Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Elşad Qabil oğlu Həsənovla Ağstafada vida mərasimi keçirilir.
Reportyor.info-nun məlumatına görə, şəhidin nəşi doğulduğu Xətai kəndinə, yaşadığı evə gətirilib.
Şəhidlə vida mərasimindən yaxınları, ictimaiyyət nümayəndələri iştirak edir.
Şəhid kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Elşad Həsənov 3 ay əvvəl ailə qurub.
Xatırladaq ki, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atəşə tutması nəticəsində 3 hərbçimiz şəhid olub, yaralananlar var.