Rusiyanın nəzarəti altında olan Krım yarımadasının şimalında silsilə partlayışlar zamanı 2 nəfər xəsarət alıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Krımın “rəhbəri” Sergey Aksenov açıqlama verib.
O, artıq 2 min nəfərin ərazidən evakuasiya olunduğunu deyib. Rusiya Müdafiə Nazirliyi isə Krımın Mayskoe kəndində hərbi hissələrdən birində döyüş sursatlarının müvəqqəti saxlanıldığı ərazidə yanğın və sonradan partlayışların baş verdiyini açıqlayıb. Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.