13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Leyla Yunus haqqımda utanmadan yalanlar danışır” – Müsahibə

17 Oktyabr 2018, 14:43
Gündəm, Seçmə
A A
“Leyla Yunus haqqımda utanmadan yalanlar danışır” – Müsahibə

Hollandiyada yaşayan və Azərbaycanda “siyasi məhbus” olduğu iddiası ilə “Nastoyaşeye vremya”ya müsahibə verən Leyla Yunusun adını hallandırdığı şəxslərdən biri – Praqada yaşayan azərbaycanlı hüquq müdafiəçisi, Mətanət Əzizova Axar.az-ın rus versiyasına eksklüziv müsahibə verib:

– Mətanət xanım, bu insident haqda nə deyə bilərsiniz?

– Bir vaxtlar mənə yaxın olan insanın haqqımda yaydığı şər-böhtanlarla mübarizə aparacağıma heç vaxt inanmazdım. Mən Yunusova ilə 15 ildən artıq işləmişəm və hər kəs ona olan münasibətimin şahidi olub. Mən onu özümə müəllim bilirdim. Ancaq görünür, çox yanılmışam. O, haqqımda utanmadan yalanlar danışır.

7-9 oktyabr tarixində Praqada məşhur “Forum 2000” keçirildi. Burada dünyanın hər yerindən siyasətçilər, hüquq mühafizəçiləri, jurnalistlər və s. iştirak edirdi. Forumun əsas məqsədi – demokratiya sahəsində dünyadakı problemlərini müzakirə etmək idi. Artıq dördüncü ildir ki, mən bu tədbirin iştirakçısıyam. 8 oktyabr tarixində məhz bu forumda Yunus belə bir ictimai tamaşa qurdu: “Kömək edin, məni MTN işçiləri öldürməyə çalışır”.

Bilmirəm, bütün bunlara necə reaksiya verim, gülümmü, acıqlanımmı?

Forumun təşkilatçıları, hüquq mühafizəçiləri yaxınlaşıb onun bu hərəkətinə görə məndən üzr istədilər. Çex hüquq müdafiəçiləri mənə vətəndaş cəmiyyətində adımı ləkələdiyinə görə onu məhkəməyə verməyimi təklif edirlər. Onlar da, mən də yaxşı anlayırıq ki, onun qurduğu bu tamaşanın məqsədi – izlənilən dissident kimi görünməklə özünə diqqət cəlb eləmək idi.

Belə bir sual doğula bilər ki, onu öldürməyə cəhd edən biri olaraq niyə o, məhz məni seçib?

Məsələ burasındadır ki, vergilərdən yayındığı üçün Yunusa qarşı məhkəmə işi açılanda o, qızı vasitəsilə mənimlə əlaqə yaradaraq sözügedən pulların ona yox, mənə aid olması, pulları mənim xərcləməyim və vergidən də mənim yayınmağım barədə prokurorluğa və beynəlxalq şirkətlərə ərizə yazmağımı məndən xahiş etdi. O vaxt mən artıq Praqada yaşayırdım və onun bu təklifini rədd etdim.

– Bu əhvalat necə sonlandı? Siz ona kömək etmədiniz? Bu səbəbdən o, sizə nifrət bəslədi?

– Həbsxanadan çıxandan sonra o mənimlə əlaqə saxladı, üzr istədi, ölkəni tərk edib Avropaya gedənə qədər bu barədə susmağımı xahiş etdi. Biz razılaşdıq. Mən susdum. Ancaq görünür, çox susdum, çünki o, təklifindən imtina etdiyimə görə bu gün də məndən qisas alır.

Demək ki, bu xanım bu qədər cılız xarakterə məxsusdur!

Siz hələ onun mühafizəçini qucaqlayıb titrəyə-titrəyə ağladığı səhnəni görməmisiniz. Guya mən onun üstünə hücum edirəmmiş və o, bundan qorxuya düşübmüş (gülür).

– Tam təfərrüatı ilə danışa bilərsinizmi? Necə baş verib? Siz ona hücum etmisiniz? Onun sözlərinə görə siz MTN işçisisiniz. Sizin səsboğucusu olan tapançanız, ucu zəhərli çətiriniz olmalıdır axı! Bəs bu cür zəngin vasitələrinizdən istifadə edə bilməmisiniz? Sizi belə zəif hazırlayıblar?

– Fürsət tapa bilmədim, artıq qocalmışam, əvvəlki qıvraqlığım yoxdur (gülür). O, məni görüb aralaşanda yoldaşlara dedim ki, bəlkə mən onunla salamlaşım? Bu yoldaşlar – REAL-çılar və Meydan TV işçiləri idi. Arxaya çevrildim, o, arxası mənə tərəf dayanmışdı, üzünü mənə çevirməsi üçün sakitcə barmağımla onun çiyninə toxundum. “Hər vaxtınız xeyir, Leyla xanım” dedim. Əvvəlcə o, donquldandı və mən uzaqlaşmaq üçün geriyə çəkildim. Bu an o, mühafizəçini gördü. Yeri gəlmişkən qeyd edim ki, mühafizəçi tək idi, Yunus isə mətbuata iki mühafizəçinin olduğunu, onlardan birinin məni zaldan çıxardığını deyib. O, mühafizəçini qucaqlayıb “kömək edin, məni öldürməyə çalışırlar” deyə ağlamağa başladı. Mən kənara çəkildim. 10 dəqiqə sonra isə mühafizə xidmətinin əməkdaşları yaxınlaşıb insidentin necə olduğunu soruşdular. Şahidlərimi göstərib əslində nə baş verdiyini izah edəndə onlar üzr istəyib uzaqlaşdılar. Sonra isə hadisəni öyrənmək üçün mənə forumun rəhbərliyindən yaxınlaşdılar. Bu dəfə çex aktivistləri yanımda olduğu üçün durumu onlar izah elədi. Bununla yanaşı, gələcək provokasiyaların qarşısını almaq məqsədi ilə mən Feysbuk sosial şəbəkəsində canlı yayım edərək baş verənləri danışdım.

– Ümumiyyətlə, digər forum iştirakçılarının reaksiyası necə oldu?

– Yanaşmalar müxtəlif idi: kimisi onun qeyri-adekvat olmağına təəssüflə, kimisi maraqla, kimisi nifrətlə baxırdı. Aralarında qurulan tamaşanı görməyənlərdən də vardı ki, onlar böhtana inanırdı, ancaq onlar da Azərbaycan nümayəndə heyətindən – Emin Milli, Həbib Müntəzir, Natiq Cəfərli və Erkin Qədirlidən məsələnin nə yerdə olduğunu soruşdular. Onlar əlbəttə ki, həqiqəti danmayıb Leyla Yunusa heç bir hücum olunmadığını söyləyiblər.

– Bəs, sizcə, bu qeyri-adekvat nənəni hansı səbəbdən mediada həvəslə tirajlayırlar? Aydın məsələdir ki, bunu baxış sayına görə etmirlər.

– Mənim bu suala cavabım yoxdur. Ola bilsin ki, jurnalistlərə Azərbaycandakı vəziyyət maraqlıdır, o isə müsahibə zamanı bundan faydalanır və mətbuat tribunasını öz intriqası və şər-böhtanlarını yaymaq üçün istifadə edir.

– Leyla Yunusa nə məsləhət verə bilərsiniz?

– Hüquq müdafiəsi sahəsində hər birimiz öz borcumuzu yerinə yetiririk. Burada məqsəd kömək etmək, dəyişmək, insanların həyatını yaxşılaşdırmaq üçün variantlar təklif etməkdir. Mən vaxtımı və sağlamlığımı şər-böhtana sərf eləmək istəmirəm. Ona öz sağlamlığı və ailəsi ilə məşğul olmağı məsləhət görürəm. Mənə sərf elədiyi vaxtı öz qızı və ərinə bəxş eləsə, daha yaxşı olar. Ömrünün bu çağında görəcəyi ən yaxşı iş bu olardı. Sağalmasını arzu edirəm.

Əvvəlki yazı

AQTA sədrinin qardaşı “dövlət çevrilişi”nə görə işdən qovulub – İddia

Sonrakı yazı

Elmin İnkişafı Fondu müsabiqə elan etdi

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.