12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Lələtəpə neolit dövrü yaşayış yerində yeni tapıntılar aşkarlandı – FOTOLAR

23 Avqust 2021, 11:07
Cəmiyyət
A A
Lələtəpə neolit dövrü yaşayış yerində yeni tapıntılar aşkarlandı – FOTOLAR

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Eneolit və ilk tunc dövrü arxeologiyası” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov rəhbər olduğu “Qarabağ neolit-eneolit ekspedisiyası”nın Füzuli rayonunun Horadiz kəndinin inzibati ərazisinə daxil olan Lələtəpə neolit dövrü yaşayış yerində apardığı arxeoloji tədqiqatların ilkin nəticələri açqılanıb.

Arxeologiya və Etnoqrafiya İnstitutundan verilən məlumat görə, hər biri 16 kvadratmetr olan dörd sahədə aparılan qazıntı zamanı bizim eradan əvvəl VI minilliyin I yarısına aid oval, dairəvi və düzbucaqlı quruluşda çiy kərpicdən 3 tikinti qalığı və həyətin divarının bir hissəsi aşkar edilib. Mərkəzi hissədə zikkurat (akkadca siqquratu — “dağ zirvəsi”: — Qədim Mesopotamiyada və Elamda Şumer, Assur, Babil və Elam memarlığı üçün xarakterik çoxmərtəbəli-pilləli məbəd) tipli platforma yerləşir. Zikkurat çiy kərpicdən inşa edilib, konusvari quruluşa malikdir. Ondan cənubda diametri 3,3 metr, hündürlüyü 1,5-2 metr arasında dəyişən dairəvi bina yaşayış üçün istifadə olunub. Yaşayış üçün istifadə edilmiş tikili qalığının müxtəlif səviyyələrdə üç döşəməsi müəyyənləşdirilmişdir ki, bu döşəmələr də oxra (təbii mineral qırmızı boya) əlavə edilmiş palçıqla suvanmışdır. Buradan iki təsərrüfat küpü, daşdan və sümükdən müxtəlif təyinatlı alətlər, ocaq qalıqları aşkar edilmişdir. Tikili qalığının üçüncü döşəməsinin altında bükülü halda dəfn edilmiş uşaq skeletinə təsadüf edildi.

Abidənin ən maraqlı cəhəti onun məzarlığı ilə bağlıdır. Belə ki, Cənubi Qafqaz neolitində məzarlığa ilk dəfə olaraq Lələtəpə yaşayış məskənində rast gəlinir. Cənubi Qafqazın tədqiqata cəlb edilmiş bir çox neolit dövrü abidəsində ayrı-ayrılıqda insan qəbirləri və bir qəbirdə kütləvi dəfn (Menteştəpə, Tovuz rayonu) aşkar olunsa da, insanların müəyyən oturuşmuş ayinlərin icra edildiyi məkanda-məzarlıqda dəfn edilməsi adətinə ilk dəfədir ki, təsadüf olunur. Məzarlıq F6 kvadratının qərb hissəsində, dairəvi evin həyətində aşkar edilib. Cənub-qərbə doğru genişlənən məzarlığın təxminən 8 kv.m hissəsi təmizlənmiş və üç səviyyədə 8 qəbir aşkar olunmuşdur. Təmizlənmiş qəbirlərdən 14 skelet aşkar edilib ki, bunlardan 7-si körpə (bir yaşa qədər), 3-ü yeniyetmə və 4-ü isə yetgin insanlara aid olduğu təxmin edilir. Skeletler oval quruluşlu xüsusi dəfn kamerasında-çalada aşkar edilib. Hər bir qəbir kamerası oxralı palçıqla suvandığı halda sadəcə bir qəbirdə (qəbir № 4) oxralı palçıq suvağın üstünə həsir qoyulub. Qəbirlərdə insanlar tək və qoşa olmaqla sıx bükülü vəziyyətdə, müxtəlif istiqamətdə dəfn edilmişdir. Dəfn olunan insanların yanında pasta, malaxit və daş muncuqlar, sümükdən hazırlanmış bəzək əşyaları və əsabaşı (skipetr) aşkarlanıb.

Xəqani Alməmmədov bildirmişdir ki, məzarlıqdan aşkar edilmiş skeletlərdən götürülmüş nümunələrin Hacattepe Universitetinin (Türkiyə) “Antik DNT laboratoriyası”nda DNT analizləri aparılaraq, bu insanların genetik bağlılıqları, irsi və bakterioloji xəstəlikləri və qida rasionları öyrəniləcəkdir. Aparılacaq DNT çalışmaları ümumilikdə neolit dövründə Qarabağ ərazisində baş vermiş etnik-mədəni dəyişikliklər və xüsusən də Cənubi Qafqazda erkən istehsal münasibətlərinin təşəkkülündə etnik və ya mədəni miqrasiyanın rolunun öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda bu nümunələr əsasında abidənin radiokarbon tarixlənməsi də veriləcək.

Xatırladaq ki, neolit dövründə Azərbaycan ərazisində Şomutəpə arxeoloji mədəniyyəti ilə yanaşı mövcud olan Qarabağ arxeoloji neolit mədəniyyəti dünya elmi çevrələrinin diqqətindədir. Bu baxımdan Qarabağ arxeoloji neolit mədəniyyətinə aid Lələtəpə yaşayış yeri dünya arxeologiyası üçün böyük maraq kəsb etməkdədir.

Qeyd edək ki, abidə 44 günlük İkinci Qarabağ Müharibəsindəki qələbənin müjdəsi olan 2016-cı ilin aprelində şanlı Azərbaycan Ordusunun düşmən işğalından azad etdiyi məlum Lələtəpə yüksəkliyinin daxil olduğu ərazidə yerləşir. Hündürlüyü 6,4 m, sahəsi 0,9 ha olan təpə formalı qədim yaşayış yerinin səthi 2019-cu ildə “Qarabağ neolit-eneolit ekspedisiyası” tərəfindən qeydiyyata alınıb. Abidədə 2020-ci ildə başlanılmış arxeoloji qazıntılar, bu ildə də davam etdirilib.

 

Əvvəlki yazı

Deputatlar tətildən qayıdır

Sonrakı yazı

Bakıda dörd poliklinikada saxta COVID-19 pasportu satanlar aşkarlandı – VİDEO

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.