Kürdəmirdə baş verən qəzada ölənlərin və xəsarət alanların kimliyi məlum olub.
APA-nın verdiyi xəbərə görə, qəza nəticəsində 2 yaşlı Sabir Ceyhun oğlu Piriyev, 54 yaşlı Mehparə Kərim qızı Kərimova, 46 yaşlı Aygün Kərim qızı Kərimova, 12 yaşlı Qorxmaz Abbas oğlu Kərimov və Aylin Natiq qızı Həsənova dünyasını dəyişiblər.
“Nissan” markalı avtomobilin sürücü Ceyhun Piriyev və sərnişinləri – 34 yaşlı Şəfa Vaqif qızı Piriyeva, Reyhan Kərim qızı Kərimova, Abbas Kərim oğlu Kərimov, Arzu İsrayıl qızı Hətəmov isə xəstəxanaya yerləşdiriliblər.