06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Lənkəran batır: icra başçısının oğlu isə düyü əkdirir…

28 May 2019, 00:41
Banner
A A
Lənkəran batır: icra başçısının oğlu isə düyü əkdirir…

????????????????????????????????????

Son illərdə durğunluq dövrünü yaşayan, əsaslı inkişafı getməyən bölgələrimiz olub.

Regionların sosial-iqtisadi proqramı çərçivəsində həyata keçirilən layihələr də rayonların yox, rəhbərlərinin şəraitini yaxşılaşdırıb.

2009-cu ildən bəri 10 il ərzində həmin regionlarda ciddi irəliləyişə nail olunmalıydı: iş yerlərinin açılması, abadlıq-quruculuq işlərinin şəhərləri cənnətə çevirməsi, aqrar sahədə məhsuldarlığın artırılması, turizmi inkişafı və s.

Lakin məlum oldu ki, əksər bölgələrdə yerli idarəetmə orqanları neft pullarının gəlhagəl vaxtında dövlətin büdcəsini talan ediblər, sərvətlərə sahibləniblər.

Onlar mərkəzi küçələri bəzəməklə kifayətlənib büdcədən ayrılan milyonları öz imarətlərinə, övladlarının istirahətinə, biznesə yatırıblar.

Elə ki, neft ucuzlaşdı, manat iki dəfə devalvasiya oldu, rayonlara dotasiyalar dayandırıldı, onda ayılıb gördülər ki, büdcə boşalıb, icra başçıları padşahlara çevrilib, rayonlar inkişaf etməyib, əhali narazıdır, şikayətlər çoxdur.

Prezident dəfələrlə icra hakimlərinə xəbərdarlıq elədi ki, özlərini yığışdırsınlar, uşaqlarının harınlığına son qoysunlar, camaatla işləsinlər, dotasiya da yoxdur və rayonlar öz resursları hesabına ayaq üstə dayansınlar. Lakin bəzi rayonlarda hələ də heç bir dəyişiklik yoxdur.

Reportyor.info-nun mediaya istinadən verdiyi xəbərlərdən biri ondan ibarətdir ki, büdcənin xeyrini görməyənlər sırasında Lənkəran xüsusi diqqət çəkir. Cənub mirvarisi, vaxtilə “xan Lənkəran” adlanan bu zonanın problemləri başından aşıb-daşır.

Əkin-biçin üçün fermerlərə şərait yaradılmayıb, işsizlər ordusu formalaşıb, əhali yalnız bir mərkəzi bazarın hesabına və Rusiyada işləyənlərin göndərdiyi pulla, İran bazarları ilə dolanırlar.

Bu bölgədə iş saatlarında kafe və çayxanalarda çoxlu kişi görmək olar. Sakinlər bunun səbəbinin işsizlik olduğunu deyirlər.

Sahibkarlığın inkişafından söhbə açıla bilməz. Əksinə, icra başçısı Taleh Qaraşov özü bu işlə məşğuldur. İddialara görə, dəniz kənarında hotel tikdirib və istifadəyə verilmək üzrədir.

RİH yayılan xəbəri təkzib eləsə də, yerli sakinlər təkidlə bildirirlər ki, hotel T.Qaraşovun şəxsi biznesidir. Biznesin inkişaf miqyası hotellə məhdudlaşmır.

Sosial şəbəkələrdə xəbərlər var ki, T.Qaraşovun oğlu Lənkəranda düyü biznesinə girişib. Lənkəranda hektarlarla sahəsi olduğu iddia edilən icra başçısının oğlu düyü əkdirir, pul qazanır.

Qaraşovun oğlu Lənkəranda tamet – metlax biznesi azmış kimi, düyüdən də pul çıxarırmış.

Bir müddət əvvəl isə yayılmış xəbərlərdə deyilirdi ki, Taleh Qaraşov və onun 11 nəfər ailə üzvü (övladları və nəvələri) AZAL şirkətinin Bakı-Praqa reysi ilə Çexiyaya uçub.

Qaraşovlar ailəsi Praqadan da Karlovı Varı şəhərinə gedib. Maraqlıdır ki, Qaraşovların bütün aviabiletləri biznes-klassa alınıb. Yəni icra başçısı təyyarənin biznes-klass salonuna faktiki olaraq bütün biletləri alıb.

AZAL-da bir biznes-klass biletinin qiyməti 1500 manatdır. Deməli, aylıq maaşı 2 min manata yaxın olan məmur təkcə aviabiletlərə 165000 manat xərcləyib.

İcra başçısı və ailə üzvləri Karlovı Varıdakı dəbdəbəli “Carlsbad Plaza” otelində yerləşiblər. Bu oteldə bir nömrənin sutkalıq qiyməti 2 min dollardır. Qaraşovlar ailəsi oteldə 6 otaq götürüblər.

Yəni ailənin gündəlik hotel xərci 12 min dollar təşkil edib. İcra başçısı və ailə üzvləri bu oteldə 21 gün qalıb.

Ailənin təkcə hotel xərcləri 251 min dollar olub”, – deyə məlumatda deyilirdi. Sonra RİH tərəfindən bu məlumat da təkzib olunmuşdu.

Digər informasiyada bildirilirdi ki, icra başçısı Xanbulanda villa alıb və daha çox orada qalır. Amma “od olmayan yerdən tüstü” çıxmır və son məlumatlar təsdiqləyir ki, Qaraşovlar kifayət qədər oliqarxlaşıblar.

Mediada dolaşan məlumatlardan biri də beləydi ki, başçı oğlu azərbaycanlı müğənniyə 120 min manata “Porşe” markalı avtomobil alıb.

Onu da deyək ki, icra başçısı aparatda ciddi dəyişikliklər edib. İndi komandasında əsas fiqur müavini Möhübbət Babayevdir. Vüqar Məmmədov və Xalid Rəhimov isə yeni müavinləridir.

Mediada gəzən informasiyalara görə, Qaraşov Xətai rayonuna icra başçısı gətirilə bilər.

Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.

REPORTYOR.info

Əvvəlki yazı

“Bank Standard”ın Kreditorlar Komitəsinin sədri istefa verir

Sonrakı yazı

BU GÜN AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN YARANDIĞI GÜNDÜR

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.