Tripoli Hərbi Məktəbi hava hücumuna məruz qalıb.
Virtualaz.org bildirir ki, hücum nəticəsində 23 kursant həlak olub, onlarla insan yaralanıb.
Eyni zamanda “Əl-Cəzirə” telekanalı 28 nəfərin ölməsi barədə xəbər verib.
Bildirilib ki, məktəb Tripolinin cənubunda Fayz Sarrajın başçılığı ilə Milli Razılıq Hökuməti tərəfindən nəzarət olunan Əl-Hadba əl-Hadra rayonunda yerləşir.