• Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
Bazar, 24 Yanvar 2021
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Gündəm

”Mənə qarşı ədalətsiz kampaniya apardıqlarına görə onlara hörmət də eləmirəm”…Elmira Axundova

2018-06-04
in Gündəm
0
”Mənə qarşı ədalətsiz kampaniya apardıqlarına görə onlara hörmət də eləmirəm”…Elmira Axundova
0
Paylaşılıb
77
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

“Mən sevilən yazıçıyam, yazılarım oxunur; Xalq yazıçısı ona deyərəm ki, ancaq bədii əsər yaratmasın”

Ötən ay Milli Məclisin deputatı Elmira Axundova prezident sərəncamı ilə “Xalq yazıçısı” fəxri adına layiq görüldü. Amma xanım deputatla bağlı sərəncam birmənalı qarşılanmadı. Odur ki, Elmira Axundova ilə görüşüb, həm bununla bağlı barəsində səslənən tənqidi fikirlərə münasibət öyrənmək, həm də yubileyindən, bundan sonrakı planlarından danışmaq istədik.

– Elmira xanım, Xalq yazıçısı adını almağınız sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Sizinlə bağlı tənqidi fikirlərə münasibətiniz necədir?

Bənzər Yazılar

Saat 12-də bir dəqiqəlik sükut olacaq

“Şəhidlərimizin ruhu şaddır” – Hikmət Hacıyev

Qarabağda 210 ədəd mina zərərsizləşdirildi (FOTO)

– Mən sosial şəbəkələri izləmirəm və . Bu da sosial şəbəkələrə cavabım. Qoy indi təzədən hücum başlasın! Bir çox hallarda nakam insanlar, özünü, iddialarını reallaşdıra bilməyənlər, cəmiyyətdə yer tutmağı bacarmayan insanlar sosial şəbəkələrdə öz nifrətini cəmiyyətə, deputatlara, dövlət məmurlarına yönəldirlər, ümumiyyətlə, tanınmış insanlara qarşı çox çirkin kampaniya aparırlar. Təkcə mənə qarşı yox, mən kiməm ki? Amma məsələn, Anar müəllim kimi insanlara qarşı. Anar müəllim Azərbaycan ədəbiyyatının canlı klassikidir. Azərbaycan ədəbiyyatını Anar kimi insanlarla tanıyırlar. Ona qarşı ucuz şou yaratmaq, belə iddialar söyləmək ədalətsizlikdir. Sosial şəbəkələrdə insanlarımız təhqir olunur. Bəziləri təhqirlə tənqidin fərqini anlamır və həm bizə, həm cəmiyyətimizə, həm dövlət simvollarına, dövlət atributlarına qarşı hörmətsizlik edirlər. Mən xalq yazıçısı adını özüm-özümə verməmişəm ki. Mənə bu adı cənab prezident verib – dövlət başçısı, dövlətin rəmzi olan bir insan. Belə pis sözlər yazmaq ona qarşı da hörmətsizlikdir. Ya da prezident seçkiləri ərəfəsində bizim prezidentimiz haqqında nələr yazmadılar.  Elə şeyləri oxuyanda adam özü də utanır. Yaxud Hadı müəllim (Hadı Rəcəblini nəzərdə tutur – E.P.) hər zaman bu xalqın qeydinə qalır, insanlarımızın durumunun yaxşılaşdırılması üçün çalışır. Amma onu təhqir edirlər. Axı, insan necə belə şeyləri yaza bilər? Ona görə də sosial şəbəkələrdə mənə qarşı edilən hücumlar, ədalətsizliklər məni elə də narahat etmir. Mən onları oxumuram. Ona görə də sosial şəbəkələrdə yoxam. Mən öz əsəblərimi qoruyuram.

– Bir çoxları bu fikirdədir ki, bu adı haqq etməmisiniz. Sizinçün də sürpriz oldu, yoxsa gözləyirdiniz?

– Sürpriz oldu, amma hesab edirəm ki, Azərbaycan ədəbiyyatının qarşısında da mənim çox böyük xidmətlərim olub. Akademik İsa Həbibbəyli demişkən, mən Azərbaycan ədəbiyyatında tam yeni bir janr yaratmışam. Hər bir yazıçıya onun təzə sözünə görə qiymət verilir. Mən Azərbaycan ədəbiyyatında yeni janr yaratmışam. Dövlət mükafatı təqdim edəndə də İsa Həbibbəyli bu sözləri yazıb ki, Elmira Axundova Azərbaycan ədəbiyyatında tam yeni janr yaradıcısıdır: sənədli, tarixi, amma sənədli bioqrafik roman, tədqiqat. Elmira xanımdan qabaq Əzizə Cəfərzadə, başqaları var idi, tarixi romanları çox yazmışdılar. Amma tarixi romanı sırf sənədli formada, bunu Elmira Axundova yaradıb. Təkcə Heydər Əliyev haqqında roman deyil ki. Mən artıq 4-5 roman yaratmışam. (Bu yerdə tənqidçilərin fikirlərinə cavab olaraq yazdığı kitabların fotolarını da sübut kimi  təqdim edir – E.P.) “Naşirin qətli” ilk siyasi detektiv, ən yeni tariximizdir. Siyasi janrdır, amma sənədli formada idi. Məndən sonra Çingiz Abdullayev “Qanın üç rəngi”ni bu janrda yazdı. “Şüşə saray” üç dildə, “Naşirin qətli” on dildə çıxıb. O da siyasi detektiv janrda yazılan romandır. Mən çoxlu roman yazmışam, birinci deyil. Roman-tədqiqat təzə janr olduğuna görə, mənə elə gəlir ki, mən bu ada layiqəm. Mənim kitablarım oxunur, sevilir. Yazılarımı internetə qoyanda ən azı 15-20 min izləyicisi olur. Ona görə də elə bilirəm ki, mən sevilən bir yazıçıyam, mənim yazılarım oxunur.

– Belə çıxır ki, sizi dövlət başçısı da oxuyur?

– Cənab prezidentə təşəkkür edirəm ki, məni dəyərləndirir. O mənim bütün kitablarımı oxuyur. Məsələn, son bir ildə on dildə mənim kitablarım çıxıb. Mən həmişə o kitabları prezidentə göndərirəm, bilir, görür mənim yaradıcılığımı. Maraqlı məqaləm, bədii portret çıxanda da ona göndərirəm, istəyirəm ki, baxsın, oxusun. Ona görə mənə çox xoşdur ki, prezident mənə dəyər verib. Mənə deyirlər ki, prezident deyib ona halaldır, belə epopeyalar yaradıb. Bu adı verib və mən də bu etimadı doğrultmağa çalışacağam. Təki can sağlığı olsun. Mən ilk azərbaycanlı jurnalistəm ki, Moskva mətbuatında Zori Balayanı terrorçu adlandırmışam. İlk jurnalistəm ki, faktlarla Rusiya mediasına bu barədə müraciət etdim. Bu, Moskvada bomba kimi partlamışdı. Mənim məqaləmdən sonra İnterpolda axtarış getdi və Zori Balayanı xaricdə bir neçə sutka saxladılar. Hətta Balayan böyük bir məqalə ilə mənə cavab verdi. Mən birinci adamam ki, Azərbaycan ədəbiyyatında sənədli roman yazdım. Birincilər sırasında oldum ki, Heydər Əliyevlə bağlı müsahibələr verdim. Düzdür, Elmira Əmrahqızı “Ulduz” jurnalında məndən qabaq müsahibələr verdi. Amma mən Moskvada onun haqqında yazan birinci şəxs oldum. Mən ilk dəfə “KQB”nin Əjdər Xanbabayevin ölümündə əli olduğunu yazdım və Heydər Əliyev özü bunu tarixi məqalə adlandırdı. Mənim uğurlarım çox olub və buna görə fəxr edirəm. Mən uzun illər ermənilərlə xarici mətbuatda vuruşmuşam, bir dəfə də olsun onlara uduzmamışam.

“İlk azərbaycanlı jurnalistəm ki, Moskva mətbuatında Zori Balayanı terrorçu adlandırmışam”

– Elmira xanım, maraqlıdır, 65 yaş sizinçün…

– (gülərək “düzəliş” edir) 35…

– Deyəsən, sizin yaşla bağlı kompleksiniz var.

– Yox. Amma bir az pessimizm var ki, zaman çox tez keçir, vaxt daralır, vaxta qənaət etməliyəm, daha çox işlər görməliyəm. Bu, o demək deyil ki, qocalıram, ya geri gedirəm. Narahatlığım ondandır ki, mənim vaxtım az qalıb.

– Xalq yazıçısı  adını alandan sonra yəqin bədii yaradıcılığa daha çox vaxt ayıracaqsınız, eləmi?

– Mənim 15-ə yaxın kitabımdan 10-u bədii əsərdir. Xalq yazıçısı ona deyərəm ki, ancaq bədii əsər yaratmasın. Məncə, sənədli roman yazmaq bədii əsər yazmaqdan qat-qat çətindir. Çünki bədii əsər yazmaq üçün otursan, səmaya baxırsan, ilhamın gəlir, yazırsan. Ancaq sənədli roman yazmaq üçün sən gərək 10 il zəhmət çəkəsən, arxivlərə ayaq basasan, insanlarla danışasan. Ona görə də bu, çox çətin sahədir.

Elmira Axundova.JPG (81 KB)

– Bir vaxtlar üzgüçülüklə məşğul olurdunuz. Bu məşğuliyyət “35 yaşda” da davam edir?

– Az. Çünki zamanım çatmır. Mən axır vaxtlar çox yorulmuşam. Evdəki problemlər, nəvəm dünyaya gəldi, həyat yoldaşım xəstələndi, sonra rəhmətə getdi. Son hadisələr məni sarsıtdı. Sarsıtdı və mən idmandan uzaqlaşdım. Həm də bir az tənbəlləşdim. Amma indi görürəm ki, mən idman etməsəm, üzməsəm, gəzməsəm, öləcəyəm. Çünki onurğa sistemimdə ciddi problemlər var və mən mütləq idman etməliyəm. Mən sizin qəzet vasitəsilə hamıya demək istəyirəm ki, özünüzü idmanla qətiyyən yormayın! Mən bir çoxlarınız tanıyıram ki, idmanda özlərini gücə saldılar və sonradan sındılar. Ya ayaqları sındı, ya onurğa sistemində problem yarandı. Elə mən oğlumu nümunə olaraq götürürəm, o, ekstremal idman növlərini çox xoşlayır, skuter sürürdü və s. İndi onurğa yırtığı əmələ gəlib, ağrıları başlayıb. Ona görə də özünü gücə salmaq olmaz. Amma idmanla daim məşğul olmaq lazımdır. Mən bu istiqamətdə Heydər Əliyevi özümə nümunə götürürəm. Hər gün 40 dəqiqə idmanla məşğul olurdu, nə olur-olsun, tələsir, ya tələsmir, fərqi yoxdur… Saat 6-da dururdu, 7-8-in yarısında artıq idman zalında olurdu. Yarım saat idman, yarım saat üzgüçülük. Moskvada işləyəndə isə Qorki 10-da, iqamətgahda yaşayırdı. Orda çox gözəl, meşə kimi bağ var idi. Ordakı yerində xalçalar üzərində 5-6, hətta 10 km-dək gəzirdi. Bax, belə insan idi. İşdən qabaq həyat yoldaşını götürərdi, gəzişərdilər. Ömrünün axırınacan, son hadisələrə kimi idmanla məşğul olurdu. Ona görə də mən ondan nümunə götürürəm ki, idman mütləq lazımdır. Onda sən özünü başqa cür hiss edirsən.

– Ona görə belə gənc qalmısınız?

– (gülərək) Çox sağ olun. Yox, məni gənc saxlayan yəqin mənim yaradıcılığımdır. Mən fikirləşəndə ki, mənim kitablarım var… Bax, rəfimdə 20-dək kitab var ki, onları oxumalıyam. Bu günlərdə Mahir Qabiloğlu “Tanınmış tanışlar” adlı çox maraqlı kitab göndərib. Onu mütləq oxuyacağam  və rəy yazacağam. Fazil Mustafanın bir neçə kitabı durur, hələ ki, oxumağa vaxt tapmamışam. “Müdriklik dərsləri” var, Aydın  Mirzəzadə göndərib, onu da oxuyacağam. İsraildə yaşayan yazıçı Dina Rubinanın çox  maraqlı üç cildlik romanı var: “Joltaya kanareyka”, onu oxuyacağam.

Allah ömür versə, mən yeni sənədli, amma bədii roman üzərində işləyəcəyəm. Hesab edirəm ki, bu, yenə də epopeya janrında olacaq. Bu, iki ailənin timsalında Azərbaycanın bütün həyatını, faciələrini, repressiya illərini, 50-ci illərdən bu günümüzə  qədərki dövrü təsvir edən roman-xronika olacaq. Bu, mənim həyat yoldaşımın ailəsidir, çünki çox məşhur ailədən olub. Onun babası tanınmış üləma olub, Hacı Turab. Hacı Zeynalabdin Tağıyev vəsiyyətinə əsasən, onun ayaqları altında dəfn edilib. Və mənim sadə, zəhmətkeş ailəm, Masallı ailəsi. Düzdür, onlar Şamaxıdan gəliblər, amma Masallıda məskunlaşıblar. Ailələrimizin arasında çox maraqlı oxşarlar, böyük fərqlər var. Bu, tarixi, ailə xronikası olacaq. İki ailənin timsalında bizim Azərbaycan, Rusiya, SSRİ-nin tarixini yaratmaq istəyirəm. İndi artıq bədii sənədli roman üzərində işləyirəm. Bu roman isə Zərifə və Heydər Əliyevlər: bir sevginin tarixçəsi olacaq. Zərifə xanımı böyük alim, həkim kimi, Heydər Əliyevi böyük ictimai xadim kimi hamı tanıyır. Amma onların insani keyfiyyətlərini, insani hisslərini qələmə alacağam. Bu insanlar sevməyi necə bacarıblar, nə dərəcədə bir-birini seviblər, bu sevgi özünü nədə biruzə verib…  Və bu sevgi Zərifə xanımın, həm də Heydər Əliyevin ölümündən sonra necə davam  edir? Ölümə qalib gələn bu sevgi haqqında yazmaq istəyirəm.

– Səhv etmirəmsə, siz Heydər Əliyevin arxivinə daxil olan yeganə jurnalistsiniz… 

– Bəli. Tale elə gətirib ki, Heydər Əliyev Zərifə xanımdan bir gün də ayrılmayıb. Sağlığında hara gedirdisə, Zərifə xanımı da özü ilə aparırdı. Zərifə xanım hətta rayonlarda da onu müşayiət edirdi, çox maraqlı idi. Mən bu kitab üzərində də işləyirəm. İstəyirəm bu insanları bilmədiyiniz rakurslardan göstərim.

– Azərbaycanın keçmiş və ya müasir tarixindən bəhs edən film ssenarisi yazmaq barədə düşünmüsünüzmü?

– Ramiz Fətəliyevlə bir ssenari yazmışıq, Heydər Əliyevin gənclik illəri…Təəssüflər olsun ki, maliyyə dəstəyi olmadığı üçün üç ildir yarımçıq qalıb. İnanıram ki, haçansa bu film çəkiləcək. Mən Vaqif Mustafayevlə də ssenari yazmışam. Nə isə başqa adamlarla bir yerdə ssenari yazanda alınmır, axırı pis olur. Ona görə də deyirəm ki, nə vaxtsa ssenari yazsam, tək yazacağam. Bu dəfə bizim çox maraqlı şəxsiyyətimiz haqqında yazmaq istəyirəm. Bəlkə də onun taleyini çəkdik. Bu şəxs Ramazan Xəlilovun qızı Nərgiz Xəlilovadır – Üzeyir Hacıbəyovun qohumu. 60-cı illərdə Əliş Ləmbəranski onun şərəfinə Fəvvarələr meydanında “Nərgiz” kafesini açmışdı. Bu qız çox məşhur gözəllik ifadəsi idi, amma çox faciəvi taleyi olmuşdu. Aristokrat həyat sürən bu qız başqasının  günahına görə Lefortovoda 2 il, burda da 4 il həbsdə yatdı. Bu xanım sovet rejiminin qurbanı idi. Məndən xahiş ediblər ki, bu qadın haqqında bir ssenari yazım…

Elşad PAŞASOY,
Foto: “YM”

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Fazil Mustafadan Hacı Şahinə sərt sözlər: Bu İslam dini deyil (VİDEO)

Sonrakı yazı

Bu gündən Azərbaycanda müəllimlərin yerdəyişməsinə başlanılır

Sonrakı yazı
Bu gündən Azərbaycanda müəllimlərin yerdəyişməsinə başlanılır

Bu gündən Azərbaycanda müəllimlərin yerdəyişməsinə başlanılır

Azərbaycan üçün növbəti fürsət: Qarabağda da inqilab başladı

Azərbaycan üçün növbəti fürsət: Qarabağda da inqilab başladı

Cəlilabad rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib

Cəlilabad rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Şirin Cəfəridən Əhməd İsmayılovun çağırışına dəstək gəldi

Şirin Cəfəridən Əhməd İsmayılovun çağırışına dəstək gəldi

2021-01-23
Komada qalıb, 3 dəfə əməliyyat olunan qazimizdən xəbər var – Foto

Komada qalıb, 3 dəfə əməliyyat olunan qazimizdən xəbər var – Foto

2021-01-23
Navalnının həyat yoldaşı azadlığa buraxıldı

Navalnının həyat yoldaşı azadlığa buraxıldı

2021-01-23
Bu hərbçilərimizə vaxtından əvvəl hərbi rütbələr verildi (VİDEO

Bu hərbçilərimizə vaxtından əvvəl hərbi rütbələr verildi (VİDEO

2021-01-23
Güclü olmaq bizim üçün seçim deyil… – Ərdoğan

Güclü olmaq bizim üçün seçim deyil… – Ərdoğan

2021-01-23
İlham Əliyev SOCAR-ın Müşahidə Şurasını yaratdı

İlham Əliyev SOCAR-ın Müşahidə Şurasını yaratdı

2021-01-23
Cəbrayılın Aşağı Maralyan kəndi (VİDEO)

Cəbrayılın Aşağı Maralyan kəndi (VİDEO)

2021-01-23
Millət vəkili Arzu Nağıyev Tovuz və Gədəbəydə şəhid ailələri ilə görüşüb, məzarlarını ziyarət edib (FOTO)

Millət vəkili Arzu Nağıyev Tovuz və Gədəbəydə şəhid ailələri ilə görüşüb, məzarlarını ziyarət edib (FOTO)

2021-01-23
İcra başçısı istefa verən bələdiyyə sədrini yeni vəzifəyə təyin etdi

İcra başçısı istefa verən bələdiyyə sədrini yeni vəzifəyə təyin etdi

2021-01-23
Vilayət Eyvazov idarə rəisini vəzifəsindən azad etdi

Vilayət Eyvazov idarə rəisini vəzifəsindən azad etdi

2021-01-23
Hüquq müdafiəçisi polis əməkdaşları ilə bağlı yayılan videodan DANIŞDI

Hüquq müdafiəçisi polis əməkdaşları ilə bağlı yayılan videodan DANIŞDI

2021-01-23
Vüqar Səfərli apellyasiya şikayəti verib

Vüqar Səfərli apellyasiya şikayəti verib

2021-01-23
Azərbaycan Gənclik Platforması” və “Akbarly Group” tərəfindən 24 yanvar 2021-il tarixində 44 Günlük Vətən Müharibəsinə həsr edilmiş video-konfrans keçiriləcək

Azərbaycan Gənclik Platforması” və “Akbarly Group” tərəfindən 24 yanvar 2021-il tarixində 44 Günlük Vətən Müharibəsinə həsr edilmiş video-konfrans keçiriləcək

2021-01-23
Prokurorluq ərin arvadını öldürməsi ilə bağlı məlumat yaydı

Prokurorluq ərin arvadını öldürməsi ilə bağlı məlumat yaydı

2021-01-23
Sumqayıtın keçilməz yolları (VİDEO)

Sumqayıtın keçilməz yolları (VİDEO)

2021-01-23
Əli Abbasova AMEA-da yeni vəzifə verildi

Əli Abbasova AMEA-da yeni vəzifə verildi

2021-01-23
Azərbaycanda bu şəxslərə hərbi xidmətdən möhlət veriləcək

Azərbaycanda bu şəxslərə hərbi xidmətdən möhlət veriləcək

2021-01-23
Oqtay Əsədovun xanımının “Kapriz”sauna barı təmir olundu FOTO

Oqtay Əsədovun xanımının “Kapriz”sauna barı təmir olundu FOTO

2021-01-23
Azərbaycanda tanınmış iş adamı vəfat etdi (FOTO)

Azərbaycanda tanınmış iş adamı vəfat etdi (FOTO)

2021-01-23
Şəhid zabitimizin dünyaya gələn körpəsinə Şuşa adı verildi (FOTO)

Şəhid zabitimizin dünyaya gələn körpəsinə Şuşa adı verildi (FOTO)

2021-01-23

Seçmə

  • Bütün
  • SEÇMƏ
Şirin Cəfəridən Əhməd İsmayılovun çağırışına dəstək gəldi
SEÇMƏ

Şirin Cəfəridən Əhməd İsmayılovun çağırışına dəstək gəldi

2021-01-23
Bu hərbçilərimizə vaxtından əvvəl hərbi rütbələr verildi (VİDEO
SEÇMƏ

Bu hərbçilərimizə vaxtından əvvəl hərbi rütbələr verildi (VİDEO

2021-01-23
Vüqar Səfərli apellyasiya şikayəti verib
SEÇMƏ

Vüqar Səfərli apellyasiya şikayəti verib

2021-01-23
AMEA Qarabağda dronlarla monitorinq aparacaq
SEÇMƏ

AMEA Qarabağda dronlarla monitorinq aparacaq

2021-01-21
Ermənilər Zoğalbulaq kəndində cəsəd axtarışına BAŞLAYIR
SEÇMƏ

Ermənilər Zoğalbulaq kəndində cəsəd axtarışına BAŞLAYIR

2021-01-21
Cəbrayıl və Xocavənddə daha 8 erməni hərbçinin cəsədi tapıldı
SEÇMƏ

Cəbrayıl və Xocavənddə daha 8 erməni hərbçinin cəsədi tapıldı

2021-01-19
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Şirin Cəfəridən Əhməd İsmayılovun çağırışına dəstək gəldi

Şirin Cəfəridən Əhməd İsmayılovun çağırışına dəstək gəldi

2021-01-23
Komada qalıb, 3 dəfə əməliyyat olunan qazimizdən xəbər var – Foto

Komada qalıb, 3 dəfə əməliyyat olunan qazimizdən xəbər var – Foto

2021-01-23
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou

© 2020 Qurdqanli Design.