13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Məhəbbət Vəliyevanın uğursuz nazir gedişi – İddialar

27 İyul 2020, 10:21
Uncategorized
A A
Məhəbbət Vəliyevanın uğursuz nazir gedişi – İddialar

Ceyhun Bayramovun Xarici İşlər Naziri təyin olunması ilə faktiki başsız qalan Azərbaycan təhsilinin onsuz da aır olan durumu bir qədər də ağırlaşıb.

Düzdür, baş nazirin sərəncamı ilə təhsil naziri vəzifəsinin müvəqqəti olaraq icrası Firudin Qurbanova tapşırılıb, amma bu rəsmi rəhbər olmaq demək deyil və Ceyhun Bayramovun dövründə belə özünü az qala nazir statusunda aparan şəxslərin hakimiyyəti daha da güclənib.

Bu sırada isə xüsusilə diqqət çəkən, təhsil nazirinin müavini Məhəbbət Vəliyevadır. O Məhəbbət Vəliyeva ki, prezidentin adından sərəncam verilməsində də şübhəli bilinə bilər.

Ceyhun Bayramovun yeni posta təyinatından sonra elekton media orqanlarında az qala ildırım sürəti ilə bir “sərəncam” yayıldı.17 iyul 2020-ci il tarixli “Sərəncam”a görə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Azərbaycan Respublikasının Təhsil naziri “təyin olundu”.

Əlbəttə, iddia oluna bilər ki, təhsil nazirinin müavini kimi M.Vəliyeva bu posta şanslı namizədlərdən biridir və məlum “sərəncam” bu ehtimal əsasında ortaya çıxa bilər. Amma həmin dönəmdə təhsil naziri postuna təyinatla bağlı digər adlar-Professor Ədalət Muradov,prezidentin köməkçi Fərəh Əliyeva, professor Mustafa Babanlı və s. səsləndirilirdi.

Bu ehtimallar arasında yalnız M.Vəliyeva ilə bağlı “sərəncam”ın ortaya çıxması təsadüfi ola bilməz. Yayılan xəbərlə bağlı Məhəbbət Vəliyevanın susuqunluq göstərməsi də bu iddianı gücləndirir.

Bütün ehtimalları bir qırağa qoysaq belə, hazrki durumda Prezident adında saxta sərəncam verib sosial şəbəklərdə yayaraq ictimai rəyi formalaşdıraraq hər hansı bir təyinata nail olmaq cəhdidir. Lakin bu əməldə birmənalı şəkildə cinayət tərkibi var və bu sərəncamı hazırlayan və dövriyyəyə ötürən şəxs və şəxslərin dairəsi müəyyənləşdirilməli və cinayət məsuliyyətinə cəlb edilməlidir.

Direktor əməliyyatları

Təhsil sistemində baş verənlərlə bağlı media üzərindən apardığımız araşdırmalara görə, M.Vəliyevanın nazir təyin olunması haqda saxta sərəncamın dövriyyəyə buraxılmasının əsas səbəni onun bir çox şəxslərə verdiyi vədlərlə bağlıdır ki, özünü nazir kimi təqdim etməklə M.Vəliyeva bu vədlərin gerçəkləşəcəyi görüntüsünü yaradır. Bu sırada xüsusilə maraq doğuran məqam 20 saylı orta məktəblə bağlıdır. Belə ki, ölkə mediasında yer alan məlumatlara görə, “mətbuata yaxından tanış olan, təhsillə yaxından-uzaqdan bağlılığı olan şəxslərin yaxşı tanıdığı Nizami rayonunda yerləşən 214 saylı tam orta məktəbin direktoru, təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın rəfiqəsi (əslində qohumu) adlandıran Esmira Ağayeva paytaxtın 20 saylı məktəbini gözaltı edib. Ölkənin ən nüfuzlu təhsil ocaqlarından birinə direktor olmaq üçün E.Ağayevanın qohumuna 150 min manat verdiyi də daxil olan məlumatlar sırasındadır. 49 min manata 214 saylı məktəbi E.Ağayevanın nə vəziyyətə saldığı iddia edilirsə 150 min manta 20 saylı məktəbi hansı günə salacağını düşünəndə adam dəhşətə gəlir” Onu da bildirək ki, bu M.Vəliyevanın ilk direktor əməliyyatı deyil. Kimya-biologiya liseyinə direktor təyin olunan Kamran müəllim, 82 saylı məktəbin direktoru Leyla müəllimə, 251 saylı məktəbin direktoru Aygün müəllimə, 32 saylı məktəbin direktoru Sevda müəllimə, 47 saylı məktəbin direktoru Aytən müəllimə, 251 saylı məktəbin direktoru Aygün müəllimə məhz M.Vəliyevanın “yetirmələridir.” Onların vasitəsilə paytaxt məktəblərinin mühüm qismi nəzarət altında saxlanılır. Xatırlatmağa dəyər ki, bir ara KİV-də Bakı şəhəri Yasamal rayonu 53 saylı orta məktəbin dorektoru Firəngiz Həsənovanın Məhəbbət Vəliyevanın Bakı şəhər Təhsil Şöbəsinin müdiri təyin olunanda ona 20 min manatlıq brilyantla bəzədilmiş qızıl saat hədiyyə etdiyi barədə xəbər dolaşdı. Məqsədimiz həmin məsələlərin üstünə yenidən qayıtmaq deyil. Sadəcə bütün bu iddialara Məhəbbət Vəliyeva tərəfindən rəsmən təkzib verilməməsi böyük şübhələrə yol açır.

Məhəbbət Vəliyeva korrupsiyasının qoşa qanadı

Təhsil sistemindəki mənbələrin bildirdiyinə görə hazırda M.Vəliyevanın “təhsil fəaliyyətinin” qızğın dönəmidir. Belə ki, birinci siniflərə qəbul və müəllimlərin işə qəbulunu nazir müavini kimi M.Vəliyeva öz nəzarətində saxlayıb. Mənbənin sözlərinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva birincilər prosesinə, əhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqin Bağırov isə müəllimlərin işə qəbuluna rəhbərlik edir. Hər iki şəxsin əməliyyatları isə M. Vəliyevanın himayəsi altında həyata keçirilir. Tək bir faktı xatırladaq ki, Bakı şəhərində birinci sinfə qəbul 500-3000 manat arası, müəllimlərin işə qəbulunun isə 10-15 min manat arası dəyişməsi ilə bağlı iddialar var.

M.Vəliyeva haqqında mətbuatda səslənən iddialar kifayət qədər ciddidir. Nəzərə alsaq ki, söhbət dövlət üçün strateji sayılan təhsil sistemindən gedir onda bu məsələnin sıradan bir korrupsiya olmadığını düşünməyə əsass var. Onu da xatırlatmaq yerinə düşər ki, DTX və digər hüquq mühafizə orqanlarının apardığı səs-küylü əməliyyatlar mətbuatın bu kimi iddialarını təsdiqləmiş olub . Demək, Məhəbbət Vəliyevaya da növbə çatacaq.
Rubrika.Az

Əvvəlki yazı

Test nəticələrində Ramin Bayramlı xəta edib? – Reaksiya

Sonrakı yazı

Erməni əsgəri öldürüldü

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.