Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yeni vəzifədə çalışacaq. Modern.az-ın əldə etdiyi məlumata görə, L.Abdullayeva diplomatik fəaliyyətini Fransada davam etdirəcək.
Onun tezliklə Fransada diplomatik xidmətə başlayacağı gözlənilir. Qeyd edək ki, Leyla Abdullayeva 2018-ci ildən XİN-in mətbuat katibi vəzifəsində çalışıb.
Digər bir məlumata əsasən isə qurumda mətbuat katibi vəzifəsi Ayxan Hacızadəyə həvalə edilib. XİN-in yeni sözçüsü bundan öncə Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri vəzifəsində çalışıb.