Kürdəmir Regional Mədəniyyət İdarəsi rəqs geyimlərinin və pərdə materialının satın alınması üçün tender elan edib. Reportyor.info məlumat verir ki, müsabiqənin qalibi “Stone Construction” QSC olub.
Bu təyinatla şirkətə 15 324.9 manat ayrılması nəzərdə tutulur. Amma rəqs geyimlərinin və pərdə materialının satın alınması üçün bu məbləğ çox şişirdilmiş görünür. Ümumiyyətlə, tenderlər bir çox hallarda maxinasiya alətinə çevrilir. Bu günlərdə prezident də qeyd etmişdi ki, tenderlərdə məmurlara yaxın şirkətlər qalib gəlir.