Beyrut limanında baş vermiş partlayışdan sonra başlayan yanğının söndürülməsi zamanı 10 yanğınsöndürən həlak olub.
Reportyor.info-nun “LBCI Nеws”a istinadən verdiyi xəbərə görə, bu barədə Beyrut şəhərinin qubernatoru Marvan Abbud bildirib.
Qubernatorun sözlərinə görə, yanğınsöndürənlər iki avtomobildə hadisənin baş verdiyi əraziyə göndərilib, onları üç təcili tibbi yardım maşını müşayiət edib.
Qeyd edək ki, Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb.