Ermənistan Müdafiə Nazirliyi sentyabrın 13-nə keçən gecə və ondan sonrakı günlərdə məhv edilmiş erməni qadın snayperlərin adlarını açıqlayıb.
Musavat.com-un xəbərinə görə, “Hərbçilər və könüllülər” adlandırılan həmin əliqanlı snayperlər bunlardır: “Susanna Qriqoryan, Anuş Apetyan, Alisa Melkonyan, İrina Qasparyan, Qayane Abqaryan”.
Məlumat üçün bildirək ki, Alisa Melkonyan aprel döyüşlərində məhv edilmiş Qaqik Melkonyanın bacısı olub.