18-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“MƏHKƏMƏ QƏTNAMƏSİNİN İCRA OLUNMASINA GÖSTƏRİŞ VERİN” – Generalın bacısı oğlunun “qurbanları”ndan nazirə müraciət

01 İyun 2018, 13:47
Cəmiyyət, Sosial
A A
“MƏHKƏMƏ QƏTNAMƏSİNİN İCRA OLUNMASINA GÖSTƏRİŞ VERİN” – Generalın bacısı oğlunun “qurbanları”ndan nazirə müraciət

Bakı şəhər sakinləri Məmmədov Xəqani Məmməd oğlu və Fərzəliyev Vahid Qüdrət oğlu Ədliyyə naziri Fikrət Məmmədova və Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayevə ünvanladıqları növbəti məktubun bir nüsxəsini də “AzPolitika.info” saytına göndəriblər. Şikayətçilər Bakı şəhər Xətai İcra Şöbələrinin vəzifəli şəxslərinin fəaliyyətsizliyindən şikayətlənirlər.

Məktubda deyilir:

“Hörmətli nazir və Baş idarə rəisi! 

Bir daha nəzərinizə çatdırırıq ki, biz, 2013-cü ilin əvvəllərində fərdi yaşayış evinin tikintisi üçün tamamilə qanuni əsaslarla – notarial alqı-satqı əsasında və Daşınmaz Əmlakın Dövlət Reyestrindən “Çıxarış”la Bakı Şəhəri, Suraxanı rayonu Zığ qəsəbəsinin cənub-qərb hissəsində torpaq sahəsi alarkən polis generalı Həsən Şirinovun bacısı oğlu Cəfərov Ələmşah Məhəmmədəli oğlu tərəfindən aldadılmışıq və nəticədə, külli miqdarda ziyana düşmüşük. Belə ki, biz torpağı aldıqdan az sonra məlum oldu ki, ərazinin başqa sahibi var və Ə.Cəfərov saxta ilkin sənədlərlə və müəyyən dövlət orqanlarının – Torpaq Komitəsi, məhkəmələr və digərlərinin yardımı ilə həmin ərazini özünün, dayısı Aslan Şirinovun (Həsən Şirinovun qardaşı-red.) və başqa yaxınlarının adına sənədləşdirərək ələ keçirməyə nail olub və daha sonra bizə satıb. Bundan sonra illərlə davam edən məhkəmə mübahisələri başladı və nəticədə bizə verilmiş mülkiyyət sənədləri ləğv olundu və Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 15 mart 2016-cı il tarixli qətnaməsi ilə pullarımızın bizə qaytarılması barədə qərar verildi. Lakin bu qərar 2 ildən artıqdır ki, tam icra olunmur. Belə ki, Xətai Rayon İcra Şöbəsi, onun bu işi icraatına götürmüş əməkdaşı Şakir Bahadırov müxtəlif bəhanələrlə məhkəmə qətnaməsinin icra olunması, bizə dəyən ziyanın cavabdeh (Cəlilov Ruslan İzahat oğlu) tərəfindən tam ödənilməsi istiqamətində heç bir təsirli tədbir görmür.

Nəzərinizə çatdırırıq ki, bu ilin yanvar ayında Sizə ilk müraciətimizdən sonra Xətai İcra Şöbəsi təsirli addımlar atmağa başladı və bizə dəyən ziyanın böyük bir hissəsi ödənildi. Bundan sonra cavabdeh Cəlilov Ruslan İzahat oğlu 5251 manatın 2 ay müddətində ödəniləcəyinə dair yazılı öhdəlik götürdü. Bu 2 ay aprelin 20-də tamam olduqdan sonra o, daha bir ay vaxt istədi. Mayın 20-də bu bir ay da ötdü, lakin o, bizə borcunu ödəmədi. Xətai Rayon İcra Şöbəsi, bu işi icraatına götürmüş Şakir Bahadırov isə bizə borcun tam ödənilməsi üçün heç bir təsirli addım atmırlar.

Hörmətli nazir! Bir daha xahiş edirik ki, Suraxanı Rayon Məhkəməsinin 15 mart 2016-cı il tarixli qətnaməsinin yerinə yetirilməsi – bizə dəymiş ziyanın tam şəkildə ödətdirilməsi üçün Xətai İcra Şöbəsinə tapşırıq verəsiniz”.

Əvvəlki yazı

Prezident KİV haqqında qanuna edilən dəyişiklikləri imzaladı –SƏRƏNCAM

Sonrakı yazı

İspaniyanın baş naziri Mariano Raxoy istefa verib

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.