Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Kür çayının Qarayazı Dövlət Təbiət Qoruğunun ərazindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
Xidmət rəsmisi Arzu Babayeva Reportyor.info-ya bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxsin Qazax rayon sakini Səlim Əmirxanov olduğu müəyyən edilib.
“Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.