Moskvadakı Xoroşevsk məhkəməsi “Alıye Parusa” yaşayış kompleksindəki fitness klubunda kriminal avtoritet Əli Heydərovu (“Alik Rıjı”) qətlə yetirən şəxs haqqında həbs qərarı çıxarıb.
Reportyor.info “Moskovski Komsomolets”ə istinadla xəbər verir ki, “Alik Rıjı”nı güllələdiyini etiraf edən 36 yaşlı Mətləb Sultanovu 12 iyuna qədər həbsdə olacaq.
Beləliklə, məhkəmə istintaqın vəsatətini təmin edib.
Bundan əvvəl faktı ilə əlaqədar qətl və qanunsuz silah ticarəti maddələri ilə bağlı cinayət işi açılıb.