Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
No Result
View All Result
Reportyor
No Result
View All Result
Home Gündəm

Londondakı səfirliyimizə hücumla bağlı kəskin REAKSİYALAR

2022-08-05
in Gündəm, Manşet
A A
0
Londondakı səfirliyimizə hücumla bağlı kəskin REAKSİYALAR
0
SHARES
4
VIEWS
Facebook-da paylaş"Twitter"-də paylaş

Ötən gün bir qrup dini radikal dəstə Azərbaycanın Londondakı səfirliyinə hücum edib.

Vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb. Hadisə nəticəsində 8 nəfər saxlanılıb.
 
Bakupost.az xəbər verir ki, hadisə Azərbaycanda böyük etiraza səbəb olub.
Bir qrup siyasətçi, politoloq, jurnalist hücuma reaksiyasız qalmayıb, təxribatı pisləyərək, paylaşım ediblər.
 
 
Siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, təxribatın arxasında hansı ölkənin xüsusi xidmət orqanının dayandığının sübuta ehtiyacı yoxdur:
 
 
“Burada ikibaşı, üçbaşlı gedişlər axtarmağa da ehtiyac duymuram. Hər şey çox aydın və iyrənc teokratik rejimin üslubuna uyğundur. Çox güman ki, avqustun 8-də buna bənzər təxribatların həyata keçirilməsinə, Azərbaycana dost, qardaş dövlətlərin əleyhinə şüarlar səsləndirilməsinə cəhdlər olacaq. Bu baxımdan, bütün yığıncaqlar qadağan edilməli, yaxın bir neçə ay ərzində sərbəst toplaşmaq hüququna tam məhdudiyyət qoyulmalıdır. Dövlətimizi, bayrağımızı, milli ruhumuzu və hətta dinimizi belə Allah və məzhəb alverçilərinin oyunlarından qorumalıyıq və qoruyacağıq! Milli iradəyə söykənən güc tükənməz! Yaşasın dünyəvi Azərbaycan Respublikası!
Təxribatı gerçəkləşdirən qruplaşmanın mollakratiyaya müxalif olduğu barədə yayılan məlumatlar cəfəngiyatdır. Yox bir… Casus olduqlarını da etiraf edəcəklər…”.
Jurnalist Mirşahin Ağayev cinayətkarların Azərbaycana təhvil verilməli olduğunu vurğulayıb:
“Həmin məlum və MƏLUN qurum Azərbaycanda terror təşkilatı elan edilməli və bu yanaşmaya uyğun tədbirlər görülməlidir! ”Alıahı söyürlər!” deyə start verilən aksiyalar, polisə ardıcıl təhdidlər və s., bizdəki bəzi youtuberlərin Hüseyniyyəçiləri açıq təbliği və indi də bu vəhşi, cahil güruh, onun Azərbaycana basqını arasında əlaqə olmamış deyil. Azərbaycan dövlətinin ərazi bütövlüyünə faktiki olaraq təcavüz edilib! Rəsmi London cavab verməli, cinayətkarları Azərbaycana təhvil verməlidir!”.
Ümid Partiyasının sədri İqbal Ağazadə yazır:
“Londondakı Böyük Elçiliyimizin binasına hücum və bayrağımızın endirilərək yerinə dini bayrağın qaldırılması bir çox mətləblərdən xəbər verir.
Ümid Partiyası olaraq bu olayı qətiyyətlə pisləyir və Böyük Britaniya hökumətindən olaya ciddi hüquqi münasibət gözləyirik. Daxildə artıq bir çoxları anlamalıdır ki, Azərbaycanımızı sevməyən qüvvələr xaricdə törətdikləri bu qanunazidd hərəkətləri ölkə içinə daşımağa çalışacaq və dövlətimizin dayaqlarını sarsıtmağı əsas hədəfləri seçəcəklər. Xüsusilə, İrana bağlı qüvvələr aktivləşəcək. Ümid Partiyası hamını birliyə, konstitusiyamızda təsbit olunmuş dünyəvilik prinsipinə sadiqliyə çağırır. Yaşasın dünyəvi, azad və demokratik cəmiyyət quruculuğu üçün çalışan fədakar insanlarımız! Bayrağımız heç zaman enməsin! Azərbaycan var olsun!”.
Politoloq Şahin Cəfərli qeyd edir ki, bəzi sualların cavablarını bilmədən hadisəyə dəqiq qiymət vermək mümkün deyil:
“Müəmmalı hadisədir. Diplomatik nümayəndəliklərin mühafizəsi qəbul edən (yerli) dövlətin məsuliyyətindədir. Necə olub ki, həmin radikal qrup belə asanlıqla səfirlik binasına daxil ola bilib? Polis hara baxırmış? Polisdən əlavə, səfirliyin özünün mühafizə xidməti varmı və varsa, onlar olay zamanı nə edib, hansı tədbiri görüb?
Provokasiyanı törədən radikal qrup kimdir? (Adı önəmli deyil.) Məramı nədir? Bunlar Britaniya vətəndaşlarıdır, yoxsa qaçqın və ya başqa statusla orada yaşayırlar? Niyə Azərbaycanı hədəf seçiblər?
Bu sualların cavablarını bilmədən hadisəyə dəqiq qiymət vermək mümkün deyil.
Əlbəttə ki, hər kəs bu olayı istədiyi şəkildə qiymətləndirməkdə sərbəstdir, lakin mən hələlik yalnız Böyük Britaniya hökumətinin hadisəyə görə məsuliyyət daşıdığını qeyd etmək istərdim. Onlar bu barədə izahat verməlidir”.
“Demokratik Azərbaycan Naminə” İctimai Birliyinin sədri Elməddin Behbud hadisəyə belə münasibət bildirib:
“Ordumuzun Qarabağda lokal anti-terror əməliyyatı keçirib ərazimizə nəzarəti bərpa etdiyi dövrdə din tüccarlarının dövlətimizin Böyük Britaniyadakı səfirliyinə hücumu və bayrağımıza qarşı etdikləri hörmətsizlik bağışlanmazdır. Mənbəyi hara olur-olsun, bayrağımıza əl uzadanlar cəzalandırılmalıdır! Vyana Konvensiyasına uyğun olaraq Böyük Britaniya krallığı Azərbaycan diplomatlarının və səfirlik binamızın təhlükəsizliyini təmin etməyə borcludur”.
Siyasətçi Rəsul Mirhəşimli deyir ki, Azərbaycan dövləti bu cür təxribatların cavabını layiqincə verəcək:
“Londondakı səfirliyimizə hücum, bayrağımıza əl uzatmaq dövlətimizə qarşı təcavüz aktıdır. Bir millətin bayrağı onun şərəfini əks elətdirən milli atributdur. London polisinin gözü qarşısında baş verən bu vandalizmi həmin qruplaşmanın hansı mərkəzlər tərəfindən qorunduğunun sübutudur. Bu həssas günlərdə törədilən vandalizm aktı himayə olunan terror aktıdır, inancla və İslam dini adına spekulyasiya edən mərkəzlərin xaos yaratmaq cəhdinin tərkib hissəsidir.
Azərbaycan dövləti bu cür təxribatların cavabını layiqincə verəcək, bayrağımız dövlətimizin hər yerində əzmlə dalğalanmağa davam edəcək, inşallah. Allah dövlətimizi, xalqımızı, bayrağımızı qorusun!”.
Lent.az-ın baş redaktoru Qabil Abbasoğlu:
“Dünyanın ən təhlükəli adamları özünü kiminsə “nökəri”, “iti”… adlandıranlardır. Bu beyin ən qorxunc işlərə qadirdir, ən etibarsız, ən xəyanətkar hərəkətlərə asanlıqla qərar verə bilir. “Nökər”, “it” şüurunu qidalandıran, ayaqda saxlayan isə cəmiyyətdə eyni əməllərin bir az reqlamentli formasını “əqidə” adı altında bərqərar edən, yaşadanlardır. Bayrağımıza uzanan o əl bu gün uzanmayıb ki. Bir neçə gün sonra Bakının ortasında eyni libaslar, eyni qafalar “əqidə” pərdəsi altında Azərbaycan dövlətinə, bayrağına səssizcə üsyanını bildirəcək. Tək London deyil ki. Özünü inanclı kəsimə aid edən, o ierarxiyanın rəsmi və ya qeyri-rəsmi hansısa səviyyəsində təmsil olunan dini avtoritetlər, camiə liderləri səslərini çıxarsınlar, desinlər ki, bayrağımızı təhqir edənlərlə bir cərgədə deyilik, Mehdini, Hüseyni onlar təmsil etmir, onlar bizdən deyil, biz də onlardan! Deyəcəksinizmi?!
Səfirliyimizin mühafizəsinin bu cür bərbad təşkil olunması isə ayrı bir dərddir. London polisi də, yerli hakimiyyət orqanları da öz yerində. O bayrağı qorumalı olan personal hara qeyb olub? Ayıbdır, ayıb…”.
Jurnalist Rüstəm Əbülfətoğlu isə düşünür ki, bu təxribat Ordumuzun “Qisas” antiterror əməliyyatına qarşı xüsusi planlaşdırılmış “Əks Qisas” aktıdır:
“Küveyt və İranın təsiri altında olan radikal “The Mahdi Servants Union” (“Mehdi mücahidləri”) təşkilatının Londondakı səfirliyimizə özü də Məhərrəm ayında həm də latın qrafikalı Azərbaycan əlifbası ilə “Ya Hüseyn şüarı silinməyəcək” təxribatı Ordumuzun “Qisas” antiterror əməliyyatına qarşı xüsusi planlaşdırılmış “Əks Qisas” aktıdır”.
Modern.az saytının redaktoru Əfqan Qafarlı təxribatla bağlı bunları bölüşüb:
“Dünyanın ən güclü xüsusi xidməti orqanlarından birinə sahib olan Böyük Britaniya kimi ölkədə diplomatik korpusa hücum etmək, oranı ələ keçirmək çox ciddi hadisədir… Dərindən düşünmək tələb edir… “Mehdinin nökərləri” adlı radikal dini təşkilatın arxasında hansı güc durub, sifarişi kim verib, dünyəvi Azərbaycana qarşı bu addımda əsas məqsəd nədir, səfirliyə hücumun qarşısı niyə vaxtında alınmayıb?.. Bütün hallarda bayrağımıza əl uzadan radikallara Allah lənət eləsin!”.
İqtisadçı Samir Əliyev isə məsələyə bu cür yanaşıb:
“Londonda səfirliyimizə hücum sadəcə bir vandal aktı deyil, bu bir xəbərdarlıqdır. İlk ağla gələn də İrandır. Yəqin ki məqsəd də budur ki, insanlar elə fikirləşsin. Hər bir halda dərin araşdırılmalıdır. Mesaj hardan gəlir və nədən ibarətdir? Bayrağın atılması yəqin ki dövlət kimi mövcudluğun sual altına alınması mesajı ola bilər. Hər halda dövlət mesajın hardan və niyə gəldiyini bilməmiş deyil”.
ShareTweetSendSendShareScan
Bizim Video
Previous Post

“Sputnik Azərbaycan”ın dörd redaktoru istefa verdi

Next Post

Səfir: “Barbarca hərəkətdir”

Next Post
Səfir: “Barbarca hərəkətdir”

Səfir: "Barbarca hərəkətdir"

Rusiya Əskipara kəndində daha bir blokpost qurur

Rusiya Əskipara kəndində daha bir blokpost qurur

“Ölkədə sabitliyi pozmaq istəyirlər…” – MTN polkovniki

“Ölkədə sabitliyi pozmaq istəyirlər...” – MTN polkovniki

Discussion about this post

Bizə Qoşulun

  • 11.9k Subscribers
  • 1.2k Subscribers

Son Xəbərlər

Abşeronda yaşıllaşdırma işləri davam edir – Foto

Abşeronda yaşıllaşdırma işləri davam edir – Foto

2022-08-12
İlham Əliyev İsmayıllıya getdi

İlham Əliyev İsmayıllıya getdi

2022-08-12
Təbii qazın qiyməti 2 220 dolları ötdü

Təbii qazın qiyməti 2 220 dolları ötdü

2022-08-12
“Belə asan qollar buraxırsansa, növbəti mərhələyə layiq deyilsən” – “Neftçi”

“Belə asan qollar buraxırsansa, növbəti mərhələyə layiq deyilsən” – “Neftçi”

2022-08-12
“Laz Ziya”nın qızı daha da gözəlləşdi – FOTO

“Laz Ziya”nın qızı daha da gözəlləşdi – FOTO

2022-08-12
Köçəryan və Sərkisyanın deputatları Laçında  – ruslar yenə…

Köçəryan və Sərkisyanın deputatları Laçında – ruslar yenə…

2022-08-12
Azad olunmuş ərazilərdə döyüş növbətçiliyi… – VİDEO

Azad olunmuş ərazilərdə döyüş növbətçiliyi… – VİDEO

2022-08-12
Prezident və Mehriban Əliyeva “Diri Baba” türbəsində

Prezident və Mehriban Əliyeva “Diri Baba” türbəsində

2022-08-12
“Qisas” əməliyyatında yaralanan ermənilərdən XƏBƏR VAR

“Qisas” əməliyyatında yaralanan ermənilərdən XƏBƏR VAR

2022-08-11
Ermənilər üçün yeni yol hazırdı: Laçın dəhlizinə əlvida – Foto

Ermənilər üçün yeni yol hazırdı: Laçın dəhlizinə əlvida – Foto

2022-08-11
İpoteka ilə ev almaq istəyənlərə bəd xəbər – VİDEO

İpoteka ilə ev almaq istəyənlərə bəd xəbər – VİDEO

2022-08-11
Prezident və birinci xanımın Türkiyə səfəri başa çatdı

Prezident və birinci xanımın Türkiyə səfəri başa çatdı

2022-08-10
Ermənilər yalnız bu halda Şuşaya gələ biləcəklər

Ermənilər yalnız bu halda Şuşaya gələ biləcəklər

2022-08-10
Əbülfəz Məlikovla Qoşqar Təhməzovu birləşdirən “dəyər” – Yaxud agentlik sədrini narahat edən “sirr”

Əbülfəz Məlikovla Qoşqar Təhməzovu birləşdirən “dəyər” – Yaxud agentlik sədrini narahat edən “sirr”

2022-08-10
“Nar” şəhid övladları üçün təşkil olunan “YAŞAT” Düşərgəsinə dəstək oldu

“Nar” şəhid övladları üçün təşkil olunan “YAŞAT” Düşərgəsinə dəstək oldu

2022-08-10
Azyaşlıların ziyarətgahlara gedişini təşkil edən qadın saxlanıldı

Azyaşlıların ziyarətgahlara gedişini təşkil edən qadın saxlanıldı

2022-08-10
“Açar fiqur” tutuldu: Heydərovun qorxusu, Quliyevin təşvişi… – Çevrə böyüyür

“Açar fiqur” tutuldu: Heydərovun qorxusu, Quliyevin təşvişi… – Çevrə böyüyür

2022-08-09
Sabah Bakıda hava yağmursuz olacaq

Sabah Bakıda hava yağmursuz olacaq

2022-08-09
Prezident Türkiyəyə işgüzar səfərə getdi

Prezident Türkiyəyə işgüzar səfərə getdi

2022-08-09
Baş redaktor Prezidentə müraciə etdi: “Ailəmin ölkəyə qayıtmasına kömək edin!”

Baş redaktor Prezidentə müraciə etdi: “Ailəmin ölkəyə qayıtmasına kömək edin!”

2022-08-09

Seçmə

  • Bütün
  • SEÇMƏ
Prezident və Mehriban Əliyeva “Diri Baba” türbəsində
Manşet

Prezident və Mehriban Əliyeva “Diri Baba” türbəsində

2022-08-12
Əbülfəz Məlikovla Qoşqar Təhməzovu birləşdirən “dəyər” – Yaxud agentlik sədrini narahat edən “sirr”
Araşdırma

Əbülfəz Məlikovla Qoşqar Təhməzovu birləşdirən “dəyər” – Yaxud agentlik sədrini narahat edən “sirr”

2022-08-10
Səfər Mehdiyev polisi təhqir etdi – Video
Manşet

Səfər Mehdiyev polisi təhqir etdi – Video

2022-08-08
“Ermənilər Laçını və Zabuxu boşaldırlar” – Deputat
SEÇMƏ

“Ermənilər Laçını və Zabuxu boşaldırlar” – Deputat

2022-08-08
Ordumuzun mövqeləri atəşə tutulub – Ermənistana XƏBƏRDARLIQ
Manşet

Ordumuzun mövqeləri atəşə tutulub – Ermənistana XƏBƏRDARLIQ

2022-08-08
Vaqif Abdullayev üçün istintaqın “əcəl zəngi” – villalar, maşınlar, ferma..
Banner

Vaqif Abdullayev üçün istintaqın “əcəl zəngi” – villalar, maşınlar, ferma..

2022-08-08
Reportyor

Bizi İzləyin

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized

Son əlavələr

Abşeronda yaşıllaşdırma işləri davam edir – Foto

Abşeronda yaşıllaşdırma işləri davam edir – Foto

2022-08-12
İlham Əliyev İsmayıllıya getdi

İlham Əliyev İsmayıllıya getdi

2022-08-12

Xeberler

  • Reportyor.İnfo
  • Əlaqə

© 2020 Reportyor.info.

  • Manşet
  • Gündəm
  • Cəmiyyət
  • SEÇMƏ
  • Siyasət
  • Dünya
  • Sosial
  • Araşdırma
No Result
View All Result

© 2020 Reportyor.info.