparmayan məktəb direktorlarını, təhsil şöbəsi müdirlərini cəzalandırmağa başlayıb.

Bu halda Tovuzun Əyyublu kənd məktəbi direktorunun ona iftira atması, imicini ləkələməsi, öz bəd əməlinə görə nazirliyin adını hallandırması yaxşı əlamət deyil.

Tezliklə prokurorluqla yanaşı nazirlik də bu məsələyə qarışmalı, komissiya təşkil etməli, C.Sadıqovun fəaliyyəti təftiş olunmalı, A.Əliyevanın problemi həllini tapmalı, verdiyi 2000 manatın qaytarılması təmin edilməlidir.

Əks təqdirdə, bu yazılanların müqabilində nazirliyin susması elə təəssürat oyadacaq ki, C.Bayramov biganədir, C.Sadıqovun böhtanları ilə razılaşır. Çünki susmaq razılıq əlamətidir və belə aydın olur ki, bir məktəb direktoru ilə də bacarmırlar.

A.Əliyeva isə bildirir ki, sonuna qədər mübarizəni davam etdirəcək, prokurorluğun araşdırmasından asılı olaraq, hüquqi müstəvidə addımlar atacaq.

O, ailəsinə maaş  aparmaq istəyir, dolanışığın çətin olduğunu söyləyir, 110 manata ciddi ehtiyac yarandığını deyir, C.Sadıqov isə onun balalarının pulunu kəsir, aldığı 2000 manatı da qaytarmır.

Xatırladaq ki, Aygün Əliyeva prezident İlham Əliyevə, I vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Zakir Qaralova və təhsil naziri Ceyhun Bayramova müraciət edib.

A.Əliyeva müraciətində qeyd edib ki, Tovuz təhsil şöbəsindən Alik müəllim nümayəndə olaraq gəlib, ondan izahat yazmasını istəyib.

Alik müəllim Aygünlə təkbətək söhbəti zamanı Cəmşid Sadıqov deyib ki, “Alik, onun izahatını yaxşı al, sənin “hörmətini” necə lazımdır edəcəyəm”.

Aygün isə izahat yazmaqdan imtina edib. Təhsil şöbəsinin nümayəndəsi gedər-getməz məktəb direktoru A.Əliyevanı, onun şikayət etdiyi medianı prokurorluqla, məhkəmə ilə təhdid edib:

“Cəmşid Sadıqov 2015-ci ildə məni işə qəbul edib və buna görə 2000 manat alıb. O vaxt söz vermişdi ki, hər ay 110 manat maaş alacaqsan. Mən də gözümü o maaşa dikmişdim ki, dolanışığa xərcləyim. Çünki həmin 2000 manatı bankdan kredit götürüb vermişdim.

Ancaq sonra pulu əsassız yerə kəsməyə başladı. Heç bir səbəb, izah göstərə bilmədi. Sonrakı ay 80 manat maaş verdi. Bu məbləğ getdikcə azaldı və axırda 30 manat ayda maaşverdi. Mən 2000 manat vermişəm ki, hər gün işə ayda 30 manat maaş üçün gəlim?

Mən bu barədə mətbuata şikayət elədikdən sonra Cəmşid Sadıqov pulumu qaytarmaq, maaşımı bərpa eləmək əvəzinə, məni təhdid etdi. Dedi ki, səni korrupsiyaya qarşı mübarizə idarəsinə verəcəyəm. Oğru elə bağırır ki…”

Cumhuriyyet.net

Əvvəlki yazı

“Mümkündür ki, bu, İranla Azərbaycanın deyil, 3-cü bir qüvvənin təxribatı olsun” – İlham İsmayıl

Sonrakı yazı

OQTAY ƏSƏDOV İNADLA SUSUR, SÖZÇÜSÜ “DANIŞDI” – Üzrü qəbahətindən betər oldu…

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.