12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Lavrovun müavinindən ilginc Xəzər açıqlaması: “Nə dənizdir, nə göl…”

10 Avqust 2018, 09:15
Siyasət
A A
Lavrovun müavinindən ilginc Xəzər açıqlaması: “Nə dənizdir, nə göl…”

İki gün sonra Aktauda Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan liderləri tarixi konvensiya imzalayacaq 

İki gün sonra Aktau şəhərində keçiriləcək Xəzəryanı ölkələrin zirvə görüşünə maraq böyükdür. Sammitdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalamaqla yanaşı altı hökumətlərarası sazişin imzalanması gözlənilir. 25 illik danışıqlardan sonra Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan liderlərinin Xəzərin hüquqi statusuna dair konvensiyanı imzalayacaqları həqiqətən tarixi hadisə hesab oluna bilər.

“Kommersant”a müsahibə verən Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasinin sözlərinə görə, 12 avqust tarixində  Aktau şəhərində keçiriləcək sammitdə imzalanacağı  gözlənilən konvensiyada Xəzər nə dəniz olacaq, nə göl.

“Nə dəniz, nə də göl olacaq. Xəzər dənizinin xüsusi hüquqi statusu olacaq. Bu, müəyyən coğrafi, hidroloji və digər xüsusiyyətləri ilə izah olunur. O, dünya okeanı ilə birbaşa əlaqəsi olmayan qitələrarası bir hövzədir və buna görə də dəniz qismində nəzərə alına bilməz”, – deyə nazir müavini  bildirib. Karasinin sözlərinə görə, Aktau sammiti sonuncu deyil.

“Əldə edilən tempi nəinki azaltmaq olmaz, əksinə, artırmaq lazımdır. Bütün əvvəlki illərdə yalnız 9 hüquqi cəhətdən hüquqi öhdəliyə malik olan beştərəfli sənəd hazırladığımız təqdirdə, Aktauda – böyük dövlətlərarası sazişdən əlavə, eyni zamanda altı yeni hökumətlərarası sazişin imzalanması gözlənilir. Konvensiya qəbul edildikdən sonra Xəzərin formatının nəzərəçarpacaq dərəcədə güclənəcəyi gözlənilir. Daimi konsaltinq platformasının yaradılması məsələsinin vaxtı gəlib”, – Qriqori Karasin belə deyib.

Karasinin bildirdiyinə görə, konvensiya Rusiyanın maraqlarına tam cavab verir.

“Xəzəryanı dövlətlər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini razılaşdırmaq üçün böyük iş görüblər”.

Bunu isə bu günlərdə “RİA Novosti”yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

xəzərin ile ilgili görsel sonucu

“Uzun illər ərzində görülən işlər nəticəsini verib və biz Xəzərin hüquqi statusuna dair konvensiyanın razılaşdırılması səviyyəsinə çatmışıq. Bu, Qazaxıstanda keçiriləcək Xəzəryanı dövlət başçılarının V sammitində onun imzalanması üçün bütün zəruri şəraiti yaradıb”, – E.Məmmədyarov bildirib.

Xəzəryanı ölkələrin Xəzər dənizində üçüncü ölkələrin hərbi iştirakına icazə verilməməsi barədə razılaşmasından danışan XİN başçısı bildirib ki, tərəflər konvensiyada müəyyən edilmiş müddəalara tam sadiq qalmalıdırlar: “Xəzər dənizində sərhədyanı olmayan ölkələrin silahlı qüvvələrinin iştirak etməməsi belə maddələrdən biridir. Ümumilikdə, sənəd Xəzər dənizinin sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonası olduğunu bildirir. Xəzər dənizi ölkələrimizi imkanlarını genişləndirərək birləşdirən, milli iqtisadiyyatı inkişafı etdirmək üçün optimal şərait yaradan körpüdür və belə də qalmalıdır”.

Rusiyanın Xəzərdə mövqelərini daha da gücləndirməsi  Xəzəryanı dövlətlər üçün arzuedilən deyil. Doğrudur, Rusiya illərdir ki, Xəzərdə özünü söz sahibi hesab edir və İranı nəzərə almasaq, buradan hətta dünyaya meydan oxumağa meyllidir. Məsələn, 2015-ci ildə Suriyada İŞİD mövqelərinin Xəzərdən “Kalibr” qanadlı raketləri ilə vurulmasını xatırlatmaq kifayətdir. Baxmayaraq ki, Rusiya özü sözdə Xəzəri barış hövzəsi elan etsə də, buradakı hərbi potensialını və gücünü göstərməkdə daima maraqlı olub. Bu, xüsusilə 2009-2010-cu  illərdə ABŞ-ın Xəzərə marağının artmasından sonra özünü daha qabarıq göstərdi. Yada salaq ki, bu illərdə ABŞ Xəzər təhlükəsizliyi ilə bağlı xüsusilə  Azərbaycanla intensiv əməkdaşlıq edirdi. Bu əməkdaşlıq çərçivəsində ABŞ Azərbaycana Xəzərdə enerji infrastrukturlarının mühafizəsi üçün hərbi katerlər verdi, sualtı xüsusi təyinatlı qüvvələr hazırlanmasında iştirak etdi. Birləşmiş Ştatlar Buş administrasiyası dövründə bu əməkdaşlığı genişləndirərək Xəzərdə enerji infrastrukturlarının mühafizəsi adı altında “X-Band” tipli radar kompleksi də yerləşdirməyi planlaşdırırdı. Lakin sonradan Amerika administrasiyasının regionla bağlı prioritetləri dəyişdi. 2010-cu ildə Bakıda keçirilmiş Xəzər sammitində isə imzalanan sazişdə dənizdə təhlükəsizlik məsələsinin  ancaq sahilyanı ölkələrin səlahiyyətində olduğu razılaşdırıldı.

Həm Obama dövründə, həm də Donald Trampın  hakimiyyətində ABŞ-ın Xəzərdə fəallığı olmayıb.

Orxan Əliyev,
“Yeni Müsavat”

Əvvəlki yazı

Cənubi və Şimali Koreya liderlərinin növbəti görüşü keçiriləcək

Sonrakı yazı

Bu gün İlqar Məmmədovun məhkəməsidir

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.