10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

London məhkəməsində şantaj və təhdid: hakim Fərhad Əhmədovun vəkilini məcbur etdi ki…

28 Aprel 2018, 20:11
Gündəm
A A
London məhkəməsində şantaj və təhdid: hakim Fərhad Əhmədovun vəkilini məcbur etdi ki…

Azərbaycan əsilli rusiyalı biznesmen Fərhad Əhmədovun hələ 2000-ci ildə Rusiyada rəsmən boşandığı keçmiş arvadı Tatyana Əhmədovanın iddiası əsasında London məhkəməsinin çıxardığı hökmün yaratdığı beynəlxalq qalmaqal dərinləşir. Xəbər verildiyi kimi Dubayın maliyyə nəzarəti məhkəməsi DFİC London məhkəməsinin çıxardığı qərar əsasında biznesmenin dəyəri 540 milyon dollara yaxın olan “Luna” adlı yaxtasına bu ilin fevralında “Port Rashid” limanında həbs qoyub.
İngilislər tərəfindən yaradılmış bu Dubay məhkəməsi yaxtanın Tatyana Əhmədovaya çatacaq təzminatın əvəzində onun xeyrinə müsadirə edilməsi barədə qərar çıxarıb. F.Əhmədovun nümayəndəsi qərardan apellyasiya şikayəti verib və işə mayın 14-də baxılmalıdır. Bu boşanma təzminatı iddiasının və London məhkəməsinin çıxardığı qərarın açıq-aşkar siyasi motivli olduğu, F.Əhmədovun Rusiyanın maraqlarını müdafiə edən çıxışlarına görə ondan qisas almağa yönəldiyi barədə getdikcə daha çox nüanslar ortaya çıxır.
Virtualaz.org xəbər verir ki, London məhkəməsində Tatyana Əhmədovanın iddiasına onun keçmiş ərinin iştirakı olmadan baxılarkən və qərar çıxarılarkən Fərhad Əhmədovun vəkilinin misli görünməmiş təhdid və təzyiqlərə məruz qaldığı üzə çıxıb. Bu barədə Rusiyanın “versiya.ru” portalıyazır.

4dBelə ki, 2016-cı il dekabrın 17-də Tatyana Əhmədovanın təzminat iddiasına baxılarkən Fərhad Əhmədovun kommersiya müşaviri və hüquqşünası, ona biznesin aparılması üzrə məsləhətlər verən Endi Kerman polis konvoyu altında, sanki hansısa təhlükəli terrorçu kimi məhkəməyə gətirilib. Məhkəmədə bir neçə barristerin (Böyük Britaniyada ən yüksək ranqlı vəkillər belə adlanır) və bir neçə heybətli naməlum şəxsin iştirakı ilə hakim dərhal ondan tələb edib ki, yalan deməyəcəyi barədə and içərək Fərhad Əhmədovun bütün dünya üzrə aktivləri barədə nə bilirsə açıqlasın. Hüquqşünasa deyiblər ki, əsk halda onu məhkəməyə hörmətsizliyə görə həbs edəcəklər.

Endi Kermanın vəkil və müştəri arasında münasibətlərin ənənəvi konfidensiallığına istinad etmək cəhdləri hakim tərəfindən dərhal rədd edilib.

“Əlbətdə, yazıq hüquqşünas yəqin qorxub və hakimin ədalətinə təslim olub. Və bütün bildiklərini ən xırda detallarına qədər danışıb”-London barristerlərindən birinə yaxın mənbə ironiya ilə deyib.

Lakin bu hələ hamısı deyil. Endi Kermanı bərk-bərk sorğuya çəkəndən sonra ondan məhkəmədə baş verənlərin açıqlanmaması barədə iltizam alıblar və sərt şəkildə xəbərdar ediblər ki, baş verənlər haqda heç kimə danışmasın. Yəni cinayət təqibi qorxusu altında o, baş verənləri çoxillik müştərisinə danışa bilməyib.

3f

Bundan əlavə Tatyana Əhmədovanın vəkilləri ilə bağlı da maraqlı təfərrüatlar ortaya çıxıb. Daha doğrusu, vəkillərindən biri Kris Boqart haqqında. Kris Boqart “Burford Capital” vəkillik şirkətinin təsisçisi və rəhbəridir. O, Böyük Britaniya və ABŞ mediasında geniş tanınan personadır. Bir vaxtlar İBM, GE, Time Warner və JPMorgan Chase kimi şirkətlərdə çalışıb. Hazırda o, bir sıra qərb maliyyə və hüquq təsisatlarının müşahidə şuralarında təmsil olunur. Ən başlıcası isə “RAND Institute for Civil Justice”də müşahidə şurasının üzvüdür. Bu, Qərbin ən nüfuzlu hərbi-strateji beyin mərkəzi olan “RAND Corporation”un vətəndaş məhkəməsi institutudur. Məlumdur ki, “RAND Corporation” Pentaqona sıx bağlıdır.

İstisna deyil ki, məhz Kris Boqar Birləşmiş Krallıq büdcəsinin rusiyalı oliqarxların hesabına doldurulmasını nəzərdə tutan “xüsusi layihəyə” rəhbərlik edir. Daha bir mühüm detal, hansı ki, ingilis məhkəməsinin biznesmenin əmlakını reyderliklə qəsb etməsinə birbaşa dəlalət edir. Məlum olub ki, Tatyana Əhmədovanın iddiasına baxan hakim əvvəllər heç vaxt ailə hüququ ilə məşğul olmayıb, kommersiya-təsərrüfat arbitrajı üzr ixtisaslaşıb. Əhmədov bu barədə eşidəndə və habelə biləndə ki, “Nortgaz” və “Qazprom” şirkətlərinin məxfi sənədlərini təqdim etməyi ondan tələb edirlər, məhkəmə ilə əməkdaşlıqdan imtina edib.

Və 2016-cı il dekabrın 20-də London Yüksək Məhkəməsinin iclası olub. Məhkəmə Fərhad Əhmədovun və nümayəndələrinin iştirakı olmadan hökm çıxararaq biznesmenin sərvətinin yarısına yaxınını-az qala yarım milyard funt sterlnqi keçmiş arvadına ödəməli olduğu haqda qərar çıxarıb. Üstəlik Əhmədovu bu barədə poçtla qəsdən gecikdirmə ilə xəbərdar ediblər. Məhkəmənin qərarı haqda mətbuatda o vaxt ümumiyyətlə heç nə getməyib! İngilis qanunlarına əsasən hökmdən iki həftədən gec olmayaraq, yəni 2017-ci il yanvarın 11-nə qədər apellyasiya vermək olardı.

3t

Lakin hakim apellyasiya şikayəti vermək üçün də xüsusi şərt qoyub-F.Əhmədov keçmiş arvadına çatacaq məbləğin hamısını bəribaşdan onun bank hesabıan köçürməliydi. Cavabdeh tərəfin məhkəmənin qərarı barədə böyük gecikmə ilə xəbər tutması bir yana, üstəlik Yeni il bayramı günlərini və istirahət günlərini də nəzərə alanda onun heç nəzəri baxımdan həmin məbləği köçürməyə də imkanı ola bilməzdi. Hakim də bunu bilməmiş deyildi. Hansı ki, həmin şərt F.Əhmədovun istənilən insanın ayrılmaz haqqı kimi barəsində çıxarılmış hökmdən apellyasiya vermək haqqından istifadə etməsinə imkan vermirdi.

Hətta onun apellyasiya şikayətini qəbul etsəydilər belə baxılmasını 3-5 il uzadacaqdılar, bu da təzminat kimi ödənməsi tələb olunan bütün məbləğin dondurulması, yəni böyük məbləğdə pulların faktiki itirilməsi demək idi. Nəticədə F.Əhmədov pulları da köçürməyib, hökmdən də apellyasiya verməyib və qatar gedib.

Və 2017-ci il yanvarın 11-də məhkəmənin iclası olub. Orada Tatyananın vəilləri görünür deyiblər ki, Fərhad Əhmədov nə pulları köçürüb, nə apellyasiya verib. Və təsərrüfatçı-hakim bildiyini edib, təzminatın məcburi qaydada tutulması barədə qərar verib. Sonrası isə məlumdur…

Virtualaz.org

Əvvəlki yazı

Qarabağ qazisi Mərkəzi Xəstəxananın yarıtmaz fəaliyyətindən Prokurorluğa müraciət etdi – Ağstafada

Sonrakı yazı

Birlik ilə əldə edilmiş Böyük Qələbə – FOTO

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.