15-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Lələ təpəyə gələn Kremlin ideoloqundan İrəvanı ÖZÜNDƏN ÇIXARACAQ SÖZLƏR

06 İyul 2018, 01:15
Siyasət
A A
Lələ təpəyə gələn Kremlin ideoloqundan İrəvanı ÖZÜNDƏN ÇIXARACAQ SÖZLƏR

Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin ideoloqlarından hesab olunan Aleksandr Duqin Rusiya nümayəndə heyəti ilə birlikdə Azərbaycanın 2016-cı il “aprel müharibəsi” zamanı işğaldan azad edilən Cocuq Mərcanlı kəndində “Azərbaycan – Cənubi Qafqazda Rusiyanın tək müttəfiqi” adlı konfransda iştirak etməsindən və Rusiyanın erməni əsilli politoloq Semyon Baqdasaryanın bu konfransı təşkil edən Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Dmitri Savelyevi məhv etməyə çağırmasından danışıb.

Publika.az xəbər verir ki, Duqin Savelyevin təşkilatçılığının normal hal olduğunu vurğulayıb.

“Deputat Savelyev Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri funksiyasını yerinə yetirməyə borcludur. Rusiyanın mövqeyi bu gün Cənubi Qafqazda görmək istədiyi sülh mövqeyidir. Hazırda Bakı ilə Moskva arasında aktiv yaxınlaşma var. Azərbaycan tədricən Rusiyanın daha əhəmiyyətli, çəkisi, nüfuzu olan etibarlı müttəfiqi olur. Və bu heç də Rusiyanın müttəfiqi olan Ermənistanın maraqlarına zidd deyil. Lakin Ermənistanın bəzi nümayəndələri deyir ki, Rusiya Ermənistanın müttəfiqi olduğuna görə Azərbaycana qarşı çıxmalıdır. Belə fikir var ki, Rusiya Ermənistanı tamamilə dəstəkləyir və ona Azərbaycanla müharibə aparmağına kömək edir. Bu tamamilə yalandır. Çünki Rusiya Ermənistanın müttəfiqidir, əslində isə Rusiya hazırda əsas strateji müttəfiq kimi Azərbaycanı görür. Məhz buna görə Azərbaycanda belə bir konfrans keçirildi”, – deyə o vurğulayıb.

Duqin qeyd edib ki, Azərbaycanın Rusiyanın tək müttəfiqi olması haqda tezis səslənən kimi Rusiyadakı erməni lobbisi “dişlərini göstərdi”: “Mən Bakıda konfransın təşkilatçısı idim, bu konfransda antierməni fikirlər deyilməyib. Rusiya-Azərbaycan arasında yaxınlaşmadan danışıldı, əməkdaşlığın inkişafı vurğulandı. Həmçinin, Ermənistanın əvvəlki rəhbərliyinin razılığına uyğun olaraq, beş rayonun Azərbaycana qaytarılması ilə münaqişənin sülhlə həll edilməsinə ehtiyac qeyd olundu”.

Duqin əlavə edib ki, Ermənistanın indiki rəhbərliyi məsuliyyətlidirsə, 5 rayonun qaytarılması xəttini davam etməlidir: “Çünki bu şəxslər arasında yox, dövlətlər arasında razılıqdır. Çox dövlətdə rejim dəyişir, lakin əvvəlki rejimlərin borclarını yerinə yetirirlər”.

Duqin Rusiyada erməni lobbisinin onların Cocuq Mərcanlıya səfərinə qarşı çıxmasını sərt şəkildə tənqid edib.

“Belə çıxır ki, Rusiyada kimin hara gedib-getməməsini ermənilər həll edir. Ermənistan KİV-lərində yayılan məlumatlar və sosial şəbəkələrdə ermənilərin fikirləri göstərdi ki, onlar Rusiya ilə ittifaqdan öz şəxsi maraqları üçün istifadə etmək istəyirlər. Hərçənd, bu gün Ermənistan NATO ilə yaxınlaşmağa cəhd edir, həm də Azərbaycanla Rusiyanın yaxınlaşmasını pozmağa çalışır. Bu, ədəbsiz yanaşmadır və əsl tərəfdaşın davranışı deyil”, – deyə o diqqətə çatdırıb.

Əvvəlki yazı

Azərbaycanda atasız uşaqların STATİSTİKASI

Sonrakı yazı

Qarabağ planının DETALLARI, müharibəyə “Hazır olun!” ƏMRİ… – GÜNÜN SİYASİ XÜLASƏSİ

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.