21-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

KXCP sədri: “Nə komitənin, nə QMİ-nin səlahiyyəti yoxdur ki…”

09 Aprel 2020, 20:19
Cəmiyyət
A A
KXCP sədri: “Nə komitənin, nə QMİ-nin səlahiyyəti yoxdur ki…”

“Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədri, professor Əjdər Tağıoğluna (İsmayılov) Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya məktubla müraciət edib.

“Bu il Həcc ziyarətinin qiymətinin 4490 ABŞ dolları müəyyən edildiyi və 1500-ə yaxın kvotanın ayrıldığı mətbuatdan hamıya məlumdur.

Zənnimcə, Vətənin və bəşəriyyətin belə ağır zamanında siz həmin zəvvarlara müraciət etsəniz, Həcc ziyarətinə ayrılmış o məbləği belə ağır bir zamanda Vətəndə olan kimsəsiz, aztəminatlı, xəstə olub müalicəyə vəsaiti olmayanlara, ödənişə ehtiyacı olan tələbələrə, bir sözlə ehtiyacı olan insanlara tərəddüd etmədən belə ödəyərlər.

Əslində bu hərəkətlə Azərbaycan möminləri nəinki İslam dünyasına, eyni zamanda bütün bəşəriyyətə dədə kökümüzə xas olan örnək göstərmiş olarlar” deyə, Ə.Tağıoğlu müraciətində qeyd edib.

Komitə sədri Mübariz Qurbanlı məktuba cavabında bildirib ki, koronavirus təhlükəsi səbəbindən əvvəlki illərdən fərqli olaraq, bu il ziyarətlər üçün nəzərdə tutulan vəsaiti həmin şəxslərin ehtiyacı olan insanlara kömək məqsədi ilə sərf etmək imkanı yaranıb: “Əminəm ki, inanclı, dindar insanlarımız İslam peyğəmbəri Həzrəti Məhəmmədin: “Qonşusu ac ikən özü tox yatan bizdən deyildir” buyruğuna əməl etməklə, yaranmış bu imkanı savab qazanmaq naminə Vətənimiz və insanlarımız üçün xeyirxah əmələ çevirəcəklər”.

Tövsiyə xarakterli bu çağırış cəmiyyətdə müzakirələrə səbəb olub. Bəzi inanclı insanların fikrincə, Həcc ziyarətinə getməmək çağırışı İslama və Qurana ziddir.

Amma pandemiya səbəbindən ziyarətlərin təxirə salınması həmin insanların ödədikləri vəsaitlərin işsiz, çörəksiz qalan ailələrə dəstək verməsi üçün yaxşı bir sosial paylaşım olardı.

Məsələyə münasibət bildirən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, inanclı siyasətçi olan Mirmahmud Mirəlioğlu Musavat.com-a bildirdi ki, o pulların sahibi var.

KXCP sədri hesab edir ki, sahibinin icazəsi olmadan heç kim sərəncam verə bilməz: “Nə komitə, nə QMİ sərəncam vermək səlahiyyətinə malik deyil ki, o pulları ehtiyacı olanlar arasında bölüşdürsünlər. Pulu yalnız sahibi öz təşəbbüsü ilə verə bilər.

Ancaq o da ayrı məsələdir ki, pulun müəyyən hissəsi, məsələn, yol və sair məsrəfləri istisna edilməklə, yerdə qalan payı haqda sərəncam verilə bilər.

Bunu zəkat və ya xums kimi əsaslandıra bilər. Ümumilikdə isə konkret olaraq fərd özü qərar verə bilər. Bu məsələyə sovet təfəkkürü ilə yanaşmaq olmaz”.

M.Mirəlioğlu hesab edir ki, ehtiyacı olan insanların ruzusunu Allah verir: “Bu, Allahla bəndənin məsələsidir. Həmin vəsaitin təyinatı ziyarətədir və yalnız sahibi statusunu dəyişə bilər.

Digər tərəfdən, koronavirusla əlaqədar ziyarətlər dayanıb, bir müddət sonra bərpa oluna bilər və o vəsaitin sahibi tələb edə bilər ki, verdiyim pul icazəm olmadan hara xərclənib?! Ümumiyyətlə, İslamla bağlı bir çox məsələlər cəmiyyət tərəfindən düzgün öyrənilməlidir”.

Dini mövzular üzrə araşdırmaçı – jurnalist Rəsul Mirhəşimlinin sözlərinə görə, İslam dini qədər yardımlaşmaya önəm verən başqa bir din yoxdur.

“Yardım anlayışının özündə bir fədakarlıq var. Var – dövlətindən sevgiyə qədər müsbət dəyər kəsb edən hər şeyi insanlarla bölüşmək cəmiyyətin fərdlərini bir-birinə daha sıx şəkildə bağlayır. Bu yardımlaşma bəzən zəkat və fitrə kimi vacib ibadətlərə bağlı olsa da, bir çox hallarda könüllü şəkildə həyata keçirir. Yəni yardım etmək insanın istəyinə bağlıdır. Dinimizin hikmətinə görə, yaxşılıq edildikcə çoxalan əməldir. İnsana yardım etmək, əslində, savabın onu edən insanın döndüyü ən vacib məqamdır. Hər kəs savabı başqasına deyil, özünə edir hikmətini anlasa, cəmiyyətdə də yardımlaşma meylləri çoxalır” deyə, R.Mirhəşimli vurğuladı.

O, cəmiyyətdə gedən müzakirələri belə şərh etdi: “O ki qaldı həcc ziyarəti ilə bağlı vəsaitlərin imkansız adamlar arasında bölüşməsinə, bu məsələ də, məncə, fərdi şəkildə həyata keçirə bilinəcək əməldir.

Həcc ziyarəti ilə bağlı toplanan vəsait QMİ-nin mülkiyyəti deyil, bu idarəyə edilmiş əmanətdir. Əgər bu il pandemiya səbəbindən həcc ziyarəti baş tutmazsa, həmin vəsaitlə bağlı yalnız onun sahibi qərar verə bilər. Yardım etməklə bağlı bütün çağırışları müsbət dəyərləndirirəm, eyni zamanda, qeyd etmək istəyirəm ki, imkansız insanlara maddi və ərzaq yardımı edən xeyli sayda inanclı insan var. Bu şəxslərin arasında mənim şəxsən tanıdığım insanlar da çoxdur. Həmin inanclı insanlar etdikləri yardımları bir çox hallarda reklam etməkdən qaçırlar.

Bütün yaxşılıqların əvəzi Allahın mükafatı olaraq bəndəsinə dönməsinin inancı ilə yaşayan bu insanlar etdikləri savab əməllərə görə yalnız Yaradanı şahid görürlər”.

Əvvəlki yazı

Ölkədə koronavirusa yoluxanların sayı 926-ya çatdı

Sonrakı yazı

Rusiya ilə Səudiyyə anlaşdı: nefti nə gözləyir?

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.