Taxıl Dəhlizi sazişi üzrə dördtərəfli danışıqların tarixi açıqlanıb.
Taxıl dəhlizi sazişi üzrə dördtərəfli görüş mayın 10-11-də İstanbulda keçiriləcək.
Rusiya-Ukrayna müharibəsi səbəbiylə qlobal ərzaq böhranının qarşısını almaq üçün Türkiyənin təşəbbüsləri ilə Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında ötən ilin iyul ayında İstanbulda imzalanan Taxıl Dəhlizi müqaviləsi sonuncu dəfə mart ayında 2 ay uzadılıb.
Daha əvvəl 120 günlük razılaşmaları təsdiqləyən Rusiya bu dəfə vaxtı yarıya endirərək, şərtlər yerinə yetirilmədiyi təqdirdə geri çəkiləcəyi mesajını verdi.