12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Kütləvi ölümlər mövsümü” başladı –Dekabrın hər günü az bir adam dəm qazından zəhərlənib (Araşdırma)

19 Dekabr 2018, 11:15
Araşdırma
A A
“Kütləvi ölümlər mövsümü” başladı –Dekabrın hər günü az bir adam dəm qazından zəhərlənib (Araşdırma)

Dekabr ayında az qala hər gün birdən çox adam dəm qazından zəhərlənib. Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudovun verdiyi məlumata görə, dekabr ayının ilk yarısında dəm qazından zəhərlənənlərin sayı 21 nəfər olub.

Baş toksikoloq deyir ki, qış aylarında, havalar soyuyanda dəm qazından zəhərlənmə ilə bağlı müraciətlərin sayı artır. Son iki ay yarımda zəhərlənənlərin sayı 40 nəfəri ötüb.

Bəs, hər il onlarla can alan bu problemin həlli nədir?

Fövqəladə Hallar Nazirliyi, “Azəriqaz” İstehsalat Birliyinin rəsmiləri adətən dəm qazından zəhərlənmələrin səbəbini vətəndaşların təhlükəsizlik qaydalarına əməl etməmələrində görürlər. Əsas səbəblər kimi də nasaz, standarta uyğun olmayan qaz cihazları, tıxanmış tüstü bacaları göstərilir.

Amma müstəqil eskpertlər zəhərlənmələrə səbəb kimi əsasən onun keyfiyyətsizliyi, tüstü bacalarının yoxlanmaması və qaz nəqlinin xəbərsiz kəsilib, yenidən verilməsini göstərirlər.

Bacaları kim yoxlasın?

Tüstü bacalarının vaxtında təmizlənməməsini adətən ekspertlər də, rəsmilər də vurğulayırlar. O zaman ortaya sual çıxır, tüstü bacalarını kim təmizləməlidir?

Bu sualın cavabı Nazirlər Kabinetinin “Qazdan İstifadə Qaydaların”da var. Həmin qaydaların 2.7-ci bəndində qeyd olunur ki, Fövqəladə Hallar və Energitika nazirliyinin səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəldən məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək üçün həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirməlidirlər.

Bakı sakini Cahangir Məmmədov deyir ki, sonuncu dəfə yaşadığı binanın tüstü bacasının nə vaxt yoxlanıldığını xatırlamır: “Dövlət qurumları sovet vaxtı gəlib tüstü bacalarını yoxlayırdı. Xüsusi qurum var idi, həmişə gəlib baxırdı. Amma indi buraxılıb başlı-başına”.

Gün ərzində Fövqəladə Hallar Nazirliyində suallarımızı cavablayacaq kimsəni tapa bilmədik.

“Azəriqaz” İstehsalat Birliyinin sözçüsü İbrahim Kərbalyev isə bildirdi ki, aidiyyatı qurumlar tüstü bacalarına nəzarət edir:

“Tüstü bacalarının yoxlanması “Azəriqaz”ın səlahiyyətində deyil. Amma aidiyyatı qurumlar yoxlamaları aparır. Lakin görülən işlərə baxmayaraq, dəm qazından zəhərlənmə halları baş verir. Bu hadisələr zamanı aparılan araşdırmalar göstərir ki, istehlakçı təhlükəsizlik qaydasına əməl etməyib”.

Fövqəladə Hallar Nazirliyi yalnız xəbərdarlıq edir?

Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Mirvari Qərhərmanlı deyir ki, onun təşkilatı dəm qazından zəhərlənmə hallarını da nəzarətdə saxlayır.

O bildirir ki, adətən hökumət rəsmiləri dəm qazından zəhərlənmələri vətəndaşın üzərinə atır, öz yaxasını isə kənara çəkir. Amma qanunla vətəndaşın evində təhlükəsizlik qaydalarına əməl olunub- olunmamasını yoxlamaq birbaşa dövlət qurumunun, Fövqəladə Hallar Nazirliyinin səlahiyyətindədir.

“Tüstü bacalarının təmizlənməməsi həyatınız üçün təhlükədir!” Bu xəbərdarlığı Fövqəladə Hallar nazirliyi öz saytında edir. Həmin xəbərdarlıqda vurğulanır ki, tüstü bacalarının vaxtlı-vaxtında təmizlənməməsi dəm qazından zəhərlənmə ilə nəticələnə bilər.

Mirvari Qəhrəmanlı iddia edir ki, məhz dövlət qurumlarının səhlənkərlığı ucbatından hər il onlarla istehlakçı dəm qazının qurbanı olur:

“Bu qırğının, müharibəsiz qırğının qarşısı alınmalıdır. Mən bunu cinayət adlandırıram. Çünki hər il dəm qazından ölənlər olur. Bir ailənin bir neçə üzvününü ölməsi halları olur. Zəhərlənmə kütləvi xarakter daşıyır. Amma buna görə nə işindən azad olunan, nə də cinayət məsuliyyətinə cəlb edilən bir kəs olub. Bu da o anlama gəlir ki, bu problemin qarşısını almaq marağı yoxdur. Hər il ölümlərin də səbəbi məhz bu cəzasızlıqdır”.

2018-ci ilin ilk günlərində Zaqatalada ana və iki övladı, mart ayında Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib öldü. Bunlar il ərzində dəm qazından zəhərlənmələrə bir neçə nümunə idi. Mirvari Qəhrəmanlı düşünür ki, dövlət qurumları heç bir addım atmırsa, heç olmasa vətəndaşlar öz təhlükəsizliklərinə bacardıqları qədər diqqət ayrısınlar. Dəm qazından qorunma yollarını öyrənsilər. Onun sözlərinə görə, dövlət qurumları müxtəlif maarifləndirici çarxlar hazırlayıb. Lakin təəssüflənir ki, bu çarxlar əhali arasında yayılmır, televiziyalarda göstərilmir.

Rəsmilər dəm qazından zəhərlənmələri məhz vətəndaşın təhlükəsizlik qaydalarına əməl etməməsində görürlər. “Azəriqazı”n keçmiş əməkdaşı Nüsrət İbrahimov isə deyir ki, bu təhlükəsizlik qaydalarının yoxlanması dövlət qurumlarının işidir, onlar gedib vaxtlı-vaxtında yoxlama aparmalıdır. Əks halda hər il dəm qazı can almaqda davam edəcək və bu hər kəsin başına gələ bilər.

(Azadlıq radiosu)

Əvvəlki yazı

Gənc estrada ulduzu Bilqeyis Nəbiyevadan yeni uğur – VİDEO

Sonrakı yazı

“The Economist” Ermənistanı “İlin ölkəsi” elan etdi –İnqilab demokratiya və yenilənmə imkanı qazandırıb

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

12 Fevral 2026, 15:21
Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

12 Fevral 2026, 15:19
Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

12 Fevral 2026, 15:18
“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

12 Fevral 2026, 14:34
DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

12 Fevral 2026, 14:33
Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

12 Fevral 2026, 14:31
Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

12 Fevral 2026, 14:30
DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

12 Fevral 2026, 14:28
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

12 Fevral 2026, 14:27
Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.