03-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Lahıcda həkimlərdən pul topladığı deyilən mərkəz müdiri: “Boş-boş danışmasınlar, ordan heç “spiçka” da götürmürəm, Allah cənab İlham Əliyevə cansağlığı versin”

13 Yanvar 2026, 15:12
Gündəm, Şikayət, Cəmiyyət
A A
Lahıcda həkimlərdən pul topladığı deyilən mərkəz müdiri: “Boş-boş danışmasınlar, ordan heç “spiçka” da götürmürəm, Allah cənab İlham Əliyevə cansağlığı versin”

Lahıc Ailə Sağlamlıq Mərkəzinin müdiri, ailə həkimi-pediatr Adilə Abdullayevanın həkimləri Mərkəzi bağlatdırmaqla təhdid edərək pul topladığı iddia olunur.

Bu barədə Pravda.az-a daxil olan şikayətdə bildirilib ki, A.Abdullayeva dekabr ayından etibarən Mərkəzi Bakıdan video-görüntü ilə idarə edir.

“İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin pulunu verir, sonra da bildiyini edir. Dekabr ayında 17 nəfər işçidən hərəsindən 30 manat alıb, baş həkimə verib. İndi isə özü Bakıdadır. Üç gün öncə yenə işçilərə zəng etdi ki, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasından İfadə xanm deyir ki, puldan mənə heç nə çatmayıb, 100 manat göndərin. Adilə xanım yenə hərəyə 6-7 manatdan yığıb 100 manat düzəldilməsini və İfadə xanıma verilməsini tapşırdı. Dedi ki, pulu kartla göndərməyin, özümə verin. İşçilər narazılıq etdiklərində isə Adilə Abdullayeva Mərkəzi bağlatdıracağı ilə bağlı onları hədələdi. Hər dəfə həkimlərə bu cür hədə-qorxu gəlir. Hətta 2-3 ay öncə stomatoloq Rövşən Əliyevi işindən bezdirdi, elə vəziyyət yaratdı ki, həkim işdən çıxdı. İndi Mərkəzdə stomatoloji kabinet bağlıdır. Avadanlıqlar isə yerində yoxdur. Belə məlumat var ki, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Qəsəbənin 1500 nəfərlik əhalisi var, kiminsə dişi ağrısa, hara getməlidir? Gərək biz maşın tutub İsmayıllıya gedək? Mərkəzin adı əvvəllər Ayaz Əliyev adına Lahıc Qəsəbə Xəstəxanası idi. Sonradan həmin adı götürdülər. Sözügedən stomatoloq Rövşən Əliyev Ayaz Əliyevin qardaşıdır. O, bu yaxınlarda Mərkəzə Ayaz Əliyev adını yenidən məhkəmə yolu ilə qaytardı. İllər öncə cənab Prezident İlham Əliyev bu xəstəxananı Lahıc camaatına hədiyyə edib”, – şikayətdə qeyd olunub.

Məsələni aydınlaşdırmaq üçün Pravda.az-ın əməkdaşı Adilə Abdullayeva ilə əlaqə saxlayıb. Mərkəz müdiri deyilənləri inkar edib: “Bunu kim deyir? Mən yanvarın 5-dən məzuniyyətdəyəm, amma məzuniyyətin çoxunu işimə gedirəm. Necə yəni görüntülü idarə edirəm? Mən yoxam deyə işçilər istədikləri vaxt işə gəlib-gedirlər. Nahar fasiləsinə 12:30-da gedib, 15:00-da gəlirlər. Mən də demişəm ki, hünəriniz var, belə şey edin, vəssalam! Mənim nə borcuma qalıb? Nə ixtiyarım var ki, Mərkəzdən nəsə götürəm? Ordan heç “spiçka” da götürmürəm. Məlumatı yazanda yazardılar ki, həkim heç kimdən pul götürmür, deyir ki, Allah cənab İlham Əliyevə cansağlığı versin, maaşımızı alırıq… Yaxşı, sən Allah, qurtarın, ay bacı, boş-boş sözlər danışmasınlar. Mən belə şeyləri sevmirəm, 70 yaşım var, uşaq deyiləm. Lazım olsa, işdən çıxaram, elələri ilə işləmərəm”.

Qeyd: Mərkəzi Xəstəxananın baş həkimi Nərgiz Rəhimovadır.

Əvvəlki yazı

6000 manatlıq müavinət niyə verilmir? – Mexanizm açıqlandı

Sonrakı yazı

Yazıçılar Birliyi ölülərdən də pul tələb edir — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35
Bakıdakı ağır qəzanın görüntüləri – Video

Bakıdakı ağır qəzanın görüntüləri – Video

02 Fevral 2026, 13:53
Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

02 Fevral 2026, 13:51
Ədliyyə generalı Tərtərə prokuror göndərildi

Ədliyyə generalı Tərtərə prokuror göndərildi

02 Fevral 2026, 13:50
Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

02 Fevral 2026, 13:10
Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

02 Fevral 2026, 12:46
Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

02 Fevral 2026, 12:24
Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

29 Yanvar 2026, 16:54
Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

29 Yanvar 2026, 16:37
Medina ən yaxşı müdafiəçilər sırasındadır

Medina ən yaxşı müdafiəçilər sırasındadır

29 Yanvar 2026, 16:35
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

29 Yanvar 2026, 16:34
Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

29 Yanvar 2026, 16:31
Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

29 Yanvar 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.