Türkiyəli aktrisa Öykü Çelik Azərbaycandadır.
Axşam.az xəbər verir ki, aktrisa “Formula 1” yarışlarını izləmək üçün Bakıya gəlib. O, yarışdan olan fotolarını sosial media hesabında paylaşıb.
Aktrisa “Ferrari” komandasını dəstəklədiyini bildirib.
Öykü Bakıda dadına baxdığı milli təamların da görüntülərini izləyicilərlə bölüşüb.
Qeyd edək ki, aktyor Anıl Altan da yarışı Bakıdan izləyib.