Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Jara-2018” Beynəlxalq Musiqi Festivalının final günündə fəxri qonaqların arasındadır.
Reportyor.info xəbər verir ki, Leyla Əliyeva festivalın final gecəsində qırmızı xalıdan Araz Ağalarov, İrina Ağalarova və Şeyla Ağalarova ilə birlikdə keçib.
Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.