24-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

KUŞNERİN SÜLH PLANI:niyə gələcək müqavilənin yalnız iqtisadi hissəsi açıqlanır?

24 May 2019, 15:37
Manşet
A A
KUŞNERİN SÜLH PLANI:niyə gələcək müqavilənin yalnız iqtisadi hissəsi açıqlanır?

Omri Nahmias

“The Jerusalem Post”, 24.05.2019

 

Bazar günü Bəhreyndə keçiriləcək seminarda 25 iyun tarixli sülh planının iqtisadi hissəsi açıqlanmalıdır. Administrasiya planı iyunun 10-da ortaya qoyacağını bildirmişdi. Lakin gözlənilmədən gələcək sülh müqaviləsi üçün təməl hazırlamağı nəzərdə tutan planın yalnız yarısının açıqlanacağını bildirib.

Son inkişaf Kapitoli Təpəsində bəzi qarışıqlıqlara səbəb olub: Sənəddə nə var? Administrasiya niyə iki ayrı-ayrı plana malik olmalıdır? İqtisadi sahəyə diqqət yetirmək qərarından nə öyrənə bilərik?

Senatın Xarici Əlaqələr Komitəsinin üzvü olan senator-demokrat Kris Mörfi “Jerusalem Post”-a bildirib:“Regionda sülhü bərqərar etmənin həm iqtisadi, həm də əhəmiyyətli siyasi komponenti olmalıdır. Mənim narahatlığım ondan ibarətdir ki, administrasiya fələstinliləri heç bir ciddi siyasi güzəştlər olmadan masa arxasına oturda biləcəyini düşünür. Gözləntilər olduqca aşağıdır”.

Digər tərəfdən, Vaşinqtonda olan bir çox sağçı və solçu insanı mövcud atmosferin münaqişəni sona çatdırmağı nəzərdə tutan mürəkkəb planı işə salmaq üçün münasib olub-olmadığı maraqlandırır.

Mörfi deyib: “Ümid edirəm ki, fələstinlilərin dərhal rədd edəcəyini bildikləri planı tam açıqlamayacaqlar. Məncə, fələstinlilərin dərhal kənara qoyacağı planı açıqlamamaq daha düzgün olar”.

Senatın Məhkəmə Komitəsinin sədri respublikaçı senator Lindsi Qraham bildirib ki, fələstinlilərin iqtisadi seminarda iştirak etməkdən imtinası onların təpkisini göstərəcək: “Əgər iqtisadi hissədə işləmək istəmirsinizsə, bu, siyasi hissədə də işləməmək istəyini bildirir”.

Qraham administrasiyanın israillilərin Fələstin rəhbərliyi ilə sülh müqaviləsini imzalayacağına şübhə ilə yanaşır.

“Yol xəritəsi fələstinlilərin gündəlik həyatını yaxşılaşdırmalıdır və ümid edirəm ki, Fələstin rəhbərliyi İsraillə biznes münasibətləri qura biləcək”.

Onun sözlərinə görə, iqtisadi planın vaxtında açıqlanması düzgün qərardır.

“Fələstinlilərin həyatlarını yaxşılaşdıracaq iqtisadi plana görə administrasiyaya təşəkkür edirəm. Fələstinlilər bu fürsəti əldən buraxmamalıdır”.

İsraillilərlə fələstinlilər arasında sülh mühiti yaranmasa da, İsraillə Körfəz ölkələri arasında regional məsələlər üzrə beynəlxalq konfransın keçirilməsi uğurdur. Senator Mörfi etiraf edir ki, “ABŞ və Körfəzdəki tərəfdaşları Körfəz ölkələri ilə İsrail arasındakı gərginliyin azalması rəyindədir”.

“Bu yaxınlara qədər Körfəz ölkələri İsrailin maraqlarına açıq şəkildə düşmənçilik edirdi. İndi onlar regionda sülhün bərqərar olmasına kömək etmək üçün pul xərcləməyə hazırdırlar. Kimsə regionda siyasətin necə dəyişdiyini şübhə altına almır və baş nazir Binyamin Netanyahunun bu dəyişiklikdə işdə böyük rolu var”.

Bu arada, sülh qrupunun plan haqqında ətraflı məlumat verməkdən çəkinməsinə görə Konqresdə məyus olanlar var.

Yaxın Şərq, Şimali Afrika və Xarici Əlaqələr Komitəsində beynəlxalq terrorizm alt komitəsinin sədri, demokrat Ted Döyç deyib: “Konqres onu inkişaf etdirmək üçün sülh prosesində administrasiya ilə birlikdə işləməkdir. Biz bunu ümid edirik. Ümid edirəm ki, plan açıqlanmazdan əvvəl onu müzakirə etmək üçün eyni fürsətə sahib olacağıq”.

Tərcümə: Strateq.az

Əvvəlki yazı

Qazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb

Sonrakı yazı

Milli Məclisin sədr müavini:”Azərbaycanın enerji cəhətdən heç bir problemi yoxdur”

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.