Kuwait News mətbuata verdiyi açıqlamada süni intellekt serveri Fedhanın sınaq mərhələsində olduğunu və internetdə gündəlik xəbərləri oxuyacağını bildirib. Ağ köynək və qara pencək geyinən Fedha tanıtım videosunda sarışın olaraq görüntülənib. Rəsmilər Fedhanın “Küveytliləri bir araya gətirən müxtəlifliyi əks etdirdiyini” söylədi.
Fedhanın media orqanının Twitter hesabından gündəlik xəbər bülletenlərini təqdim etməsinin planlaşdırıldığı və zamanla Küveyt ləhcəsi ilə danışması gözlənildiyi vurğulanıb. Tanıtım videosunda Fedha, “Mən Küveytdə Kuwait News-da süni intellektlə işləyən ilk aparıcı Fedhayam. Hansı xəbərlərə üstünlük verirsiniz? Fikirlərinizi eşidək” deyib.