Xəbər verdiyimiz kimi, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti Və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsin İcraçı direktoru Leysan Məmmədovun dövlət büdcəsini taladığı, rəhbərlik etdiyi qurumda tenderləri saxtalaşdırdığı ilə bağlı informasiyalar yayılıb.
Reportyor.info xəbər verir ki, Demokrat.az yayılan xəbərlərə münasibətini öyrənmək üçün Leysan Məmmədovla əlaqə saxlayıb.
Lakin o, haqqında yayılan xəbərlərə cavab vermək yerinə, zəng edənin jurnalist olduğunu eşidən kimi telefonu söndürüb.
Xatırladaq ki, Leysan Məmmədovun Qarabağda milyonluq tender maxinasiyası ilə bağlı çoxsaylı şikayətlər var. Bununla bağlı Hesablama Palatasının apardığı audit yoxlamaları nəticəsində bir sıra faktlar ortaya çıxıb.