1992-ci il 18 may tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Azərbaycanın Laçın rayonu ilə bağlı düşmən tərəf arxiv görüntülər yayımlayıb.
BiG.AZ xəbər verir ki, ermənilər sosial şəbəkələr vasitəsilə arxiv görüntülər yayaraq Azərbaycan əsgərlərinin Laçının işğalı zamanı silah-sursatlarını qoyub qaçdıqlarını iddia ediblər.
Xatırladaq ki, Laçın rayonunun Ermənsitan silahlı birləşmələri tərəfindən işğalı zamanı 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayonun 6 Milli Qəhrəmanı vardır. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.
İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir.
Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonlarına, “Taxta-körpü” qışlaqlarındakı 84 obaya məcburi köçkün düşmüşdür.
Həmin görüntüləri oxucularımıza təqdim edirik.